Məhkəmə qərarları › İş №3(5-112)-42/2026

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(5-112)-42/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(5-112)-42/2026 03.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, X5 tərəfindən Balakən Rayon Polis Şöbəsinin xx.xx.2026-cı il tarixli nömrəli inzibati xəta haqqında protokolundan verilmiş şikayətə ona əlavə edilmiş sənədlə birlikdə baxaraq , müəyyənetdi: X5 məhkəməyə müraciət edərək barəsində yazılmış xx.xx.2026-cı il tarixli inzibati protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X5 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 RPŞ-nin xx.xx.2026cı il tarixli protokol və onun əsasında qəbul edilmiş qərarın qanuna zidd olduğunu göstərmiş, lakin o, protokolun və qərarın surətini ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin yuxarıda qeyd edilən hallarını,qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X5 tərəfindən Balakən RPŞ-nin xx.xx.2026-cı il tarixli “inzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə qaytarılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 izah olunmalıdır ki, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 128-130-cu maddələrini rəhbər tutub, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Balakən RPŞ-nin xx.xx.2026-cı il tarixli “inzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlə birlikdə qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 izah olunur ki, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etmək hüququ vardır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar