Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-215/2026 02.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Beyləqan rayonu, SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-511/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat borc pul və ödənilmiş 15 manat dövlət rüsumu tutularaq X5 ödənilməlidir. Bundan başqa Beyləqan Rayon Məhkəməsinin e-2(020)-422/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 375 manat əsas, 56.25 manat cərimə olmaqla 431.25 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb "xxxx" QSC-nə ödənilməlidir. Həmçinin Beyləqan Rayon Məhkəməsinin e-2(020)-1267/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 798 manat məbləğində borc, 80 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 908 manat məbləğində pul vəsaiti tutularaq X3 verilməlidir. Şəxs icra sənədləri üzrə borcunu ödəməmiş, həmçinin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-511/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat borc pul və ödənilmiş 15 manat dövlət rüsumu tutularaq X5 ödənilməlidir. Bundan başqa Beyləqan Rayon Məhkəməsinin e-2(020)-422/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 375 manat əsas, 56.25 manat cərimə olmaqla 431.25 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb "xxxx" QSC-nə ödənilməlidir. Həmçinin Beyləqan Rayon Məhkəməsinin e-2(020)-1267/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 798 manat məbləğində borc, 80 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 908 manat məbləğində pul vəsaiti tutularaq X3 verilməlidir. Birinci icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə, ikinci icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə, üçüncü icra sənədi üzrə isə xx.xx.2024-cü il tarixdə icraata başalamaq haqqında qərarlar qəbul etmiş və tələbin könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Qanuni icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs icra sənədləri üzrə borcundan heç bir ödəniş etməmişdir. Barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq çağırışlara gəlməmişdir. Ona görə də Şəxs barəsində axtarış qərarı qəbul edərək Beyləqan Rayon Polis polis şöbəsinə göndərilmiş, həmçinin borclunun məcburi icra şöbəsinə gətirilməsi barədə Beyləqan Rayon Məhkəməsinə təqdimatla müraciət etmişdir. Şəxs polis tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Şəxs icra şöbəsində izahat verərək hazırda icra sənədləri üzrə borcundan ödəniş etmək üçün maddi imkanının olmadığını və ona vaxt verilərsə borcunu gələcəkdə hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Ona görə də borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bildi və məhkəmə iclasında izahat verərək bildirdi ki, icra məmuru tərəfindən qeyd edilən icra sənədləri üzrə borclarının olduğundan xəbərdardır, icra məmuru tərəfindən icra sənədləri ürə borclarını ödəməsi üçün ona müxtəlif vaxtlarda bildiriş və xəbərdarlıqlar göndərilmişdir. İcra məmurunun çağırışının birinə getmiş və icra şöbəsində izahat verərək icra sənədi üzrə borcundan ödəniş etməsi üçün icra məmurundan vaxt istəmişdir. İcra məmuru ona vaxt vermiş, lakin maddi imkanı olmadığına görə icra sənədləri üzrə borclarını bu günədə tam olaraq ödəməmişdir. İcra sənədi üzrə tələbkar Ülvi Ramizliyə olan borcundan 1100 manat ödəmiş, Ülvi Ramizliyə onun 900 manat borcu qalmışdır. Şirin Maqsudova və "xxxx" QSC-yə olan borcunu ödəyə bilməmişdir. Hazırda icra sənədləri üzrə borcundan 300 manat ödəniş etmək imkanı vardır. Qalan borclarını gələcəkdə aylıq hissə-hissə olmaqla ödənişlər edə bilər. Bakı şəhərində olduğuna görə icra məmurunun çağırışlarına gələ bilməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 2(020)-511/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 2000 manat borc pul və ödənilmiş 15 manat dövlət rüsumu tutularaq X5 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-511/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Beyləqan Rayon Məhkəməsinin e-2(020)-422/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 375 manat əsas, 56.25 manat cərimə olmaqla 431.25 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb "xxxx" QSC-nə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)- 422/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Beyləqan Rayon Məhkəməsinin e-2(020)-1267/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 798 manat məbləğində borc, 80 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 908 manat məbləğində pul vəsaiti tutularaq X3 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)- 1267/2024 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2020-ci il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Bildirişlərdən görünür ki, Şəxs icra sənədlərinin icra edilməsi barədə bildirişlər göndərilmişdir. xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli Xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədlərinin icra edilməsi barədə xəbərdarlıqlar göndərilmişdir. xx.xx.2026-cı il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədləri üzrə borcunu ödəməyərək sözügedən icra sənədlərini icra etməmiş və Şəxs borcun ödənilməməsinin səbəbi kimi maddi imkanının zəif olmasını göstərməsi borclu tərəfindən icra sənədlərinin icra edilməməsi üçün əsas sayıla bilməz. Göründüyü kimi, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarları üzrə verilmiş icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. İşin hallarından da göründüyü kimi o, maddi imkanı olmamaq baxımından icra sənədlərini icra etməməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədləri qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra sənədləri, bildirişlər,xəbərdarlıqlar,axtarış qərarı, icra məmurunun və özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədlərini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 02 fevral 2026-cı il tarixdən, saat 17:30-dan hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(5-113)-215/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-215/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver