Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(5-111)-72/2026 11.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, X2 Astara rayon X6 X7 xx.xx.2020-ci il tarixli, TP 38559023 nömrəli inzibati tənbeh vermə haqqında qərarının icrasına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Astara rayon X6 X7 xx.xx.2020-ci il tarixli, TP 38559023 nömrəli qərarının icra müddəti keçdiyinə görə qərarın icrasına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Astara rayon X6 X7 xx.xx.2020-ci il tarixli, İXP 343295 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2020-ci il tarixli, TP 38559023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 332.1, 334.1, 339.1.1 və 469-cu maddələri ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Aradan 5 ildən artıq müddət keçməsinə baxmayaraq qərar bu günə kimi icra edilməmişdir. Beləliklə inzibati tənbeh vermə haqqında qərarın icra etmə müddəti keçmişdir. İnzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilməlidir. Şikayəti və iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: 145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verililir. 146.1-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Şikayətdən və ona əlavə edilən sənədlərdən görünür ki, qərarın icrasına xitam vermək səlahiyyəti məhz qərarı qəbul etmiş hakim və ya səlahiyyətli şəxsə aid edilmişdir. Astara rayon X6 X7 xx.xx.2020-ci il tarixli, İXP 343295 nömrəli inzibati xəta haqqında protokoluna əsasən xx.xx.2020-ci il tarixli, TP 38559023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 332.1, 334.1, 339.1.1 və 469-cu maddələri ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə qanunun mənasından da göründüyü kimi qərarın icrasına xitam vermək səlahiyyəti məhz qərarı qəbul etmiş hakim və ya səlahiyyətli şəxsə aid edilmişdir. İş materiallarından isə aydın olur ki, qərarın icrasına xitam verilməsini istəyən şəxs barəsində inzibati cərimə Astara rayon X6 X7 qərarı ilə tətbiq edilmişdir. Qeyd oluannalara əsasən hesab edirəm ki, X1 rayon X6 X7 xx.xx.2020-ci il tarixli, TP 38559023 nömrəli inzibati tənbeh vermə haqqında qərarının icraatına xitam verilməsi ilə bağlı vəsatətini qərar qəbul edən səlahiyyətli orqana, yəni Astara rayon X6 X8 verməli idi. Həmin səlahiyyətli orqan tərəfindən müvafiq vəsatətin icra edilməsindən imtina edildiyi halda X3 həmin imtina qərarından məhkəməyə şikayət verə bilərdi. Hazırda isə X3 tərəfindən Astara rayon X6 X8 xx.xx.2020-ci il tarixli, TP 38559023 nömrəli inzibati tənbeh vermə haqqında qərarın icraatına xitam verilməsi ilə bağlı hər hansı vəsatəti və həmin vəsatətin təmin edilməsindən imtina edilməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Astara rayon X6 X7 xx.xx.2020-ci il tarixli, TP 38559023 nömrəli inzibati tənbeh vermə haqqında qərarının icrasına xitam verilməsi haqqında X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 52, 118 və 128-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: X3 tərəfindən Astara rayon X6 X7 xx.xx.2020-ci il tarixli, TP 38559023 nömrəli inzibati tənbeh vermə haqqında qərarının icrasına xitam verilməsi haqqında verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(5-111)-72/2026
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(5-111)-72/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver