Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-233/2026 06.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Milabad qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Beyləqan rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-9530 №-li icra qeydinə əsasən borclu Şəxs vaxtında ödənilməmiş 967.53 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 992.53 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir.Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-816/2025 saylı icra sənədinə əsasən Şəxs 2405 manat əsas və dövlət rüsumuna görə ödənilmiş 44.05 manat pul alınıb X1 verilməlidir. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İcra sənədi üzrə yaranmış borcları ödəməsi üçün qanuni icra tədbirləri görməsinə baxmayaraq Şəxs icra sənədi üzrə borcunu icra etməmişdir. Ona görə də, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki,borclu ilk dəfə olaraq xx.xx.2026-cı il tarixdə Beyləqan rayon İcra və Probasiya Şöbəsində olmuş və ona həmin gün könüllü icra barədə bildiriş təqdim edilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Beyləqan rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-9530 №-li icra qeydinə əsasən ondan vaxtında ödənilməmiş 967,53 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 992,53 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-816/2025 saylı icra sənədinə əsasən ondan 2405 manat əsas və dövlət rüsumuna görə ödənilmiş 44,05 manat pul alınıb X1 verilməlidir. O, icra məmurunun yanında ilk dəfə bu gün olmuş və bu gün icra məmuru tərəfindən ona bu gün könüllü icra barədə bildiriş və xəbərdarlıq edilmişdir. Hal-hazırda borcundan 400 manat ödəniş edir. Lakin tələbkarın bank hesabının nömrəsi onda və icra məmurunda olmadığına görə ödənişi edə bilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Beyləqan rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-9530 №-li icra qeydinə əsasən borclu Şəxs vaxtında ödənilməmiş 967,53 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 992,53 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-816/2025 saylı icra sənədinə əsasən Şəxs 2405 manat əsas və dövlət rüsumuna görə ödənilmiş 44,05 manat pul alınıb X1 verilməlidir. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2026-cı il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli 8İ-9530 №li icra qeydi və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-816/2025 saylı icra sənədi üzrə Şəxs qalan borcu üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında ona tələbin könüllü icrası ilə bağlı bildiriş verilmədiyini, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığını bildirmişdir. Həmçinin iş materiallarında olan tələbin könüllü icrası ilə bağlı bildirişin Şəxs göndərilməsi ilə bağlı sənəd aşkar edilməmiş və icra məmuru tərəfindən məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirilmişdir ki, borclu ilk dəfə olaraq xx.xx.2026-cı il tarixdə Beyləqan rayon İcra və Probasiya Şöbəsində olmuş və ona həmin gün könüllü icra barədə bildiriş təqdim edilmişdir. Qeyd edilənlər isə Şəxs icra sənədinin icrasından boyun qaçırmadığını sübut edir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №3(5-113)-233/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-233/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver