Məhkəmə qərarları › İş №3(5-112)-2/2026

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-2/2026

03.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-2/2026 03.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis baş leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan,əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1ində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs xx.xx.2026-cı il tarixdə saat 04:30 radələrində Balakən şəhəri H.Əliyev prospektində məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozan zaman onu intizama dəvət edən polis əməkdaşları X2, X4 və Şahid qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri, polis leytenentı X3 raportu əsasında ünvan 1 sakini Şəxs ictimai qaydanı pozması və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü ünvan 1 sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi vardır. Odur ki, onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, o, fərdi əməklə məşğul olur. xx.xx.2025-ci il tarixdə yeni illə bağlı dostu ilə birlikdə kafedə çox miqdarda-iki nəfərə bir litr sipirtli içki qəbul etmişlər. Daha sonra o,Balakən rayon İcra hakimiyyətinin qarşısında keçirilən yeni il şənliyinə baxmaq üçün həmin yerə gəlmişdir. Atəşfəşanlıq qutardıqdan sonra o, pivə içmək üçün Balakən şəhərində yerləşən Ramil adlı şəxsin işlətdiyini adsız kafeyə gəlmişdir. O, həmin kafedə sipirtli içki qəbul etdikdən sonra təxminən saat 04 radələrində kafedən çıxmış,sipirtli içkinin təsiri altında olduğu üçün kafenin qarşısında Ramillə mübahisə etmişdir. Orada uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman ərazidə xidmət aparan PPX-nin əməkdaşları onlara yaxınlaşmışlar və məişət səs-küyünə qarşı mübarizə qaydasını pozduqları üçün onları Polis şöbəsinə dəvət etmişlər.Onlar getmək istəməyərək səs-küy salmışlar. Daha sonra Polis əməkdaşları onları Polis şöbəsinə gətirmişlər. Spirtli içkinin təsiri altında olduğu üçün Polis şöbəsinin inzibati binasının daxilində də uca səslə nalayiq ifadələr işlətməyə başlamış, polis əməkdaşları onu sakitləşdirməyə çalışsalarda o, onların qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməldən çox peşmandır Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Balakən Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri,polis serjantı Şahid ifadəsində göstərdi ki, xx.xx.2026-cı il tarixdə saat 04:30 radələrində Balakən şəhəri H.Əliyev prospektində Balakən RPŞ-nin PPXB-nin taqım komandiri, polis leytenantı Rəsul Omarov və RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Nail Xipiyevlə birlikdə xidmətdə olan zaman iki nəfər şəxsin “Bayraq” meydanının yaxınlığında sərxoş halda bir-biri ilə sözlü mübahisə etdiklərini və uca səslə söyüşlər söymələrini müşahidə edərək onlara yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra müvafiq araşdırma aparılması üçün hər iki şəxsi Balakən RPŞ-nə gətirmək istədikdə onlardan adının Ramil olduğunu bildirən şəxs patrul avtomobilinə əyləşmək istəməmiş və ayağı sürüşərək öz ehtiyyatsızlığından yerə yıxılmışdır. Nəhayət onlar həmin şəxsləri RPŞ-nə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Portal sistemi vasitəsilə aparılan yoxlama zamanı həmin şəxslərin ünvan 1 sakini Şəxs və Balakən rayonu Hənifə kənd sakini X1 olmaları məlum olmuşdur. RPŞ-nin inzibati binasının daxilində olan zaman da onlar uca səslə ünvansız söyüşlər söyməkdə davam etmişlər. Onlar həmin şəxslərdən etdikləri davranışa son qoymalarını tələb etsələr də onlar öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmayaraq polis şöbəsinin iş rejimini təxminən 15 dəqiqə müddətində pozdular.Bundan sonra o, bu barədə RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, ünvan 1i ünvanında yaşayan xx.xx.1996-cı il təvəllüdlü Şəxs xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 521-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2026-cı il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldon görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 05:00-da inzibati qaydada tutulmuş,xx.xx.2026-cı il tarixdə saat 05:00-dəqiqədə azad olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 yanvar 2026-cı il tarixli 1736 nömrəli sərxoşluq hallarının bütün növlərinini təyinin məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 04:13 radələrində 0,7312% sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur, onun sərxoş olması məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətaların xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halın olmamasını, məsuliyyətini ağırlaşdıran halı, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs xx.xx.2026-cı il tarixdə saat 05:00-dan xx.xx.2026-cı il tarixdə saat 05:00-a kimi inzibati qaydada tutulub saxlandığından həmin iki gün müddət inzibati həbs müddətinə hesablanmaqla tətbiq ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 10 (on) gün müddətə inzibati həbs edilsin; onun 01 yanvar 2026-cı il tarixdən saat 05:00-dən 03 yanvar 2026-cı il tarixə saat 05:00-a kimi inzibati qaydada tutulduğu 2 (iki) gün müddət həmin həbs müddətindən çıxılsın və üzərində 08 (səkkiz) gün müddətə inzibati həbs saxlanılsın; ibzibati həbs müddətinin əvvəli 03 yanvar 2026-cı il tarixdən saat 16:10-dan hesablansın;qərar dərhal icra edilsin;qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar