Məhkəmə qərarları › İş №3(5-112)-90/2026

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-90/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-90/2026 17.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, Protokol tərtib etmiş vəzifəli şəxs Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3913819Şəxs və müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3913819Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 mart 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, borclu Papaxov X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 15630 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən imtina etmiş, bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 izahatında bildirmişdir ki, 01 fevral 2019-cu il tarixdən başlayaraq xx.xx.2011-ci ildə anadan olmuş X6 və xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Protokol tərtib edilən tarixə ödənilməmiş aliment borcu 15630 manat təşkil edir və o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir. Tələbkar alimentin ödənilməsini tələb edir. Dəfələrlə barəsində axtarış elan olunub. Vaxt verilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, himayəsində körpə uşağı var, fəhlə işləyir, bacardığı qədər ödəyir, özü də xəstədir. Borcunu tam ödəmək üçün 1 il vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onlara heç bir köməklik etməyib, ev çürüyüb, su damır, həbs olunandan sonra 50, 70, 150 manat ödəyib. Vaxt verilməsinə razı deyil, vaxt verilsə, qaçıb gedəcək. Barəsində həbs tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-387/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 01 fevral 2019-cu il tarixdən başlayaraq xx.xx.2011-ci ildə anadan olmuş X6 və xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-387/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs dərhal icranı təmin etməyi təklif olunmuşdur. xx.xx.2019cu il tarixdə tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixli Balakən rayon icra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilən aktdan görünür ki, borclu Şəxs evinə baxış keçirmişlər. Baxış zamanı borclu evdə yox idi, tələbkarın və evdəkilərin deməsinə görə Şəxs hazırda Bakı şəhərində məlum olmayan ünvanda yaşayır. xx.xx.2019-cu il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarlardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Balakən rayon icra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilən aktdan görünür ki, 25 may 2023-cü il tarixdə qeydiyyatda olduğu ünvan 2i ünvanına baxış keçirilən zaman borclu, Şəxs həmin ünvanda yaşamadığı məlum olmuşdur. xx.xx.2023-cü il tarixli Balakən rayon icra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilən aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə borclu Şəxs qeydiyyatda olduğu ünvan 5 ünvanda yaşamadığını Bakıda olduğu məlum olmuşdur. Balakən Rayon Məhkəməsinin 8(019)-71/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan və yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti-Balakən Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(019)-387/2019 nömrəli icra sənədi üzrə borcu ödənilənədək məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixli Balakən rayon icra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilən aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə borclu. Şəxs qeydiyyatda olduğu ünvan 5 ünvanda yaşamadığını Bakıda olduğu məlum olmuşdur. xx.xx.2024-cü il tarixli Balakən rayon icra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilən aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə borclu Şəxs qeydiyyatda olduğu ünvan 5 ünvanda yaşamadığını Bakıda olduğu məlum olmuşdur. xx.xx.2025-ci il tarixli Balakən rayon icra və Probasiya şöbəsinin rəisi X9 tərəfindən tərtib edilən aktdan görünür ki, borclu Şəxs xx.xx.2025-ci il tarixdə axtarış qərarı əsasında polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Həmin tarixdə borcludan izahat alınarkən o, şöbənin inzibati binasını tərk edərək qaçıb getmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-108/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 8 gün müddətinə inzibati həbs edilmişdir. Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs ödədiyi aliment cədvəlindən görünür ki, qalıq ümumi borc 15630 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Maddi imkanı olmadığı üçün alimenti ödəməməsi ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır, bu, alimentin ödənilməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun, zərərçəkmiş şəxsin izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməli, həbs müddətinin əvvəli 17 mart 2026-cı il tarixdən saat 13:30-dan hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi X4 ödənilməsi üçün 2 iş saatı üçün Balakən rayon Vəkil Bürosunun hesabına 22 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3913819Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 17 mart 2026-cı il tarixdən saat 13:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. X8 Maisovna tərəfindən https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3913819Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun hesabına 22 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar