Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-1/2026 05.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta ixtisas təhsilli, işsiz,ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Bakı şəhəri, Mərdakan qəsəbəsi, Şaqan bağları ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə, saat 20:30 radələrində sərxoş vəziyyətdə Beyləqan şəhəri, Z.Əliyeva küçəsində səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 tərəfindən Şəxs barəsində xx.xx.2026-cı il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə, Beyləqan rayon PŞ-nin DYPB-nin polis nəfəri polis serjantı X5 rayon PŞ-nin rəisinə raportla müraciət edərək xx.xx.2026-cı il tarixdə, saat 19:50 radələrində DYPB-nin polis nəfəri polis baş serjantı Elşən Quliyev ilə birlikdə Beyləqan şəhər magistral küçəsində xidmətdə olduqları zaman “Khazar” markalı avtomobilin d.q nişanının hər ikisinin yerində olmadığını görmüşlər və onlar həmin avtomobili saxlamışlar. Sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər və sənədlərinin təqdim etməsini sürücüdən xahiş etmişlər. Avtomobili nə üçün d.q nişansız idarə etməsini sürücüdən soruşan zaman sürücü avtomobilin qaziyə məxsus olduğunu və xəstəsi olduğu üçün xəstəni rayon xəstəxanasına apardığını bildirmişdir. Onlar avtomobildə olan xəstəni sürücünün iştirakı ilə xəstəxanaya aparmışlar. Həmin vaxt avtomobilin əsl sahibi xəstəxanaya gəlmiş və onlar həmin şəxsin iştirakı ilə avtomobili RPŞ-nə gətirərək duracağa yerləşdirmişlər. Bundan sonra xidməti davam etdirmək üçün Elşən Quliyev ilə avtomobilə əyləşib şöbədən çıxmaq istəyən zaman şöbənin qarşısında 3 nəfər şəxs avtomobilin qarşısını kəsərək onların ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar avtomobildən düşərək həmin şəxsləri nizamintizama dəvət edərək sakit olmalarını bildirsələr də, həmin şəxs polisin qanuni tələbinə məhəl qoymamış küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu səbəbdən də həmin şəxslər YPX-nin əməkdaşları tərəfindən rayon PŞ-nin NH-nə təhvil vermişlər. Polis şöbəsində həmin şəxslərdən birinin Şəxs olduğu məlum olmuş və Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə verilməsi şöbənin aidiyyəti əməkdaşı kimi ona həvalə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə özünü qismən təqsirli bildi və izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdən dostu Vüqar Səfərovun evinə qonaq gəlmişdir. xx.xx.2026-cı il tarixdə digər dostu Binnətlə birlikdə olan zaman Vüqar ona zəng edərək onları rayon xəstəxanasına dəvət etmişlər. Dostu Binnətlə birlikdə xəstəxanaya getmiş və orada bilmişdir ki, dostlarının avtomobili polis əməkdaşları tərəfindən duracağa yerlşdirilmişdir. Bundan sonra onlar polis şöbəsinin qarşısına gedərək avtomobilin nə üçün duracağa yerləşdirildiyini soruşmaq istəyən zaman onların qarşısına çıxan polis əməkdaşı onları PŞ-nə dəvət etmiş, o, polis əməkdaşları ilə birlikdə rayon PŞnə getmişdir. Hadisə zamanı sərxoş vəziyyətdə olduğundan hadisəni tam olaraq xatırlamadığından polis əməkdaşlarına qarşı hər-hansı bir tabesilik göstərməsi barədə məlumat verə bilmir. İkinci Qarabağ müharibəsi iştirakçıdır Füzulinin və Şuşanın azad edilməsinə görə medalları vardır. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin polis nəfəri polis serjantı X5 ifadə verərək göstərdi ki, xx.xx.2026-cı il tarixdə, saat 19:50 radələrində DYPB-nin polis nəfəri polis baş serjantı Elşən Quliyev ilə birlikdə Beyləqan şəhər magistral küçəsində xidmətdə olduqları zaman “Khazar” markalı avtomobilin d.q nişanının hər ikisinin yerində olmadığını görmüşlər və onlar həmin avtomobili saxlamışlar. Sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər və sənədlərinin təqdim etməsini sürücüdən xahiş etmişlər. Avtomobili nə üçün d.q nişansız idarə etməsini sürücüdən soruşan zaman sürücü avtomobilin qaziyə məxsus olduğunu və xəstəsi olduğu üçün xəstəni rayon xəstəxanasına apardığını bildirmişdir. Onlar avtomobildə olan xəstəni sürücünün iştirakı ilə xəstəxanaya aparmışlar. Həmin vaxt avtomobilin əsl sahibi xəstəxanaya gəlmiş və onlar həmin şəxsin iştirakı ilə avtomobili RPŞ-nə gətirərək duracağa yerləşdirmişlər. Bundan sonra xidməti davam etdirmək üçün Elşən Quliyev ilə avtomobilə əyləşib şöbədən çıxmaq istəyən zaman şöbənin qarşısında 3 nəfər şəxs avtomobilin qarşısını kəsərək onların ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar avtomobildən düşərək həmin şəxsləri nizamintizama dəvət edərək sakit olmalarını bildirsələr də, həmin şəxs polisin qanuni tələbinə məhəl qoymamış küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu səbəbdən də həmin şəxslər onlar tərəfindən rayon PŞ-nin NH-nə təhvil vermişlər. Polis şöbəsində həmin şəxslərdən birinin Şəxs olduğu məlum olmuşdur. Bu səbəbdən Şəxs barəsində tədbir görülməsi üçün rayon PŞ-nin rəisinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin polis nəfəri polis baş serjantı X4 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin DYPB-nin polis nəfəri polis serjantı X5 ilə eyni məzmunda ifadə verərək Əşrəf Abbasovun ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin DYPB-nin polis nəfəri polis serjantı X3 xx.xx.2025-ci il tarixli raportdundan görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 19:50 radələrində DYPB-nin polis nəfəri polis baş serjantı Elşən Quliyev ilə birlikdə Beyləqan şəhər magistral küçəsində xidmətdə olduqları zaman “Khazar” markalı avtomobilin d.q nişanının hər ikisinin yerində olmadığını görmüşlər və onlar həmin avtomobili saxlamışlar. Sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər və sənədlərinin təqdim etməsini sürücüdən xahiş etmişlər. Avtomobili nə üçün d.q nişansız idarə etməsini sürücüdən soruşan zaman sürücü avtomobilin qaziyə məxsus olduğunu və xəstəsi olduğu üçün xəstəni rayon xəstəxanasına apardığını bildirmişdir. Onlar avtomobildə olan xəstəni sürücünün iştirakı ilə xəstəxanaya aparmışlar. Həmin vaxt avtomobilin əsl sahibi xəstəxanaya gəlmiş və onlar həmin şəxsin iştirakı ilə avtomobili RPŞ-nə gətirərək duracağa yerləşdirmişlər. Bundan sonra xidməti davam etdirmək üçün Elşən Quliyev ilə avtomobilə əyləşib şöbədən çıxmaq istəyən zaman şöbənin qarşısında 3 nəfər şəxs avtomobilin qarşısını kəsərək onların ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar avtomobildən düşərək həmin şəxsləri nizamintizama dəvət edərək sakit olmalarını bildirsələr də, həmin şəxs polisin qanuni tələbinə məhəl qoymamış küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu səbəbdən də həmin şəxslər onlar tərəfindən rayon PŞ-nin NH-nə təhvil vermişlər. Polis şöbəsində həmin şəxslərdən birinin Şəxs olduğu məlum olmuşdur. Bu səbəbdən Şəxs barəsində tədbir görülməsi üçün rayon PŞ-nin rəisinə raportla müraciət etmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli, protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli, 15 nömrəli sərxoşluğun müəyyən edilməsinə dair müayinə protokolundan görünür ki, Şəxs muayinədən keçirilmiş, muayinə zamanı sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon polis şöbəsi tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Göründüyü kimi istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahat, şahid ifadələri ilə onun İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Hesab edirəm ki, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 34.3, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1 və 34.3-cü maddələrinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə vəya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(5-113)-1/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-1/2026
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver