Məhkəmə qərarları › İş №3(5-112)-4/2026

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-4/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-4/2026 19.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon Polis Şöbəsinin nümayəndəsi-Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-xxxxxxx, ali təhsilli, subay, Balakən rayonu Talalar 2 saylı tam orta məktəbdə müəllimə işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Qazma kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota Lan- Cruiser Prado markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Tülü kəndi ərazisində hərəkətdə olan zaman ötmə əməliyyatı edərək yolun əks hərəkət istiqamətinə keçmiş və qarşıdan gələn Mercedes-Benz markalı **-BB-*** dövlət qeydiyyat nişanlı Mikroavtobusla toqquşaraq avtoqəza törətmiş, nəticədə Mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs sağlamlığına YÜNGÜL zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətanı törətməsi işdə olan sübutlarla məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən rayon Polis Şöbəsinin nümayəndəsi-Nümayəndə Soltanhəmod oğlu izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota Lan- Cruiser Prado markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Tülü kəndi ərazisində hərəkətdə olan zaman ötmə əməliyyatı edərək yolun əks hərəkət istiqamətinə keçmiş və qarşıdan gələn Mercedes-Benz markalı **-BB-*** dövlət qeydiyyat nişanlı Mikroavtobusla toqquşaraq avtoqəza törətmiş, nəticədə Mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs sağlamlığına YÜNGÜL zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Balakən rayonu YNH baş inspektoru polis kapitanı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP-7705831 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir.Qanuni qərar qəbul edilməsinin xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evdən çıxaraq işlədiyi Balakən rayonu Talalar kənd orta məktəbinə gedərkən, saat təxminən 11 radələrində Balakən rayonu Tülü kəndində idarə etdiyi **-RX-*** dövlət qeydiyyat nişanlı Toyota Land- Cruiser Prado markalı minik avtomobili ilə hərəkətdə olan zaman qarşısında olan avtomobilə ötmə əməliyyatı edərək yolun əks hərəkət istiqamətinə keçmiş və qəflətən yolun əks hərəkət istiqamətindən gələn Mercedes Benz markalı **-BB-*** dövlət qeydiyyat nişanlı Mikroavtobusla onun idarə etdiyi avtomobil qarşı-qarşıya gəlmişdir. O, təhlükədən yayınmağa çalışaraq idarə etdiyi avtomobili yolun hərəkət hissəsinin soluna çəkmək istəmiş, lakin buna baxmayaraq avtoqəza baş vermişdir. Hadisə baş verən zaman spirtli içkinin və psixotrop maddənin təsiri altında olmamışdır.İdarə etdiyi Toyota Land-Cruiser Prado markalı **-RX-*** dövlət nömrə nişanlı avtomobildə heç bir nasazlığın olmamış, yol nəqliyyat hadisəsi baş verdiyi zaman avtomobilində özündən başqa heç kim olmamışdır. YNH-dən əvvəl qarşısında olan nəqliyyat vasitəsinə ötmə əməliyyatı edən zaman yolun əks hərəkət hissəsində qarşıdan gələn nəqliyyat vasitəsini görməmiş, idarə etdiyi nəqliyyat vasitəsində hərəkət sürəti saatda 30-40 km/s olmuşdur. YNH-dən əvvəl əks hərəkət istiqamətindən gələn avtomobili gördükdə aralarında təxminən 8 metr məsafə olmuşdur. Onun B kateqoriyalı sürücülük vəsiqəsi və digər rəsmi sənədləri vardır. Hadisə zamanı xəsarət almamışdır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir . Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXMnin 62.4-cü maddələrinə əsasən işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs Hacıyev X3 rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində etibarnamə əsasında idarə etdiyi Mercedes-Benz markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı Mikroavtobusla Balakən rayonu Talalar kəndi istiqamətindən Balakən rayonu Tülü kəndi istiqamətinə doğru yolunun öz hərəkət istiqamətində hərəkətdə olmuşdur. X7-Cruiser Prado markalı avtomobil onun yolunun hərəkət hissəsinə çıxmış, bu zaman qəzadan yayınmağa çalışmış, lakin bunu edə bilməmişdir. Yol nəqliyyat hadisəsindən əvvəl idarə etdiyi nəqliyyat vasitəsini saatda 50 km/s sürətlə idarə etmişdir.Onun hərəkət istiqamətinə daxil olan Toyota Land-Cruiser Prado markalı avtomobili görən zaman aralarında təxminən 10 metr məsafə olmuşdur. Yol nəqliyyat hadisəsindən əvvəl spirtli içki və ya psixotrop maddənin təsiri altında olmamışdır. Yol nəqliyyat hadisəsindən əvvəl idarə etdiyi mikroavtobusda ondan başqa şəxs olmamışdır. Onun “BCDE” kateqoriyalı sürücülük hüququ və digər rəsmi sənədləri vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 dekabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Balakən rayonu Qazma kənd sakini Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Balakən RMX-ya müraciət etməsi əsasında toplanmış HK- 1-829 saylı materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi, qəbul edilmiş qərarın surətinin Zərərçəkmiş şəxs göndərilməklə ona qəbul edilmiş qərardan Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, qərarın surətinin Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla Balakən şəhəri Atatürk prospektində yaşayan X1 barəsində inzibati tədbir görülməsi üçün Balakən RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 dekabr 2025-ci il tarixdə Balakən RMX-dan Balakən RPŞ-yə daxil olmuş 1702 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi ptotokolunda Şəxs ayıq olduğu, həmçinin alkoqolun qəbulu əlamətlərinin olmadığı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 dekabr 2025-ci il tarixdə Balakən RMX-dan Balakən RPŞ-yə daxil olmuş 1701 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi protokolunda Zərərçəkmiş şəxs ayıq olduğu, həmçinin alkoqolun qəbulu əlamətlərinin olmadığı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Məhkəmə-Tibbi ekspertiza və X4 Təcrübi və X6 hüquqi şəxsi Balakən rayon MTE və PA şöbəsinin publik hüquqi şəxsi tərəfindən verilmiş 321 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sol qaş üstündə və sağ dizin ön yaraları -- küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2025-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə, birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Məhkəmə-Tibbi ekspertiza və X4 Təcrübi və X6 hüquqi şəxsi Balakən rayon MTE və PA şöbəsinin publik hüquqi şəxsi tərəfindən verilmiş 322 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: Şəxs müəyyən edilmiş xəsarətlər-sifətin sağ yarısında və döş qəfəsinin ön səthində şişkinlik -- küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2025-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə, birlikdə və ayrı-ayrılıqda sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Avtoservis “777” tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərilmişdir ki,Mersedes Benz 208 markalı 64BB011 dövlət nömrə nişanlı avtomaşına 5580 manat məbləğində ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Avtoservis “777” tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərilmişdir ki,Mersedes Benz 208 markalı 64BB011 dövlət nömrə nişanlı avtomaşına 4540 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzədə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığı onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 36.1-36.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən hesab edirəm ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə hazırkı vəziyyətdə baxılması mümkün deyildir. Zərərçəkmiş şəxs izah olunmalıdır ki, mülki mühakimə icraatı qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, 300 manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs izah olunur ki, mülki mühakimə icraatı qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardan surəti rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar