Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-48/2026 11.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X16 qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, subay, təhsilsiz, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Hənifə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Hənifə kəndi ərazisində həmin kəndin sakini Zərərçəkmiş şəxs evinin qapısına daş atmaqla sonunucuya 150 manat maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 01 iyun 2025-ci il tarixdə saat 23 radələrində o Balakən rayonu Hənifə kəndində yaşadığı evin qarşısında olduğu zaman yolda kiminsə uca səslə danışaraq gəldiyini, həmçinin nəlayiq söyüşlər söydüyünü eşitmişdir.Həmin vaxt Hüseyn Gəncəliyevdə onun yanıında idi.O, spirtli içki qəbul etmişdi.Sərxoş idi.Daha sonra Hüseynin anası Xanım Mirzəyeva onu yaşadıqları evə çağırdı.Hüseyn həyətlərinə keçdi.Hüseyn həyətə keçərkən ona gələnlərin deyəsən Hidayətgil olduğunu demişdir.Lakin məsafə uzaq və hava qaranlıq olduğuna görə Hidayətin yanında kim olduğunu bilməmişdir.Onlar yaxınlaşdıqda isə həmin şəxslər həmkəndliləri X4, onun qardaşı Şəxs, Hənifə kənd sakinləri X10 və X12 olduğunu görmüşdür.Onlar uca səslə ona nəlayiq söyüşlər söymüşlər.Bu zaman o, Hidayətə, qardaşı Əliyə, həmçinin həmkəndliləri Aslan və Sumbata söyüş söyməmələrini deyərək onlara öz iradını bildirmişdir.Həmçinin evdə ailəsi və uşaqları olduğunu demişdir.Bu zaman onlar onu nəlayiq söyüşlərlə təhqir edərək ona əl və ayaq zərbələri, yəni təpik yumruq vurmaq istəmişlər. Onlar sərxoş olmuşlar. Bu zaman həmin mübahisəni eşidən anası Gülxanım Qasanova və xalası Havvaxanım Qasanova evlərini həyətindən küçəyə çıxmışlar.Daha sonra Hidayət Allahverdiyev, qardaşı Şəxs, Aslan Gəncəliyev və Sumbat Abdullayev onun ünvanına nəlayiq söyüşlər söyərək yerdən götürüb darvazaya daş atmağa başlamışlar. Onun yaşadığı evin darvazasına Hidayət Allahverdiyev, qardaşı Şəxs, Aslan Gəncəliyev və Sumbat Abdullayev daş atmışlar. Nəticədə onun əmlakına 150 manat ziyan dəymişdir.Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənmişdir. Şəxs heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balakən Rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, 01 iyun 2025-ci il tarixdə təxminən saat 23 radələrində o, Balakən rayonu Hənifə kəndində yol ilə qohumu Zahidin evinə getdiyi zaman həmkəndlisi və qohumu olan X6 başını tutub qaça-qaça ona tərəf gəldiyini görmüşdür.O, Sumbatdan nə üçün qaçdığını və nə baş verdiyini soruşduqda Sumbat ona onu həmkəndliləri Zərərçəkmiş şəxs dəyənəklə vurduğunu bildirdi. X7rdaşı Hidayət Allahverdiyevə də ağac dəyənəklə vuraraq xəsarət yetirdiyini bildirdi. Həmin vaxt Zərərçəkmiş şəxs əlində ağac dəyənəklə gəlib onların Sumbatla dayanıb söbhət etdiyi yerə çatdı və üstlərinə gəlib onun sağ qoluna ağac dəyənəklə bir dəfə vurdu. Bu zaman o və Sumbat qaçmağa başlamışlar. Əbdülrəhim onların arxasınca gəlməmişdir.Daha sonra o, qardaşı Hidayəti axtarmaq üçün yaşadığım evə gəlmiş və fikirləşmişdir ki, yəqin ki, Hidayət evə gəlmiş, evə gəldikdə Hidayəti görməmişdir. Bir müddətdən sonra isə bacısı Gülxanım Hidayəti yaşadıqları evə gətirmişdir. Daha sonra isə onlara həmkəndliləri X12 gəlmişdir. Hidayətin gözündən və üzündən qan gəldiyini görmüş və buna görə də ailə üzvləri Hidayəti Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar.02 iyun 2025-ci il tarixdə isə o və Sumbat Balakən rayon mərkəzi xəstəxanasına müraciət etmişlər. Sumbat sol qolundan və başından, o isə sol dirsək nahiyyəsindən xəsarət almışmışlar.Həmin xəsarətləri onlara Zərərçəkmiş şəxs ağac dəyənəklə vuraraq yetirmişdi. İşdə olan 24 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3, Şəxs və X6 barələrində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibini olmadığından həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş , həmçinin X3, Şəxs və X6 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə inzibati tədbir görülməsi üçün Balakən rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə) maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Balakən rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilsin. İşdə olan zərərçəkmiş şəxs X5 11 fevral 2026-cı il tarixli ərizəsində göstərilmişdir ki,Şəxs onun evinin qapısına daş atmaqla ona 150 manat maddi ziyan vurmuşdur.Onlar barışmışlar.Ona dəyən ziyan tam ödənilmişdir.Şəxs heç bir şikayət-tələbi yoxdur.İşin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs X1 Əli Sadıq oğlu ilə barışmalarını, ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan işin icraatına İXM-in 39.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəyib zərərçəkmiş şəxslə barışdığına görə) xitam verilsin;o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(5-112)-48/2026
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-48/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver