Məhkəmə qərarları › İş №3(5-113)-241/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-241/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-241/2026 11.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Beyləqan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxx 1980-cı il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Beyləqan Rayon Polis Şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 11 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs təxminən iki ay əvvəl Beyləqan şəhəri ərazisində Beyləqan-Daşburun avtomobil yolu istiqamətində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq, Beyləqan rayon Polis şöbəsinə gətirilmiş və muayinə zamanı narkotik vasitə olan marixuanadan epizodik qaydada qanunsuz olaraq istehlak etməsi aşkar edilmiş, həmçinin o, gətirilərkən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Beyləqan rayon Polis şöbəsində digər fakt üzrə aparılan araşdırma çərçivəsində Şəxs qadağan olunmuş hər hansı bir maddədən istifadə edib-etməməsi yoxlanılarkən narkotik maddədən istifadə etməsi həm müayinə nəticəsində və həm də özünün deməsi ilə müəyyən edilmişdir. Buna baxmayaraq, onun əməllərində Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin tələblərinə əsasən cinayət tərkibinin əlamətləri olmadığına görə 21 yanvar 2026-cı il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti onun əməllərində Azərbaycan Respublikası İXM-in 206 və 535.1-cı maddələrinin tərkibi olduğundan inzibati xətaya dair iş üzrə icraat başlanması üçün rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Beyləqan rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində Şəxs əməllərində Azərbaycan Respubliksı İXM-in 206 və 535.1-cı maddələrinin tərkib əlamətlərinin olması müəyyən edildiyindən, barəsində Beyləqan rayon Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən 11 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş etmiş X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs müayinəsi zamanı sidiyindən narkotik maddə olan aşkar olunmuşdur. Qeyd olunanlara əsasən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiqi ilə bağlı protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, təxminən 2 ay bundan əvvəl bir dəfə narkotik maddə olan marixuanadan istifadə etmişdir. O, həmin marixuananı təxminən 2 ay öncə Beyləqan şəhər ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığından keçən avtomobil yolunun kənarından tapmışdır. Belə ki, o, Beyləqan rayon “Mənzil Komunal Təsərüfat konbinatının”nəznində olan “X12" işçisidir. Yol kənarlarının süpürülməsi ilə məşğul olur. Bu səbəbdən də yol kənarın süpürən zaman siqaret qutusu tapmış və həmin siqaret qutusunun işərisində 2-3 ədəd içərisində marixuana doldurulan siqaret olmasını görmüşdür. Həmin vaxtan sonra o, içərisinə marixuana doldurulan siqaretləri çəkməyə başlamışdır. 16 yanvar 2026-cı il tarixdə saat 15 radələrində Beyləqan şəhər ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsnin yaxınlığında işlədiyi yolun kənarı ilə gedən zaman əvvələr tanımadığı və adını bilmədiyi polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitə istifadə etməsini bildirərək onu Beyləqan rayon Polis şöbəsinə dəvət etmişlər. O, ilk öncə əməlindən qorxaraq tərəddüd etdiyinə görə getməkdən imtina etmiş, lakin sonradan polis əməkdaşları onu avtomobilə əyləşdirərək Polis şöbəsinə aparmışlar. İş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Beyləqan rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı X4 izahatında bildirmişdir ki, Şəxs Beyləqan rayon ərazisində narkotik maddə qəbul etməsi barədə əməliyyat məlumatı almışdır. Bu səbəbdən də 16 yanvar 2026-cı il tarixdə onun işlədiyi Beyləqan şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun kənarına gedərək ona yaxınlaşmışlar. Ona özlərini təqdim edən zaman o, özünü şübhəli apararaq qaçmağa və onların qanuni tələblərinə qəsdən tabe olmamağa çalışmışdır. Bundan sonra Şəxs o və xidmət yoldaşı X5 tərəfindən avtomobilə əyişdirilərək Beyləqan rayon Polis şöbəsinin nöbətçi hissəsinə gətirilib, təhvil verilmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Beyləqan rayon Polis şöbəsinin CABnin əməliyyat müvəkili polis baş leytenantı X5 P.M.Süleymanov ilə eyni məzmunlu izahat verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon Polis şöbəsi tərəfindən İXM-in 206 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: İş materiallarına əlavə edilmiş 301/2006 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinə” Protokolunun surətindən görünür ki, Şəxs müayinəsi zamanı onda alkoqol qəbulu əlamətləri aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanser tərəfindən verilmiş 17 yanvar 2026-cı il tarixli, 68 saylı rəydən görünür ki, Şəxs özünün deməsinə görə 2-3 aydır ki, arada bir dəfə narkotik vasitə olan marixuanadan istifadə etmiş, eyni zamanda keçirilmiş narkotik vasitələrin birmomentli immunoxromotoqrofiq test üsulu ilə müayinəsi zamanı THC adlı narkotik maddə aşkar edilmişdir. Narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Səbuhi Məmmədov tərəfindən polis şöbəsinin rəisi, polis polkovniki Ceyhun Qurbanova ünvanlamış 21 yanvar 2026-cı il tarixli raportdan görünür ki, ünvan 1ində daimi qeydiyyatda olmaqla, 146 ailəlik Xocalı qəsəbəsində yaşayan Şəxs əməlində Azərbay Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati xətaya dair iş üzrə icraata başlanılması məqsədi ilə qəbul edilmiş qərarın surətinin aidiyyəti xidmətə həvalə olunmasına göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 21 yanvar 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, Şəxs əməlində Azərbay Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin tərkib əlamətləri olmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda S.Ş.Babayevin hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 3 - inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Maddə 4 - bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Maddə 6.1 - inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Maddə 9.1 - inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Maddə 12 - bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Maddə 21 - inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 76.1 - inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1 - inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 31.2 - fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 32.1.1 - Şəxs törətdiyi inzibati xətaya görə əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Maddə 33 - Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Maddə 31.4 - bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Maddə 34.3 - şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin, bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X8 Məcəlləsinin 9- cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, E.N.Cəfərovun barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 206-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. E.N.Cəfərovun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edilmədiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs E.N.Cəfərovun inzibati qaydada tutulduğu vaxtdan, yəni 11 fevral 2026-cı il tarixdə saat 17:35-dən hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 31.4 və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 11 fevral 2026-ci il tarixdən saat 17:35-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Bеyləqаn rayon Polis .öbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bеyləqаn Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar