Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-76/2026 27.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahid oğlunun katibliyi, 01 iyul 1992-cü ildə Astara rayonu, Kijəbə kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu Kijəbə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Astar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Astara rayon YNH inspektoru polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il taixində, saat 10:30 radələrində Vaz 21214 minik markalı, 07BH564 dövlət qeydiyyat nişanlı vasitəsini idarə edən xx.xx.1992-ci il təvəllüdlü Şəxs tərəfindən İXM-nin 327.8-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 12 noyabr 2025-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolu, yol-nəqliyyat hadisəsinin sxemi və çəkilmiş fotoşəkillərdən görünür ki, “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs aldığı xəsarətlərlə bağlı Lənkəran RMX-na aparılması səbəbindən baxış Astara RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X2 iştirakı ilə keçirilmişdir. Baxış Lənkəran rayonundan Astara rayonu, Maşxan kəndi istiqamətində və əks istiqamətdə keçirilmişdir. Baxış aydın, günəşli havada, təbbi işıqlandırma şəraitində keçirilmişdir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, qurudur və düzdür. Yolun ümumi eni 6,90 metr, hərəkət hissəsinin eni 6,2 metrdir. yolda hərəkət iki tərəflidir, hər bir hərəkət zolağının eni 3,1 metrdir. Yolun sağ və sol kənarları ilə sarı nişanlanma xətti çəkilmişdir, sarı nişanlanma xətlərinin hər birinin eni 0,10 metrdir. Sarı nişanlanma xətlərindən sonra yolun sağ və sol tərəflərində 0,20 metr enində asfalt yol örtüyü vardır. Yolun sağ və sol hərəkət hissələrinin ayrılması üçün 0,10 metr enində ağ düz xətt çəkilmiş, Təngərüd kəndi ərazisində Lənkəran rayonundan, Astara rayonu istiqamətində baxdıqda yolun sağ tərəfində, toqquşmadan əvvəl “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz 190” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətindən sol tərəfdə yerləşən çayxana və digər iaşə obyeklərinin qarşısına getmək üçün yolun ortası ilə qırıq-qırıq ağ nişanlanma xətti çəkilmiş, toqquşmanın baş verdiyi yerdə “Mercedes Benz 190” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətindən sola doğru dönməsinə icazə verilmişdir. Lənkəran rayonundan, Astara rayonu istiqamətində baxdıqda yolun sağ tərəfində 2,4 metr enində çınqıl örtüklü ehtiyat hissə, daha sonra 0,50 metr enliyində və 0,50 metr dərinliyində boş su kanalı, bundan sonra boş torpaq sahəsi, sonra isə çayxana, mağaza, tibbi məntəqəsi və digər işaə obyektləri, yolun sol tərəfində isə 1,8 metr enliyində çınqıl örtüklü ehtiyat hissə, bundan sonra 3,2 metr enliyində boş torpaq sahəsi, daha sonra isə dəmir materaialından çəkilmiş hasar, aptek və ərzaq mağazası yerləşir. Yolda hərəkət sürəti 60 km\saat müəyyən edilmiş, hadisədən əvvəl toqquşmuş hər iki nəqliyyat vasitəsi Astara rayonu Maşxan kəndindən Pensər kəndi, Lənkəran rayonu istiqamətində hərəkətdə olmuşdur. Toqquşma nöqtəsi “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz 190” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi hərəkət zolağının əksində, yəni yolun mərkəzindən 1,5 metr məsafədə (Lənkəran rayonundan Astara rayonu, Maşxan kəndi istiqamətində baxdıqda) yerləşir. Toqquşmadan sonra Şəxs idarə etdiyi “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ tərəfində torpaq örtüklü ehtiyat hissədə, Lənkəran rayonu istiqamətində dayanmış, sağ təkərləri ilə asfalt yolun üzərində qalmış, toqquşma nöqtəsindən həmin avtomobilin dayandığı yerə qədər məsafə ölçüldükdə 17,40 metr olması müəyyən edilmişdir. Həmçinin, toqquşmadan sonra Kamran Məmmədovun idarə etdiyi avtomobil yolun sağ tərəfində olan boş torpaq sahəsində Maşxan kəndi istiqamətində çəpəki şəkildə, toqquşma nöqtəsindən 17,30 metr məsafədə sağ qabaq tərəfi ağaca çırpılmış vəziyyətdə dayanmışdır. Toqquşmadan sonra Şəxs idarə etdiyi “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə mərhum Kamran Məmmədovun idarə etdiyi “Mercedes Benz 190” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 17,30 metr irəliyə doğru sürüdüyündən asfalt yolun üzərinə hər iki nəqliyyat vasitəsinə aid hissəciklər tökülmüşdür. İş materiallarında olan 12 noyabr 2025-ci il tarixli, 001917 nömrəli sərxoşluq hallarının yoxlanması protokolundan məlum olur ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan (iş vərəqi 115-120) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ tərəfindən verilmiş 17 noyabr 2025-ci il tarixli, 312 saylı ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə. onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunmuş məlumata əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq, ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində - alın və ənsə payları üzərində dərialtı hematoma, sol üst göz qapağı nahiyəsində kəsilmiş yara, alın, burun nahiyəsində sıyrıqlar, sağ göz qapaqları-gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə sərnişin olduğu minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2026-cı il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Astara RPŞ-nin istintaq bölməsinin müstəntiqi X1 qərarından görünür ki, Şəxs 19 yanvar 2026cı il tarixdə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılması, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati icraat işinin açılmasından ötrü şöbənin DYPB-nə göndərilməsi, İş üzrə dindirmə protokolları, hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi və fotoşəkilləri, məhkəmə-tibbi ekspertizalarının və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, eləcə də digər prosessual hərəkətlər sübut növü kimi qiymətləndirilməsi qərar alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxslərin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(5-111)-76/2026
Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-76/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver