Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-83/2026 04.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs Osbanova (Dibirova) Zenfira Osban qızının iştirakları ilə, xx.xx.1980-cı ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-xxxxxxx, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış,ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Dibirov X7 Rayon Məhkəməsinin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli 2(019)- 67/2013 nömrəli icra sənədlərinə əsasən tələbkar Osbanova (Dibirova) Zenfira Osban qızına ödəməli olduğu 3712 manat aliment borcunu ödəməkdən qəsdən boyun qaçırtmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 göstərdi ki, Dibirov X7 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(019)-782/2024 nömrəli icra sənədinə əsasən 22 iyul 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat-cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti iddiaçı X2 xeyrinə ödəməlidir.Eyni zamanda Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarxli 8(019)-142/2025-ci il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-782/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü Dibirov- Nəriman Elnur oğlunun və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı 14 oktyabr 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək hacqının 0,43 misli həddində indeksasiya olunmuşdur. Şəxs alimenti ödəməmiş, hazırda onun hər iki icra sənədi üzrə 3712 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış, əksinə çağırışlara gəlməmiş, qaçıb gizlənmişdir. Bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. Hazırda da Şəxs aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(019)-782/2024 nömrəli icra sənədinə əsasən 22 iyul 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat-cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti iddiaçı X2 xeyrinə ödəməlidir.Eyni zamanda Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarxli 8(019)-142/2025-ci il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-782/2024 nömrəli,xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü Dibirov- Nəriman Elnur oğlunun və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı 14 oktyabr 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək hacqının 0,43 misli həddində indeksasiya olunmuşdur Hazırda maddi imkanı olmadığına və heç yerdə işləmədiyinə görə aliment borcunu ödəyə bilmir. Borcu hissə-hissə ödəyəcəkdir.Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Osbanova (Dibirova) Zemfira Osban qızı izahatında göstərdi ki, borclu X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(019)- 782/2024 nömrəli icra sənədinə əsasən 22 iyul 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat-cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti onun xeyrinə ödəməlidir. Həmçinin, Balakən Rayon Məhkəməsinin 2(019)-782/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Şəxs onun xeyrinə tutulan alimentin miqdarı 14 oktyabr 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmuşdur.Borclu Şəxs hal-hazırda hər iki icra sənədi üzrə ona olan borcu 3712 manat təşkil edir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin e-2(019)-782/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, 22 iyul 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 150 manat-cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti iddiaçı X2 xeyrinə ödəməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin 11 dekabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin e- 2(019)-782/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs dərhal icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan 03 aprel 2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1980-cı il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiqi edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarxli 8(019)-142/2025-ci il tarixli icra sənədindən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-782/2024 nömrəli,xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı 14 oktyabr 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmuşdur. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 8(019)- 142/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs dərhal icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan xx.xx.2026-cı il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-782/2024 saylı xx.xx.2024cü il tarixli və Balakən Rayon Məhkəməsinin 8(019)-142/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərinin icraatları ümumi icraatda birləşdirilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Sadalanan normaların tələbindən göründüyü kimi məhkəmə qərarlarının icrası məcburidir və icra olunmaması məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir və icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 04 mart 2026-cı il tarixdən saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(5-112)-83/2026
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-83/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver