Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-232/2026 06.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş mayoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Beyləqan rayonu, Milabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan rayonun Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 15 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində uca səslə ünvansız nalayiq söyüşlərdən istifadə emiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş mayoru X2 oğlu izahat verərək bildirmişdir ki, xx.xx.2026-ci il tarixdə Beyləqan rayon PŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Peyman Süleymanov və Beyləqan rayon PŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Anar Qurbanovla birlikdə Beyləqan şəhər ərazisində xidməti ərazidə olarkən saat 15:00 radələrində S.İmrəliyev küçəsində, adı sonra məlum olan Şəxs telefonla danışarkən yüksək səslə ətrafdakı evlərdən eşidiləcək dərəcədə ardıcıl olaraq ünvanlı və ünvansız ağır nalayiq ifadələr işlətdiyini müşahidə etmişlər. Şəxs ictimai yerdə bu cür davranışı cəmiyyətə qarşı aşkar hörmətsizlik kimi qiymətləndirildiyindən, ona yaxınlaşaraq özlərini təqdim etdib və bunun kobud ictimai qayda pozuntusu olduğunu ona izah etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hüquqazidd hərəkətlərini “yaxşı edirəm” deyərək davam etdirmişdir. Həmin şəxslə aparılan proflaktik söhbətlər nəticə vermədiyi üçün həmin şəxsi rayon polis şöbəsinə gətirərək Növbətçi Hisəyyə təhvil vermişlər. Bu səbəbdən, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 04 fevral 2026-cı il tarixdə, saat 15 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində əsəbi vəziyyətdə olduğundan küçədə telefonla danışarkən ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman ərazidə xidmətdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizm-intizama dəvət edərək söyüş söyməməsini bildirmişlər. Lakin o, əsəbi vəziyyətdə olduğundan polis əməkdaşları onu sakitləşdirməyə çalışsa da, o hərəkətlərinə davam etmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı X1 ifadə verərək bildirmişdir ki,o, Beyləqan rayon PŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Anar Qurbanovla birlikdə Beyləqan şəhər ərazisində xidməti ərazidə olarkən saat 15:00 radələrində S.İmrəliyev küçəsində, adı sonra məlum olan Şəxs telefonla danışarkən yüksək səslə ətrafdakı evlərdən eşidiləcək dərəcədə ardıcıl olaraq ünvanlı və ünvansız ağır nalayiq ifadələr işlətdiyini müşahidə etmişlər. Şəxs ictimai yerdə bu cür davranışı cəmiyyətə qarşı aşkar hörmətsizlik kimi qiymətləndirildiyindən, ona yaxınlaşaraq özlərini təqdim etdib və bunun kobud ictimai qayda pozuntusu olduğunu ona izah etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hüquqazidd hərəkətlərini “yaxşı edirəm” deyərək davam etdirmişdir. Həmin şəxslə aparılan proflaktik söhbətlər nəticə vermədiyi üçün həmin şəxsi rayon polis şöbəsinə gətirərək Növbətçi Hisəyyə təhvil vermişlər. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X4 məhkəmə iclasında şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı X1 ilə eyni məzmunda ifadə verərək Peyman Süleymanovun ifadəsində göstərdiyi xüsataların doğruluğunu təsdiq etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və şahid ifadəsini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsi tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli Raportdan görünür ki, o, Beyləqan rayon PŞ-nin CABın əməliyyat müvəkkili, polis leytenantı Anar Qurbanovla birlikdə Beyləqan şəhər ərazisində xidməti ərazidə olarkən saat 15:00 radələrində S.İmrəliyev küçəsində, adı sonra məlum olan Şəxs telefonla danışarkən yüksək səslə ətrafdakı evlərdən eşidiləcək dərəcədə ardıcıl olaraq ünvanlı və ünvansız ağır nalayiq ifadələr işlətdiyini müşahidə etmişlər. Şəxs ictimai yerdə bu cür davranışı cəmiyyətə qarşı aşkar hörmətsizlik kimi qiymətləndirildiyindən, ona yaxınlaşaraq özlərini təqdim edib və bunun kobud ictimai qayda pozuntusu olduğunu ona izah etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hüquqazidd hərəkətlərini “yaxşı edirəm” deyərək davam etdirmişdir. Həmin şəxslə aparılan proflaktik söhbətlər nəticə vermədiyi üçün həmin şəxsi rayon polis şöbəsinə gətirərək Növbətçi Hisəyyə təhvil vermişlər. AZA seriyalı 028101 №-li İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2026-cı il tarixdə saat 16:15-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən saat 16:15-dən hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №3(5-113)-232/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-232/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver