Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-67/2026 06.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Protokol tərtib edən şəxs Astara Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Astara rayonu Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Astara rayonu Vaqo kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X2 tərəfindən 06 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18 radələrində Astara rayonu Vaqo kəndində uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 18 radələrində Astara rayon Siyakü kəndində olarkən ailə üzvləri ilə mübahisə etmiş və ardından həyat yoldaşı 102 xidmətinə müraciət etmişdir. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq barəsində olan araşdırma ilə bağlı onu şöbəyə dəvət etmişlər. Bu zaman o əsəbləşərək, onların onu dəvət etməsinə etirazını bildirmək məqsədilə küçədə səs-küy salmışdır. Səhv etdiyini başa düşür, əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Astara rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X2 tərtib olunmuş protokolun mahiyyəti üzrə ifadə verərək şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 18 radələrində Astara RPŞ-nin TH-nin polis nəfəri, polis baş serjantı Fuad Fətəliyev ilə birlikdə əməliyyat istintaq qrupunun tərkibində xidmətdə olduqları zaman DİNnin 102 xidmətinə daxil olmuş məlumat əsasında Astara rayon Siyakü kəndinə getmişlər. Qeyd olunan ünvanda olan zaman adı sonradan onlara məlum olan Astara rayon Vaqo kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Şəxs həyat yoldaşı ilə münaqişə etdiyini görüb sonuncunu polis şöbəsinə dəvət etmişlər. Bu vaxt Şəxs polis şöbəsinə dəvət olunmasına narazılığını bildirərək uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin zaman ona etdiyi hərəkətlərin inzibati xəta olmasını izah edərək sakitləşdirib nizam-intizama dəvət etmişlər. Məhkəmə iclasında şahid X5 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 18 radələrində Astara RPŞ-nin TH-nin polis nəfəri, polis baş serjantı Emil Məlikzadə ilə birlikdə əməliyyat istintaq qrupunun tərkibində xidmətdə olduqları zaman DİN-nin 102 xidmətinə daxil olmuş məlumat əsasında Astara rayon Siyakü kəndinə getmişlər. Qeyd olunan ünvanda olan zaman adı sonradan məlum olan Astara rayon Vaqo kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Şəxs həyat yoldaşı ilə münaqişə etdiyini görüb sonuncunu polis şöbəsinə dəvət etmişlər. Bu vaxt Şəxs polis şöbəsinə dəvət olunmasına narazılığını bildirərək uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin zaman ona etdiyi hərəkətlərin inzibati xəta olmasını izah edərək sakitləşdirib nizam-intizama dəvət etmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, potokol tərtib edən şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. İş materiallarında olan 05 fevral 2026-cı il tarixli, 19 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 fevral 2026-cı il tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın icrası Astara rayon Polis Şöbəsi və Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(5-111)-67/2026
Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-67/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver