Azərbaycan Respublikası adından Qərar Balakən Rayonu İş № 3(5-112)-100/2026 28.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSI Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi,polis baş leytenentı Bayramov Tale Tofiq oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun iştirakları ilə, ##.##.1996-cı ildə Baılakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN *******, subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri X2 küşəsi ev 61 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlu ##.##.2026-cı il tarixdə saat 03:30 radələrində sərxoş vəziyyətdə Balakən şəhəri M.Əsədov prospektində məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozan zaman onu intizama dəvət edən polis əməkdaşları şahid3, şahid2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi, R Bayramov Tale Tofiq oğlu məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş Rı şahid3 oğlunun raportu əsasında Balakən şəhər sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun ictimai qaydanı pozması və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ##.##.1996cı il təvəllüdlü Balakən şəhəri M.Əsədov küşəsi ev 61 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi vardır. Odur ki, onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlu məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, ##.##.2026-cı il tarixdə saat təxminən 00:30 radələrində özünə məxsus VAZ-2106 markalı, 08-BE- 758 dövlət nömrə nişanlı avtomaşınla Balakən şəhəri R.Səmədov küçəsi ilə “Qabaqçöl Vağzalı” adlanan ərazi istiqamətində hərəkətdə olmuşdur. Bu zaman düz xəttin tələbini pozaraq “Qabaqçöl Vağzalı” dairəsindən sola doğru gedərək yaşadığı M.Əsədov küçəsinə daxil olmuşdur. Evinə çatmağa az qalmış o, maşınını yolun sağına çəkərək saxlamış və maşından yerə düşmüşdür. YPX-nin inspektorları özlərini təqdim etdikdən sonra ona düz xəttin tələbini pozduğunu bildirdilər. O, isə onlarla razılaşaraq etdiyi qayda pozuntusunu etiraf etmiş və xahiş etmişdir ki, maşına əyləşib biraz irəlidə söhbət etsinlər ki, ailə üzvləri görməsinlər. Polis əməkdaşları isə onunla razılaşmamışlar. Bu zaman küçəyə anası çıxmış, anası ağlamağa başlamışdır.O,bundan əsəbləşərək öz maşınından bıçaq götürərək qollarını kəsməyə başlamışdır. Polis əməkdaşları isə ondan sakitləşməsini və etdiyi davranışlara son qoymasını tələb etmişlər. Daha sonra YPX-nin inspektorları oraya PPXB əməkdaşlarını çağırmışlar. Onlar da gəldikdən sonra onu sakitləşdirməyə çalışmışlar. Təxminən bir saata yaxın bu vəziyyət davam etdikdən sonra onu polis şöbəsinə gətirmişlər. Etdiyi əməldən çox peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən şahid3 oğlu göstərdi ki, 2025-ci ildən Balakən Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru vəzifəsində xidmət edir. ##.##.2026-cı il tarixdə saat 00:30 radələrində RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, R şahid2lə birlikdə Balakən şəhəri R.Səmədov küçəsində xidmətdə olduqları zaman “Qabaqçöl Vağzalı” adlanan ərazidə qarşılarında hərəkətdə olan VAZ-2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün düz xəttin tələbini pozaraq hərəkət etməsini müşahidə edərək səs gücləndirici vasitəsi ilə nəqliyyat vasitəsinin sürücüsündən avtomaşını yolun sağına çəkərək saxlamasını istəmişlər. Ancaq sürücü onlara məhəl qoymadan öz hərəkətini davam etdirmiş və M.Əsədov küçəsinə daxil olaraq hərəkət etməyə başlamışdır. Onlar bir daha ona saxlaması barədə xəbərdarlıq etdikdə sürücü avtomaşını saxlamış və maşından yerə düşmüşdür. Onlar sürücüyə yaxınlaşıb özlərini təqdim etmişlər və ona etdiyi qayda pozuntusunu izah etmişlər. Bu zaman sürücü heç bir qayda pozuntusu törətmədiyini bildirmiş, əsassız mübahisə yaratmağa başlamış, davamında isə uca səslə ünvansız söyüşlər söyməyə başlamışdır. Onlar ondan etdiyi davranışa son qoymasını tələb etsələr də o, buna məhəl qoymadan cibindən bıçaq çıxarmış və qollarını kəsməyə başlamışdır. Onun bu davranışlarını gördükdə onlar radiostansiya vasitəsi ilə hadisə yerinə PPXB-nin əməkdaşlarını dəvət etmişlər. Sürücünün hərəkətlərindən onun spirtli içkinin təsiri altında olduğu açıqca hiss edilmişdir. PPXB-nin əməkdaşları ünvana gəldikdən sonra da sürücünü sakitləşdirmək istiqamətində təxminən bir saat dayam edən cəhdləri nəticə vermədiyini gördükdə sürücünü xidməti avtomaşına əyləşdirərək RPŞ-yə gətirmiş və Növbətçi Hissəyə təhvil vermişlər. RPŞ-də olan zaman həmin şəxsin ünvan 2 ünvanında qeydiyyatda olan ##.##.1996-cı il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu məlum olmuşdur. Bundan sonra o, bu barədə RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Protokolu tərtib edən orqan-nin YPXnin inspektoru, şahid2 və RPŞ-nin PPXB-nin polis nəfəri ,R şahid1 oğlu şahid şahid3 oğlu ilə eyni məzmunlu ifadələr vermişdirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Balakən şəhəri M.Əsədov ünvanında yaşayan ##.##.1996-cı il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlu ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələi ilə, ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ##.##.2026-cı il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldon görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlu ##.##.2026-cı il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuş,##.##.2026-cı il tarixdə saat 12:00-da azad olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28.03. 2026-cı il tarixli *** nömrəli sarxoşluq hallarının bütün növlərinini təyinin məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlu ##.##.2026-cı il tarixdə 0,746 % sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun məsuliyyətini yüngülləşdirən hal yoxdur. Onun inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun şəxsiyyətini, törədilmiş xətaların xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halı, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin; inzibati həbs müddətinin əvvəli ## #### 2026-cı il tarixdən saat 02:00-dan hesablansın;qərar dərhal icra edilsin;qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(5-112)-100/2026
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-100/2026
28.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver