Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-95/2026 19.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN- SD18WRV, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Gərəkli (Poştbinə) kəndində qeydiyyatda olan və Xırdalan şəhərində qeydiyyatsız yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-727/2019 nömrəli icra sənədinə əsasən xx.xx.2014-cü ildə doğulmuş X3 və xx.xx.2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimenti tələbkar X1 ödəməli olduğu alimenti ödəməmiş, onun 18200 manat aliment borcu yaranmış,o, həmin borcu ödəməkdən qəsdən boyun qaçırtmışdır. O, bundan başqa Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)-803/2013 nömrəli icra sənədinə əsasən xx.xx.2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 (yetmiş ) manat sabit pul məbləğində alimenti tələbkar X1 ödəməli olduğu halda alimenti ödəməmiş, onun 9450 manat aliment borcu yaranmış,o, həmin borcu ödəməkdən qəsdən boyun qaçırmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borclarının ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə göstərdi ki, Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)-803/2013 nömrəli icra sənədinə əsasən 13 noyabr 2013-cü il tarixdən başlayaraq xx.xx.2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 (yetmiş ) manat sabit pul məbləğində alimenti tələbkar X1 ödəməlidir. O, bu müddətdə cəmi 910 manat ödəniş etmiş onun 9450 manat aliment borcu yaranmışdır. o, həmin borcu ödəməkdən qəsdən boyun qaçırtmışdır. Bundan başqa Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)- 727/2019 nömrəli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə doğulmuş X3 və xx.xx.2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 ödənməlidir. Şəxs keçən müddət ərzində cəmi 400 manat ödəniş etmiş, hazırda onun 18200 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış, əksinə çağırışlara gəlməmiş, qaçıb gizlənmişdir.Bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. Hazırda da Şəxs aliment borclarını ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)-803/2013 nömrəli icra sənədinə əsasən13 noyabr 2013-cü il tarixdən başlayaraq xx.xx.2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 (yetmiş ) manat sabit pul məbləğində alimenti tələbkar X1 ödəməlidir. O, bu müddətdə cəmi 910 manat ödəniş etmişdir. Bundan başqa o, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)- 727/2019 nömrəli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə doğulmuş X3 və xx.xx.2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 ödənməlidir. O, cəmi 400 manat ödəniş etmiş, onun 18200 manat aliment borcu yaranmışdır. O, xəstəliyinə, maddi imkanı olmadığına və heç yerdə işləmədiyinə görə aliment borcunu ödəyə bilməmişdir. Ürəyindən əməliyyat olunmuş, buna görə də fiziki işlə məşğul ola bilmir. Aliment borcunu az-az ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İş üzrə zərərçəkmiş şəxslər X5 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)- 803/2013 nömrəli icra sənədindən görünür ki, 13 noyabr 2013-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 (yetmiş ) manat sabit pul məbləğində aliment tutulub tələbkar X1 ödəməsi qət edilmişdir. İş materiallarında olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin 05 mart 2013-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)-803/2013 nömrəli icra sənədi 05 mart 2014-cü il tarixdə Balakən Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş, tələbin dərhal icrası təklif olunmuşdur. İş materiallarında olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin borclu Şəxs ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)-803/2013 nömrəli icra sənədi üzrə tələbin könüllü icrası borcluya təklif olunmuşdur. İş materiallarında olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin 05 avqust 2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-727/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 05 avqust 2019-cu il tarixdə Balakən Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş,tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-727/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2014-cü ildə doğulmuş X3 və xx.xx.2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat alimentin tutulub, iddiaçı X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin 05 mart 2013-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-727/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 05 avqust 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş,tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 10 (on) gün müddətə inzibati həbs edilmişdir. İş materiaallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(019)- 55/2021 nömrəli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti-tələbkar X1 olan aliment borcu ödənilənədək məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli qərarından görünür ki, xx.xx.1974-ci ildə anadan olmuş Balakən rayonun Gərəkli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən müxtəlif orqanlara sorğular göndərilmiş və həmin sorğulara cavablar nəticəsində Şəxs adına daşınmaz əmlak, bank hesabı, tələb yönəldilə biləcək əmlak qeydə alınmamışdır. Borclu Şəxs Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, çağırışlara gəlməmiş, icra sənədinin icrasını təmin etməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Sadalanan normaların tələbindən göründüyü kimi məhkəmə qərarlarının icrası məcburidir və icra olunmaması məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir və icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 19 mart 2026-cı il tarixdən saat 16:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(5-112)-95/2026
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-95/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver