Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(5-112)-54/2026 18.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi ilə, Balakən rayon X6 Təhlükəsizlik Bölməsi tərəfindən qəbul olunmuş EPO ******* nömrəli, 22 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X1 rayon X6 Təhlükəsizlik Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EXP1850112 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında EPO2190589 nömrəli, 22 yanvar 2026-cı il tarixli qərardan Balakən Rayon Məhkəməsinə şikayət verərək xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs X7 məhkəməyə ərizə verərək barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan heç bir şikayət və tələbi olmadığını, inzibati xətanı törətməkdə özünü təqsirli bildiyini göstərərək tərtib edilmiş protokoldan Balakən Rayon Məhkəməsinə etdiyi şikayəti baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, X2 şikayəti və ona əlavə edilmiş sənədlər X3 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: X2 Balakən rayon X5 Təhlükəsizlik Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında EPO2190589 nömrəli, 22 yanvar 2026-cı il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər X3 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(5-112)-54/2026
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(5-112)-54/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver