Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-19/2026 02.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, N saylı hərbi hissənin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən X6 şikayətini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin Beyləqan rayonu Bolsulu kəndində dislokasiya olunmuş 3-cü taborunun əsgər yeməkxanasında aşpaz vəzifəsində işləyən mülki işçi Zeynalov llhamiz Qara oğlu xx.xx.2025-ci il tarixdə saat 06:40 radələrində növbədə olduğu zaman öz şəxsi ehtiyatsızlığı ucbatından sol əlinin bilək nahiyəsini kəsmiş və daha sonra ona ilkin tibbi yardım göstərilmişdir. xx.xx.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mil-Muğan regional şöbəsi (bundan sonra xidmətin Mil-Muğan regional şöbəsi) AR Əmək Məcəlləsinin 215-ci maddəsini rəhbər tutaraq İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN №1809286 nömrəli tənbeh vermə haqqında qərarı ilə X1 barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq etmişdir. Belə ki, Beyləqan rayonu Bolsulu kəndində dislokasiya olunmuş N nömrəli hərbi hissənin 3-cü taborunun əsgər yeməkxanasında bütün mülki işçilər geyim formaları ilə (əlcək, yeməkxana paltarı və s.) ilə tam olaraq təmin olunub, lakin inzibati tənbeh etmə protokolu tətbiq edilərkən nəzərə alınmayıb. Həmçinin 2-ci təhqiqat bölməsində mülki işçi X2 xəsarət alması faktı ilə araşdırma aparılıb, İ.Q.Zeynalovun aldığı xəsarət dərəcəsi təyin olunmayan xəsarət olduğuna görə material işə alınması üçün hərbi hissəyə qaytarılıb. Bundan başqa xidmətin Mil-Muğan regional şöbəsi qeyd olunan qərarında İXM-in 198.1.5-ci maddəsinə istinad edərək X1 rəhbərlik etdiyi hərbi hissədə normal əmək və istirahət rejiminə riayət edilmədiyini, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla mülki işçi Zeynalov llhamiz Qara oğlunun iş vaxtından artıq işlərə cəlb edildiyini bildirmişdir. Lakin,normal əmək rejimi dedikdə işçilər üçün tenxikanın və texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilən hasilat, vaxt, xidmət və işçilərin say normaları başa düşülür. Bolsulu kəndində dislokasiya olunmuş 3-cü taborda hazırda 47 (qırx yeddi) nəfər mülki işçi işləyir, mülki işçilərin sayı şəxsi heyətin sayına uyğundur. İş və istirahət rejiminə riayət olunur, həmin taborda gənc əsgərlər olduğunu nəzərə alınmayıb. Çünki gəncə əsgərlər daimi olaraq diqqət və qayğı tələb etdiyindən onlara münasibətdə mülki işçilərin iş qrafiklərində (iş rejimlərində dəyişikliklərə yol verilə bilir) Qərardan göründüyü kimi X1 hərəkətlərində AR İXM-in 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi formalaşmamışdır. Əməldə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin barəmdə inzibati tənbeh vermə haqqında qərar tətbiq edilərkən izahatım alınmamış, işlə bağlı hər hansı sübutları təqdim etməyim üçün mənə heç bir məlumat verilməmişdir. Müfəttişlik tərəfindən yalnız mülki işçi X2 izahatına istinad olunub. İş üzrə digər məsələlər araşdırılmayıb. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103-cü maddəsində işçinin istirahət və nahar üçün fasilə müddəti müəyyənləşdirilmişdir. Sözügedən işçi eləcə də digər işçilər gənc əsgərlərə qulluq göstədiyi üçün onlar gecə ərzində 8 saatlıq istirahət verilir. Bundan əlavə onlara 12 saatdan çox istirahət etmələri üçündə şərait yaradılır. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmamışdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti isə müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Bundan başqa 2024-cü il ərzində növbəli iş rejimi ilə əlaqədar X3 müvafiq qurumlarına bu barədə rəsmi məlumat verilərək qeyd olunan məsələlərin nəzərə alınması bildirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN №1809286 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında X6 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən N nömrəli hərbi hissənin nümayəndəsi X9 şikayəti müdafiə etdiklərini və onların hərbi hissəsində normal əmək və istirahət rejiminə riayət edildiyini bildirərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti vermiş şəxs və qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə X1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mil-Muğan regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mil-Muğan regional şöbəsinin baş əmək müfəttişi Hafiz Miriyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, N saylı hərbi hissənin işçisi Zeynalov İlhamizin xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı təhqiqat aparılan zamanlar xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı təhqiqat aparılan zaman (xx.xx.2025-xx.xx.2025-ci il) dövrlərdə işəgötürən tərəfindən ƏM-nin 215ci maddəsinin pozulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş,N saylı hərbi hissənin komandiri X6 işəgötürən və X7 işçi olmaqla aralarında xx.xx.2025-ci il tarixdə Əmək müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən X7 N saylı hərbi hissədə aşpaz vəzifəsində işə qəbul olunmuşdur. Həmin Müqavilənin 4.21-ci bəndinə əsasən iş rejimi üç növbəlidir. Birinci növbə saat 09:00-da başlanır və saat 09:00-da qurtarır. –İkinci növbə saat 09:00-da başlanır və saat 09:00-da qurtarır. Üçüncü növbə saat 09:00 başlanır və saat 09:00 qurtarır. İş vaxtının rejimi barədə 3 növbəli iş rejimi olduğu üçün istirahət günləri tərtib olunmuş qrafik əsasında tənzimlənir, gündüz vaxtı növbədə olduğu zaman istirahəti 11:00-dan 13:00-dək, 15:00-dan 17:00-dək, gecə vaxtı istirahəti 20:00-dan 22:00-dək, 03:00-dan 05:00-dək tənzimlənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qəbul edilərkən işin bütün faktiki halları tam araşdırılmamış, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş və onun izahatı alınmamış, sübutlar təqdim edilməsinə şərait yaradılmamışdır. Eyni zamanda şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş 11 iyul 2025-ci il tarixli Əmək müqaviləsində aşpaz işləyən X2 iş rejiminin üç növbəli olduğu, birinci növbənin saat 09:00-da başlandığı və saat 09:00-da qurtardığı, ikinci növbənin saat 09:00-da başlandığı və saat 09:00-da qurtardığı, üçüncü növbənin saat 09:00-da başlandığı və saat 09:00-da qurtardığı, iş vaxtının rejimi barədə 3 növbəli iş rejimi olduğu üçün istirahət günləri tərtib olunmuş qrafik əsasında tənzimləndiyi, gündüz vaxtı növbədə olduğu zaman istirahətin 11:00-dan 13:00-dək, 15:00-dan 17:00dək, gecə vaxtı istirahətin 20:00-dan 22:00-dək, 03:00-dan 05:00-dək tənzimləndiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, bu hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №3(5-113)-19/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-19/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver