Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(5-113)-272/2026 18.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızı, X1 inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2026-cı il tarixli EQ33639845 nömrəli protokolu əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında qərarından şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək, onun inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsinin X4 Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ33639845 nömrəli inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsi, habelə həmin protokol əsasında çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati inzibati tənbeh vermə haqqında qərar İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron formada qəbul edilmiş və hazırda qüvvədə olan qanunvericiliyə əsasən elektron inzibati tənbeh vermə haqqında qərarlardan şikayət yaşayış yeri üzrə verilə bilər. Azərbaycan Respublikası İXM-in 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edən İXM-in 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Şikayətçinin vəsatətinə əsasən isə işə onun yaşayış yeri üzrə baxıla bilər. Göründüyü kimi burada şikayətə inzibati xətanın törədilməsi yeri və şikayət vermiş şəxsin vəsatətinə əsasən onun yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılması müəyyən edilmişdir. Lakin, İXM-in 129.1.3-1 -ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayətlərə şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılmalıdır. Göründüyü kimi elektron qərarlardan verilmiş şikayətlərdə hər hansı alternativ aidiyyət qaydası müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, X1 qeydiyyat yeri (yaşayış yeri) Qəbələ şəhəri, Nizami küçəsi ev 15-dir və inzibati tənbeh vermə haqqında qərar İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron formada qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki şikayətə aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsində deyil, Qəbələ Rayon Məhkəməsidə baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2026-cı il tarixli EQ33639845 nömrəli protokolu əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №3(5-113)-272/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(5-113)-272/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver