Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-229/2026 05.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Beyləqan rayonu, Eyvazalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, Füzuli rayon, notariat ofsinin 8İ-3422 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən Şəxs 2003.25 manat "xxxx" MMC-nin xeyirinə tutulmalıdır. Şəxs tələbi təmin etmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X2 izahat verərək bildirmişdir ki, Füzuli rayon, notariat ofsinin 8İ-3422 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən Şəxs 2003.25 manat "xxxx" MMC-nin xeyirinə tutulmalıdır. Həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraat başlanılmış və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Borclu icra sənədi üzrə borcundan heç bir ödəniş etmədiyindən və icra məmurunun çağırışlarına könüllü olaraq gəlmədiyindən xx.xx.2026-cı il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmiş və xx.xx.2026-cı il tarixdə borclu icra şöbəsinə gəlmiş, izahatı alınmış və maddi imkanı olmadığını bildirərək, ödəniş etməmişdir. Ona görə də Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, "xxxx" MMC adlı təşkilatdan 800 manat pul götürmüş, həmin pulu həyat yoldaşının xəstəliyi ilə əlaqədar mualicəsinə xərcləmişdir. Həyat yoldaşı 2-ci Qarabağ müharibəsi veteranıdır. Həyat yoldaşının mualicəsi ilə əlaqədar olaraq müvəqqəti olaraq Bakı şəhəri, Hövsan qəsəbəsində kirayədə yaşayır. Notariusun icra qeydindən məlumatı olmamışdır. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarı, bildirişi və xəbərdarlığı almamış, icra məmurunun çağırışları onun rəsmi qeydiyyatda olduğu Beyləqan rayonu, Eyvazalılar kəndinə göndərilsə də həmin çağırış və bildirişlər ona çatmadığına görə icra məmurunun çağırışlarıdan xəbərdar olmamış və ona görə də icra məmurunun çağırışlarına gəlməmişdir. 2 gün əvvəl rayon PŞ-nin əməkdaşları tərəfindən ona məxsus mobil telefon nömrəsinə zəng edilərək barəsində Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən axtarış elan olunduğu və ona icra şöbəsinə gəlməli olduğu bildirilmişdir. Bundan sonra özü könüllü olaraq bu gün icra şöbəsinə gəlmiş və icra şöbəsində izahatı alınmışdır. İcra məmuru tərəfindən oan borcunun tam olaraq ödənilməsi bilddirilmiş, lakin o, icra məmuruna hazırda icra sənədi üzrə borcundan ödəniş etmək üçün maddi imkanın olmadığını, ona vaxt verilərsə icra sənədi üzrə borcundan aylıq hissə-hissə ödəniş edəcəyini bildirmişdir. O, icra sənədini icra etməkdən boyun qaçırmır. Ona görə də, qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Füzuli rayon, notariat ofsinin 8İ-3422 saylı, xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 2003.25 manat pul tutularaq "xxxx" MMC-nin xeyirinə tutulmalıdır.. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Füzuli rayon, notariat ofsinin 8İ-3422 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və könüllü icra barədə bildiriş Şəxs göndərilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Füzuli rayon, notariat ofsinin 8İ-3422 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən 2003.25 manat pul borcunu tələbkar "xxxx" MMC-yə ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Füzuli rayon, notariat ofsinin 8İ- 3422 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs borcu üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında icra qeydindən məlumatsız olduğunu və bu gün ilk dəfə İcra şöbəsində olduğunu, icra məmuru tərəfindən barəsində görülmüş qanuni icra tədbirləri barədə bildiriş və xəbərdarlıqların ona göndərilməməsini, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığını bildirmişdir. Həmçinin iş materiallarında olan tələbin könüllü icrası ilə bağlı bildirişin və xəbrdarlığın Şəxs göndərilməsi ilə bağlı sənəd aşkar edilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilməmişdən əvvəl Füzuli rayon, notariat ofsinin 8İ- 3422 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən müvafiq icra tədbirləri görülməmişdir. Yəni, icra zamanı icra məmuru tərəfindən borclu Şəxs yaşadığı evə baxış keçirilərək, üzərinə həbs qoyulması üçün siyahıya alınmalı olan əmlaklarının olub-olmaması müəyyən edilməmişdir. Bu hallara görə də, yəni müvafiq məcburi icra tədbirləri görülmədən tələbkarın xeyrinə tutulan borc məbləğinin ödənilməməsində borclu Şəxs qəsdi, yəni üzürsüz səbəbini təsdiq edən halların mövcudluğu müəyyən edilmir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə bağlı borclu Şəxs ilk dəfə xx.xx.2026-cı il tarixdə icra və probasiya şöbəsində olmuş, izahatı alınarkən icradan boyun qaçırmadığını, hər ay borcundan 100 manat ödəyə biləcəyini, lakin borcunu tam şəkildə ödəməyə maddi imkanının olmamasını bildirmişdir. İcra məmuru tərəfindən həmin vaxt borcluya tələbin könüllü icrası ilə bağlı vaxt verilməli olduğu halda onun barəsində əsassız olaraq inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbu ki, iş materialları ilə də Şəxs icra sənədi üzrə qəbul edilmiş qərarlardan və nildirişlərdən məlumatı olmadığı müəyyən edilmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 43.1, 43.1.1 və 43.1.2-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi və tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilir ki, borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda, icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, icra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyətin yaranması üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunmalı və bu halların olması protokolu tərtib etmiş şəxsin topladığı sübutlarla sübut edilməlidir. Lakin, yuxarıda təsvir edilənlərdən görünür ki, məlum icra sənədi üzrə müvafiq icra tədbirləri görülmədən və eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətləri və həmin inzibati xətanı sübut edən hallar müəyyən edilmədən, hətta inzibati xətanın mahiyyəti göstərilmədən - borclu Şəxs barəsində xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə vəya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(5-113)-229/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-229/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver