Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-237/2026 09.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Beyləqan rayonu Aşağı Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu Aşağı Çəmənli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Həmin Protokolda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 108 manat aliment tutulub, X3 ödənilməsi göstərilmişdir. Şəxs icra sənədi üzrə alimenti ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs hazırda icra sənədi üzrə 14040 manat aliment borcu var. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 157/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 108 manat aliment tutulub, X3 ödənilməsi qət edilmişdir. xx.xx.2026-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs bugünədək icra sənədi üzrə alimenti ödəməmiş, nəticədə icra sənədi üzrə 14040 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar yaranmış aliment borcunun ödənilməsi ilə bağlı zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun çağırışlarına gəlmədiyi üçün sonuncu barəsində axtarış qərarı qəbul edilmiş və polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində Şəxs icra sənədi üzrə aliment borcunu ödənilməsi tələb olunmuş, lakin Şəxs icra sənədi üzrə borcunu tam olaraq ödəyə bilməyəcəyini bildirmişdir. Ona görə də Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan icra işindən xəbərdardır, əvəllər tələbkarla razılaşdığına görə tələbkar ondan aliment istəməmişdir. Hazırda isə maddi imkanı olmadığından icra sənədi üzrə alimenti ödəyə bilməmişdir. Səhhətində olan xəstəliklə əlaqədar olaraq işləyə bilmir, aylıq 80 manat veteran pulu alır. Hazırda icra sənədi üzrə manat aliment borcu yaranmışdır. Hal-hazırda o, yığılmış aliment borcundan 1000 manatını ödəmişdir. Tələbkarla razılaşmışdır. Bundan sonra hər ay alimenti ödəyəckdir. Bakı şəhərində yaşadığından icra məmurunun çağırışları onun qeydiyyatda olduğu Beyləqan rayonu Aşağı Çəmənli kəndindəki ünvanına göndərildiyindən icra məmurunun çağırışlarından xəbərdar olmamışdır. Barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 108 manat aliment tutulub X3 ödənilməsi qət edilmişdir. xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2026-cı il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. "xxxx" ASC-nin ödəniş sistemi vasitəsilə ödənilmiş 2805 nömrəli qəbzin surətindən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə 1000 manat ödənişi X1 bank hesabına ödəmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 157/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə xx.xx.2026-cı il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs aliment ödənişlərini etməkdən qərəzli şəkildə yayınmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra icra sənədi üzrə aliment barədə tələbkarla öz aralarında razılaşmış, lakin sonradan aralarında olan razılaşmaları pozulmuşdur. Bu səbəbdən də icra sənədinin icrası ilə bağlı hər hansı bir hərəkətsizlik göstərməmiş, həmçinin icra sənədi üzrə yaranmış borcundan hazırda tələbkara 1000 manat ödəmiş, qalan borcunu isə alimentlə birlikdə hər ay hissə-hissə ödəyəcəyinə söz vermişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs bu gün, yəni xx.xx.2026-cı il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı vasitəsi ilə icra sənədi üzrə yaranmış borcundan 1000 manat məbləğində pulu tələbkara ödəmişdir. Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(5-113)-237/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-237/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver