Məhkəmə qərarları › İş №3(5-113)-242/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-242/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-242/2026 11.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi İslamov Tamerlan Cəlil oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağcabədi rayonu Kuybişev kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu 2-ci Şahsevən kəndində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1779/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 360 manat aliment tutulub, X4 ödənilməlidir. Şəxs tələbi tam şəkildə təmir etmir, icra məmurunun qanuni tələblərinə tabe olmur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X10 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədində Şəxs iki uşağın saxlanılması üçün, cəmi 360 manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməsi göstərilmişdir. İcra sənədi icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunaraq, tərəflərə göndərilmişdir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Ona borcunu ödəməli olduğu bildirilmişdir. Borclunun 910 manat aliment borcu yaranmışdır. Borclu məhkəmə iclasından əvvəl tələbkarın hesabına 200 manat məbləğində pul köçürmüşdür. Hal-hazırda borclunun aliment borcu 710 manat təşkil edir. Tələbkar bununla razı olmadığı üçün borclu barəsində protokol tərtib olunaraq məhkəməyə müraciət edilmişdir. Odur ki, Şəxs qanunamüvafiq qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, məhkəmə qərarından xəbərdardır. İcra sənədi üzrə alimentdən hər ay ödənişlər edir, lakin maddi imkanı zəif olduğundan və rəsmi olaraq heç bir yerdə işləmədiyindən icra sənədi üzrə tələbi tam olaraq icra edə bilməmişdir. O, hər ay müvafiq olaraq alimentdən maddi imkanı çatacaq dərəcədə ödənişlər edir. Hal-hazırda o, yığılmış aliment borcundan 200 manat ödəmiş, qalan 710 manat aliment borcunu isə ayın sonuna qədər tam olaraq ödəyəcəkdir. O, heç vaxt aliment borcunu ödəməkdən qəsdən yayınmamışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahatında icra sənədi üzrə yaranmış aliment borcunun tam olaraq ödənilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-1779/2024 nömrəli icra sənədindən görünür ki, 09 oktyabr 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 180 manat alınıb 02 dekabr 2016-cı ildə anadan olan Aysu və 06 sentyabr 2018-ci ildə anadan olan Tuncay adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X4 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-1779/2024 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. “Mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzlərin surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 250 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 320 manat, xx.xx.2025-ci il tarixdə 320 manat, xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2026-cı il tarixdə və sonuncu dəfə xx.xx.2026-cı il tarixdə 200 manat ödənişi X3 bank hesabına ödəmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-1779/2024 nömrəli icra sənədi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-1779/2024 nömrəli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs aliment ödənişlərini etməkdən qərəzli şəkildə yayınmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-1779/2024 nömrəli qətnaməsi qəbul edildikdən sonra Şəxs tərəfindən icra sənədi üzrə aliment borcundan mütəmadi olaraq ödənişlər edilmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq, davamlı olaraq maddi imkanı çatdığı həddə ödənişlər etmiş və icra sənədinin icrası ilə bağlı hər hansı bir hərəkətsizlik göstərməmişdir. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyətin yaranması üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunmalı və bu halların olması protokolu tərtib etmiş şəxsin topladığı sübutlarla sübut edilməlidir. Lakin yuxarıda təsvir edilənlərdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətləri və həmin inzibati xətanı sübut edən hallar müəyyən edilmədən, hətta inzibati xətanın mahiyyəti göstərilmədən - borclu Şəxs barəsində xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tamerlan İslamov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar