Məhkəmə qərarları › İş №3(5-111)-86/2026

Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-86/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-86/2026 17.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 01 avqust 1980-ci il tarixdə Astara rayonu, Xıçəso kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN xxxxxxx) orta təhsilli, subay, işləməyən, Astara rayonu, Xıçəso kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Astara Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 17 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Astara Rayon Məhkəməsinin 2(018)- 676/2012 saylı, xx.xx.2012-ci il tarixli və Astara Rayon Məhkəməsinin 8(018)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra etməkdən yayınmaqla tələbkar Zərərçəkmiş şəxs 10364 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Astara Rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs Astara rayon İcra və Probasiya şöbəsində iki icra sənədi mövcuddur. Astara Rayon Məhkəməsinin 06 noyabr 2012-ci il tarixli icra vərəqəsi üzrə yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçnn 70 (yetmiş) manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutulmuşdur. Astara Rayon Məhkəməsinin 2(018)-676/2012 saylı, 06 noyabr 2012ci il tarixli qətnaməsi ilə 25 oktyabr 2009-cu il təvəllüdlü X4 və 07 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay hər bir uşaq üşün tutulan 70 manat sabit pul məbləğində aliment hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində indeksasiya olunmuşdur. Borclu Şəxs 140 manat alimneti hər ay ödəmiş, indeksasiya olunmuş məbləği isə ödəməmişdir. Hal-hazırda 10364 manat aliment borcu yaranmışdır. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xəstəliyə düçar olduğu üçün işləyə bilməmişdir. Bu səbəbdən alimenti qismən ödənişlər etmiş tam ödəyə bilməmişdir.Birinci qətnamə üzrə hər ay 140 manat alimnent ödəmişdir. Bundan sonra alimenti ödəməyə çalışacağını bildirmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclunun ödədiyi 140 manat alimentin uşaqların heç ehtiyacını ödəmir ,borcun tam ödənilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 2(018)-676/2012 saylı icra vərəqəsindən görünür ki, iddiaçı və cavabdehin birgə nikahlarından 25 oktyabr 2009-cu il təvəllüdlü X4 və 07 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay hər bir uşaq üşün tutulan 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment Şəxs alınıb X1 verilməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2012-ci il tarixli, 2(018)-676/2012 saylı icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. İş materiallarında olan borclunun xəstəliyi ilə bağlı olan vərəqlərdən görünür ki, borclu Şəxs Abdominal orqanlarında (qaraciyər, öd kisəsi və.s.) xəstəliklər mövcuddur. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir.Lakin hər zaman qisməndə olsa ödəniş etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, xəstəliklərini, ailə vəziyyətini nəzərə alaraq,daim tam olmasada ödənişləır etməsini habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, ona inzibati həbs tətbiq etmədən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar