Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-88/2026 18.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X2 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı FİN(xxxxxxx), evli, orta təhsilli, DOST MMC-də fəhlə işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin sahə rəisi Kamran Rəhimov tərəfindən 18 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında materiallarda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 10 radələrində Astara şəhər Park-Bulvar ərazisində X1 ünvanına nalaiq ifadələr işlətmiş, daha sonra hadisə yerinə gələn polis əməkdaşları ona yaxınlaşıb onu ictimai qaydaya riayət etməyə dəvət etmişlər, lakin o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq əməllərinə davam etmişdir. Məhkəmədə protokol tərtib edən Astara RPŞ-nin İTB-nin sahə rəisi X4 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 15:30 radələrində polis əməkdaşları Anar Camalov və Emil Məlikzadə ilə birlikdə polis şöbəsində əməliyyat-istintaq qrupunun tərkibində xidmətdə olduqları zaman barəsində olan araşdırma ilə əlaqədar şöbəyə dəvət edilmiş ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü Şəxs polis şöbəsinin önündə uca səslə ünvansız nalayiq ifadələr işlədərək polis şöbəsinə dəvət olunmasına narazılığını bildirdiyini görmüşlər. Həmin zaman ona yaxınlaşaraq özülərini təqdim etdikdən sonra etdiyi hərəkətlərin inzibati qayda pozuntusu olduğunu izah etməklərinə baxmayaraq sonuncu onların sözlərinə məhəl qoymayaraq hərəkətlərinə davam edərək qanuni tələbilərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, Astara şəhər Park-Bulvar ərazisində abadlıq işləri görərkən iş yoldaşı X3 ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişdirlər. Daha sonra polis əməkdaşları Muradı iltizama dəvət etmələrinə baxmayaraq nalayiq ifadələri işlətməyə davat etmişlər. Polis əməkdaşları onları şöbəyə dəvət etmişlər. Əməlindən peşman olduğunu ,himayasində 2 azyaşlı uşağın olduğunu , bir daha belə səhfə yol verməyəcəyini qeyd edərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdirş. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddələrinin tərkibi var .Şəxs içtimai qaydanı pozması tam sübuta yetirilir. Qanunverilicik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı və 2 yaz yaşlı uşağını olmasını müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi ilə bağlı kifayət qədər materiallar olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbs tənbeh tədbirinin əvvəli 18 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli 18 fevral 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(5-111)-88/2026
Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-88/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver