Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-99/2026 24.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan (Finkod: xxxxxxx). Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Astara rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara rayon Polis Şöbəsindən daxil olmuş «sübutların qiymətləndirilməsi barədə» 11 fevral 2026-cı il tarixli qərar və onun əsasında tərtib edilmiş 24 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməmiş xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, 25 yanvar 2026-cı il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs Astara RPŞ-nə ərizə ilə müraciət edərək 25 yanvar 2026-cı il tarixdə saat təxminən 12 radələrində qonşusu Zaur ilə aralarında mübahisə yarandığını, mübahisə zamanı qonşusu Zaurun onun sifət nahiyyəsinə yumruq zərbələri, həmçinin əlindəki taxta parçası ilə vuraraq onu döydüyünü bildirmişdir. İş üzrə araşdırma aparılmış, şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında, hazırda zərərçəkmiş şəxsin onunla barışdığını bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Məmmədov X1 Zaur Əli oğlu ilə barışdığını, onun Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sübutların qiymətləndirilməsi barədə” 11 fevral 2026-cı il tarixli qərardan görünür ki, mübahisə zamanı Şəxs, Zərərçəkmiş şəxs döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati icraat işi açılmasından ötrü qəbul edilmiş qərarın surətinin Astara RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 canlı şəxsin ekspertizasının 26 yanvar 2026-cı il tarixli, 24 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində - burun nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş 24 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməmiş xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırda barəsində inzibati qaydada icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış icraata Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(5-111)-99/2026
Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-99/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver