Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-59/2026 02.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi Qafarov Elvin Namik oğlunun katibliyi, protokol tərtib edən Astara RPŞ-nin İTB-nin rəisi Şahin Osmanovun, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: (xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Astara Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində X5 İTB-nin sahə rəisi X3 tərəfindən 02 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 00:30 radələrində Şəxs Astara şəhər ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə protokol tərtib edən Astara RPŞ-nin İTB-nin rəisi Şahin Osmanovun izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 00:30 radələrində Astara şəhər Gömrük sərhəd keçid məntəqəsində olan zaman adı sonradan bizə məlum olan ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü Şəxs sürücülərin yanında uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyini gördük. Bu zaman Şəxs yaxınlaşaraq etdiyi hərəkətin inzibati xəta olmasını dəfələrlə izah etməyimizə baxmayaraq sonuncu qanuni tələbimizə qəsdən tabe olmadı. Bu səbəbdən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, gömrük keçid məntəqəsində yük avtomobillərinin park edilməsinə köməklik göstərməklə qeyri-rəsmi şəkildə məşğul olur. xx.xx.2026-cı il tarixində saat 00:30 radələrində Astara şəhəri Gömrük keçid məntəqəsində olduğu zaman sürücülərlə mübahisə etdiyinə görə əsəbiləşərək uca səslə nalayiq ifadələr işlətmiş və bununla da ictimai qaydanı pozmuşdur. Həmin vaxt yaxınlıqda olan polis əməkdaşı ona etdiyi hərəkətlərin inzibati xəta olmasını dəfələrlə izah etsə də, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Etdiyi inzibati xətanı başa düşdüyünü, yol verdiyi hərəkətlərə görə səmimi peşman olduğunu və gələcəkdə bir daha bu cür xətalara yol verməyəcəyinə dair söz verdiyini bildirir. Etdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 00:30 radələrində CAB-nin rəisi V.M.İ.E., polis mayoru Bəhruz Həsənov ilə birlikdə xidmətdə olduğu zaman daxil olmuş məlumat əsasında göstərilən ünvana getmişdir. Astara şəhəri Gömrük sərhəd keçid məntəqəsində olduqları zaman sonradan şəxsiyyəti müəyyən edilən, ünvan 4 ünvanında qeydiyyatda olan, xx.xx.1989-cu il təvəllüdlü Şəxs sürücülərin yanında uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətdiyini müşahidə etmişdir.Bu zaman Şəxs yaxınlaşaraq etdiyi hərəkətlərin inzibati xəta olmasını dəfələrlə izah etməsinə baxmayaraq, sonuncu qanuni tələblərə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli 13 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31 yanvar 2026-cı il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron arayışdan görünür ki, Şəxs 3 uşağı vardır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs polisin qanuni tələbinə tabe olmaması onun özünün səmimi etirafı,şahidin ifadəsi və iş materialları əsasında tam sübuta yetirilmişdir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar Məhkəmədə işə baxılarkən nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edilmiş, ağırlaşdıran hallar isə müəyyən etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, sərxoş halda inzibati xəta törətməsini, onun təqsirinin dərəcəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda cəzanın məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində olan inzibati həbsin müddəti inzibati qaydada tutulduğu 31 yanvar 2026-cı il tarixdən hesablansın Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(5-111)-59/2026
Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-59/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver