Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-106/2026 19.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi İslamov Tamerlan Cəlil oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Xocavənd rayonu, Kuropatkino kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, Xocavənd rayonu, Kuropatkino kəndində qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri,Sabunçu rayonu ünvan 1 ünvanında kirayədə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Beyləqan Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 19 yanvar 2026-cı il tarixli MN № ******* saylı Protokol daxil olmuşdur. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu müdafiə edən Bеyləqаn rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədində 3030 manat Şəxs alınaraq X2 xeyrinə, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədində 880 ABŞ dolları, 88 ABŞ dolları cərimə və 39 manat dövlət rüsumu Şəxs alınaraq "xxxx" MMC-nin xeyrinə və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədində 11.205 manat X1 xeyrinə tutulması göstərilmişdir. Şəxs icra sənədi barədə bildirişlər göndərilmiş, izahatları alınmış, ona qeyd olunan icra sənədləri üzrə ödənişlər etməsi təklif edilmişdir. Lakin maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmişdir. Ona görə də borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, göstərilən məhkəmə aktlarından xəbərdardır. İcra məmuru tərəfindən icraata başalamaq haqqında qərarların və xəbərdarlıq məktublarının surəti ona göndərilmişdir. O, icra sənədləri ilə bağlı bir neçə dəfə icra məmurunun yanında olmuş və icra sənədi üzrə borcundan ödənişlər etmək üçün icra məmurundan vaxt istəmişdir. Lakin maddi imkanı aşağı olduğuna görə həmin borclarını bu günə qədər tam olaraq ödəyib qurtarmamışdır. Həmçinin bir icra sənədi üzrə borcundan 500 manat, digər icra sənədi üzrə borcundan isə 5000 manat ödəniş etmiş, lakin ödənişləri telefonunda olan proqram vasitəsi ilə ödədiyindən və həmin proqramın olduğu telefonun ekranı sındığından ödənişlə bağlı qəbzləri təqdim edə bilmir. Hazırda da icra sənədləri üzrə borcundan ödəniş etmək üçün maddi imkanı yoxdur. Ona vaxt verilərsə, icra sənədi üzrə borclarından hər ay 200-300 manat hissə-hissə olmaqla ödənişlər edə bilər. Hazırda isə icra sənədlərində qeyd olunan məbləğləri ödəyə bilmir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocavənd Rayon Məhkəməsinin 2(069)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, VİP 18708 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 880 ABŞ dolları əsas, 88 ABŞ dolları məbləğində cərimə borcu qətnamənin icra olunduğu günə qədər manat məzənnəsi ilə və ödənilmiş 39 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyirinə tutulmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Xocavənd Rayon Məhkəməsinin 2(069)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Xocavənd Rayon Məhkəməsinin e-2(069)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 2.850 manat əsas, 150 manat cərimə borcu və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu X2 xeyrinə tutulmalıdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Xocavənd Rayon Məhkəməsinin e-2(069)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1401/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 11.080 manat və 125 manat məbləğində dövlət rüsumu alınaraq X1 xeyrinə tutulmalıdır. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1401/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli Bildirişlərdən görünür ki, Şəxs icra sənədlərinin icra edilməsi barədə bildirişlər göndərilmişdir. xx.xx.2026-cı il tarixli Xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədlərinin icra edilməsi barədə xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədləri üzrə borcunu ödəməyərək sözügedən icra sənədlərini icra etməmiş və Şəxs borcun ödənilməməsinin səbəbi kimi maddi imkanının aşağı olması ilə bağlı izahatına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən hallar borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün əsas sayıla bilməz. Göründüyü kimi, Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarın icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədləri qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzrlü səbəb olmamışdır İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildirişlər, özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 19 yanvar 2026-cı il tarixdən, saat 17:20-dən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən saat 17:20-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tamerlan İslamov
Məhkəmə qərarları › İş №3(5-113)-106/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-106/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver