Məhkəmə qərarları › İş №3(5-111)-8/2026

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(5-111)-8/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(5-111)-8/2026 22.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X1 iştirakları ilə, xx xxxxxxxx 2008-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod: xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 06 dekabr 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Astara rayonu, Şiyəkəran kənd sakini Şəxs təxminən bir ay bundan əvvəl "Pin-up" adlı onlayn qumar proqramlarını mobil telefonuna yükləmiş, həmin reklamlar onda pul qazanmaq həvəsi yaratmışdır. Bu səbəbdən də həmin vaxt "Pin-up" adlı onlayn qumar proqramlarını mobil telefonuna yükləmişdir. "Player#64703933" adlı sistemə daxil olub Kapital banka məxsus 4169 7388 0220 5082 saylı bank kartı və öz adına olan Kapital banka məxsus "Pin-up" adlı onlayn qumar oyunu proqramlarına yükləmişdir. Ümumilikdə uduzduğu məbləğ isə 20 manat olmuşdur. Heç bir tanışı onunla birlikdə onlayn qumar oyunlarında iştirak etməmişdir. O əvvəllər başqa heç bir qumar oyunlarını oynamamışdır. O, mobil telefonu ilə onlayn qumar oyununu Astara rayonunun Şiyəkəran kəndində olan zaman oynamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq qanuni nümayəndəsinin iştirakı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərmişdir ki, xx xxxxxxxx 2008-ci ildə Astara rayonunda anadan olmaqla onun 17 yaşı vardır. Astara Rayon Polis Şöbəsində izahatı alınarkən tək olmuş, atası və ya hər hansı bir qanuni nümayəndəsi onunla olmamışdır. O izahatını tək vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Astara rayon polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, inzibati materiala baxılarkən inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2008-ci il təvəllüdlü olmaqla hazırda o yetkinlik yaşına çatmamışdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən yetkinlik yaşına çatmamış şəxsin izahatı qanuni nümayəndəsinin iştirakı ilə alınmalı olduğu halda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qanuni nümayəndə təyin edilmədən onun izahatı alınmışdır. Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Belə olan halda hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər qanuni nümayəndənin iştirakı təmin edilmədən tərtib edildiyindən protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 63-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Astara Rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar