Məhkəmə qərarları › İş №3(5-112)-1/2026

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-1/2026

03.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-1/2026 03.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X4 qızının katibliyi , inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis kapitanı Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs qızı xx.xx.2025-ci il tarixdə, saat 20-radələrində Balakən rayonu Hənifə kəndi ərazisində həmin kəndin sakini Zərərçəkmiş şəxs2 evinə pəncərədən daxil olmaqla sonunucunun arvadına məxsus pul kisəsindən 100 manat pulu gizli yolla oğurlamışdır. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam təsdiq olundu. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin TBnin təhqiqatçısı, polis baş leytenantı Gündüz Fətəliyevin raportu əsasında Zaqatala rayonu Yuxarı Tala kənd sakini Şəxs Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs2 evindən 100 manat pulun oğurlanması ilə bağlı törətdiyi inzibati xəta haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü Zaqatala rayonu Yuxarı Tala kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi vardır. Odur ki, onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, Zaqatala rayonu Yuxarı Tala kəndində anası ilə birlikdə yaşayır.xx.xx.2025-ci il tarixdə idarə etdiyi Toyota-Prius markalı maşınla Balakən rayonu Hənifə kəndinə gəlmişdir.Həmin kəndin ərazisində olan zaman evlərdən birində işıq yanmadığını görmüş və həmin evə girmək qərarına gəlmişdir. Evin yanındakı hasardan həyətə tullanmış və evin pəncərəsini itələyərək açmışdır. Sonra evin içinə daxil olmuş və orada olan əl çantasının içindən 100 manat pulu oğurlamışdır. Daha sonra maşına əyləşərək oradan getmişdir. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1, anası X3 və iki azyaşlı oğlu ilə birlikdə özünə məxsus avtomobil ilə Balakən rayonu Qullar kəndinə, həyat yoldaşı Elladanın nənəsi Samrat Motuxovanın yaşadığı evə qonaq getmiş, orada bir müddət qaldıqdan sonra həmin tarixdə saat 21 radələrində yaşadığı evə qayıtmışdırlar.Avtomobili həyətə saldıqdan sonra anası, həyat yoldaşı və övladları evə daxil olmuş, özü isə həyətdə dayanıb siqaret çəkdikdən sonra evə daxil olmuşdir. Evə daxil olduqdan sonra əynində olan gödəkcəni çıxardıb çarpayının üstünə qoymaq məqsədi ilə həyat yoldaşı ilə onun yataq otağına daxil olmuş, otağa daxil olub işığı yandırdıqda pəncərənin qarşısındakı pərdənin açıq olduğunu görmüşdür. Pərdəni əvvəlki yerinə qaytarmaq məqsədi ilə pəncərəyə yaxınlaşdıqda pəncərənin açılan hissəsinin yerdə olduğunu görmüş,bundan sonra otağın pol hissəsində ayaq izlərinə bənzər izlərin olduğunu müəyyən etmişdir. Dərhal anası Cənnəti otağa çağıraraq ona bu barədə məlumat vermiş, evə oğru girməsindən şübhələndiyini və evdən nəyinsə oğurlanıb-oğurlanmamasını müəyyən edilməsində ona köməklik etməsini istəmişdir.Bu zaman həyat yoldaşı Ellada otağa daxil olaraq evin qonaq otağındakı stoldan asılmış pul kisəsində olan yüz manat pulun oğurlandığını ona demişdir. Həmin vaxtı əşyaları yoxladıqda 100 manat puldan başqa hər hansı bir şeyin oğurlanmadığını müəyyən etmişlər. Sonra həyətə düşərək, qeyd etdiyi yataq otağının pəncərəsinin qarşısında barıda, həmçinin yerdə olan qum yığının üstündə ayaq izlərinin olmasını görmüşdür. Həmin vaxtı uşaqlar qorxmasın deyə polisə məlumat verməmiş, həmçinin yataq otağına orada olan izlər silinməsin deyə bir daha daxil olmamışdır. Yataq otağına daxil olub yerdə ayaq izlərinə bənzər izlərin olduğunu gördükdən sonra yataq otağında olan çarpayının döşəklərinin də eyni vəziyyətdə olmadığını, yəni dağınıq olduğunu görmüş, həmçinin həmin ayaq izlərinə bənzər izlər evin dəhlizində, mətbəxində və qonaq otağında da olmuşdur. Evdən yalnız həyat yoldaşının pul kisəsində olan 100 manat pul oğurlanmışdır. Şübhələndiyi şəxs olmamış və bundan əvvəl belə bir hadisə baş verməmişdir.Onlara dəymiş ziyan ödənməmişdir.O, Əhməd Məhəmmədovdan şikayətçidir. O, Əhməd Məhəmmədova onun evini “nişan verən”, ona kömək edən şəxsin kimliyini öyrənmək istəyir. Ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınıb dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında Zərərçəkmiş şəxs2 izahatında göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 23 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs2 Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs2 evinə daxil olan naməlum şəxsin (şəxslərin) əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci (xırda talama) maddəsinin əlamətləri olduğundan həmin şəxslərin müəyyən olunaraq qeyd olunan maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul olunmuş qərarın surəti Balakən Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən Balakən rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Çingiz Aslanova ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-13-11/2- 14637/2025 nömrəli məktubda göstərilmişdir ki, Balakən RPŞ-nin xx.xx.2025-ci il tarixli 3- 13-66/2-24869/2025 nömrəli məktub vasitəsilə, xx.xx.2025-ci il tarixdə, Balakən rayonu, Hənifə kənd sakini vətəndaş Zərərçəkmiş şəxs2 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2025-ci il tarixdə KTİyə daxil olmuşdur.Tədqiqata təqdim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əlizlərindən 01 ədədinin (ADİS məlumat bankına BƏSİİ-dən daxil olan) xx.xx.1998-ci ildə Zaqatala rayonunda anadan olmuş Şəxs sol əlinin şəhadət barmağı (sındırılmış pəncərə üzərindən) ilə, 02 ədədinin {İAMAS məlumat bankında olan) xx.xx.1992-ci ildə Balakən rayonunda anadan olmuş Zərərçəkmiş şəxs2 sağ əlinin böyük və sol əlinin orta barmaqları (sındırılmış pəncərə üzərindən) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2026-cı il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:15-dəqiqədə inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il tarixdə saat 15:30-dəqiqədə azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kənd sakini, xx.xx.1998-ci il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi məlumatlardan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kənd sakini, xx.xx.1998-ci il təvəllüdlü Məmmədov X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 1 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya –epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və üç ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə , inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar , onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:15-də inzibati qaydada tutulmuş, xx.xx.2026cı il tarixə saat 15:30-da azad edilsə də, faktiki olaraq polis əməkdaşlarının nəzarəti altında, azadlığı məhdudlaşdırılmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 23 (iyirmi üç) gün müddətə inzibati həbs edilsin; inzibati həbs müddətinin əvvəli 01 yanvar 2026-cı il tarixdən saat 17:15-dən hesablansın;qərar dərhal icra edilsin, qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar