Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-59/2026 10.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zülfüqar oğlunun iştirakları ilə, xx.xx.1970-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN- 188XCYW, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Katex kəndində qeydiyyatda olan və yaşayan Şəxs Zülfüqar oğlunun barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Muradov X6 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)-67/2013 nömrəli icra sənədinə əsasən tələbkar X7 ödəməli olduğu 6617 manat aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs Zülfüqar oğlu aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs Zülfüqar oğlunun göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə göstərdi ki, Muradov X6 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)-67/2013 nömrəli icra sənədinə əsasən 26 may 1995-ci ildə doğulmuş X1, 20 mart 1997-ci ildə doğulmuş X4, 11 mart 1999-cu ildə doğulmuş X2 və 29 sentyabr 2000-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 21 yanvar 2013-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində alimenti X5 xeyrinə ödəməlidir. Şəxs Zülfüqar oğlu alimenti ödəməmiş, hazırda onun 6617 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış, əksinə çağırışlara gəlməmiş, qaçıb gizlənmişdir. Bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. Hazırda da Şəxs Zülfüqar oğlu aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zülfüqar oğlu məhkəmə iclasında göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)-67/2013 nömrəli icra sənədinə əsasən 26 may 1995-ci ildə doğulmuş X1,20 mart 1997-ci ildə doğulmuş X4,11 mart 1999-cu ildə doğulmuş X2 və 29 sentyabr 2000-ci ildə doöğulmu X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 21 yanvar 2013-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində alimenti X5 xeyrinə ödəməlidir. Hazırda maddi imkanı olmadığına və heç yerdə işləmədiyinə görə aliment borcunu ödəyə bilmir.Hissə-hissə borcunu ödəyəcəkdir.Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin e-2(019)-67/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, Şəxs Zülfüqar oğlundan 26 may 1995-ci ildə doğulmuş X1, 20 mart 1997-ci ildə doğulmuş X4,11 mart 1999-cu ildə doğulmuş X2 və 29 sentyabr 2000-ci ildə doğulmu X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 21 yanvar 2013-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində alimenti X5 xeyrinə ödəməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-67/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs Zülfüqar oğluna dərhal icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1970-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Zülfüqar oğlu barəsində axtarış elan edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiqi edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(019)-39/2021 nömrəli qərardaddan görünür ki, borclu Balakən rayonu Katex kədində qeydiyyatda olan və yaşayan Şəxs Zülfüqar oğlunun ölkədən getmək hüququ müvəqqəti-Balakən Rayon Məhkəməsinin 2(0019)-67/2013 nömrəli ,04 mart 2013-cü il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək məhdudlaşdırılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1970-ci il təvəllüdlü ünvan 2 ünvanında yaşayan Şəxs Zülfüqar oğlu barəsində axtarış elan edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1970-ci il təvəllüdlü ünvan 3i ünvanında yaşayan Şəxs Zülfüqar oğlu barəsində axtarış elan edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Sadalanan normaların tələbindən göründüyü kimi məhkəmə qərarlarının icrası məcburidir və icra olunmaması məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir və icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Zülfüqar oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Zülfüqar oğlunun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zülfüqar oğlunun şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Zülfüqar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 10 fevral 2026-cı il tarixdən saat 17:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində işə baxan hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(5-112)-59/2026
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-59/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver