Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-31/2026 26.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, Protokol tərtib etmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1ində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, Piriyev X5 Rayon Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2025-ci il tarixli icra sənədiləri üzrə 7160 manat aliment məbləğini tələbkara ödəməkdən qəsdən boyun qaçırmış, bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 izahatında bildirmişdir ki, 01 fevral 2022-ci il tarixdən başlayaraq 08 mart 2009-cu ildə doğulmuş X1 və 13 avqust 2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün borclu, Şəxs hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment alınıb tələbkar X4 verilməlidir. İcra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Protokol tərtib edilən tarixə ödənilməmiş aliment borcu 7160 manat təşkil edir və o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir. Tələbkar alimentin ödənilməsini tələb edir. Vaxt verilməsinə baxmayaraq tam ödəniş etməmişdir. Barəsində axtarış da elan edilmişdir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 7160 manat aliment borcunun olması ilə razıdır, maddi imkanı olmadığı üçün alimentin hamısını ödəməmişdir, hazırda işləmir. Razılaşsalar bir neçə aya ödəyə bilir, indi ödəyə bilmir. Barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat bildirməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin e-2(019)-269/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 01 fevral 2022-ci il tarixdən başlayaraq 08 mart 2009-cu ildə doğulmuş X1 və 13 avqust 2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün borclu, Şəxs hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-269/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs dərhal icranı təmin etməyi təklif olunmuşdur, tələbin könüllü icrası tələb olunmuşdur. Balakən Rayon Məhkəməsinin e-8(019)-87/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Balakən rayon icra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş, borclu - ünvan 1ində qeydiyyatda olan və yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti - Balakən Rayon Məhkəməsinin e-2(019)-269/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək məhdudlaşdırılmışdır. 25 aprel 2024-cü il tarixli Balakən Rayon İcra və Probasıya şöbəsinin icra məmuru-ll dərəcəli ədliyyə qulluqçusu X8 tərtib edilən aktdan görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. 25 aprel 2024-cü il tarixdə qeydiyyatda olduğu ünvan 1i ünvanına baxış keçirilən zaman borclu Şəxs həmin ünvanda yaşamadığı məlum olmuşdur. xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu, xx.xx.1983-cü il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. 05 iyun 2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-269/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 29 may 2025-ci il tarixdə şöbəsinə ərizə ilə müraciət edərək borclu ilə aralarında razılığa gəldiyini bildirərək icra sənədini geri məhkəməyə qaytarılmasını xahiş etdiyindən icra sənədi Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. xx.xx.2025-ci il tarixli Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərardan görünür ki, borclu Şəxs ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması götürülmüşdür. Balakən Rayon Məhkəməsinin e-2(019)-269/2022 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, 01 fevral 2022-ci il tarixdən başlayaraq 08 mart 2009-cu ildə doğulmuş X1 və 13 avqust 2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün borclu, Şəxs hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-269/2022 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs dərhal icranı təmin etməyi təklif olunmuşdur, xx.xx.2026-cı il tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. 13 may 2025-ci il və 13 yanvar 2026-cı il tarixli xəbərdarlıqlardan görünür ki, borclu Piriyev X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs ödədiyi aliment cədvəlindən görünür ki, qalıq ümumi borc 7160 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İşləmədiyi üçün alimenti ödəməməsi ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır, bu, alimentin ödənilməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməli, həbs müddətinin əvvəli 26 yanvar 2026-cı il tarixdən saat 18:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 26 yanvar 2026-cı il tarixdən saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(5-112)-31/2026
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-31/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver