Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(5-113)-239/2026 12.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızı, X1 verdiyi müraciətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 müraciətlə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixində törədilmiş inzibati xətaya görə onun sürcülük vəsiqəsinə tətbiq edilmiş cərimə və balın ləğv edilməsi, sürücülük vəsiqəsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması, Xırdalan şəhər DYP Şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, iş üzrə ədalətli və qanuni qərarın qəbul edilməsini (protokol EQ ********) xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı müraciəti nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş müraciət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə əsasən inzibati xəta haqqında protokoldan və ya hərəktsizlikdən deyil, inzibati xəta haqqında qərardan şikayət verilə bilər. X1 müraciətində isə inzibati tənbeh edilməsinə dair barəsində qərarın qəbul edilib-edilməməsinin müəyyən edilməsi mümkün deyildir. Eləcə də, həmin qərar varsa belə iş materiallarına əlavə olunmamışdır. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Bundan sonra isə inzibati xətanın törədilmə yerinin, vaxtının müəyyən edilməsi və inzibati tənbehin hansı əsaslara görə verilməsi öyrənilməlidir. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X2 tərəfindən qanunvericiliyə uyğun şikayət tərtib edilmədiyindən geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 tərəfindən verilmiş müraciət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Hakim: Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №3(5-113)-239/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(5-113)-239/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver