Məhkəmə qərarları › İş №3(5-113)-273/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-273/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-273/2026 02.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 06 may 1971-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, fərdi qaydada işləyən, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsi tərəfindən daxil olmuş 12 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin inspektoru X2 tərəfindən tərtib edilmiş 12 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* inzibati xəta haqqında protokol Beyləqan Rayon Məhkəməsinə daxil olmuşdur.

2. Həmin protokolda və ona əlavə edilmiş aktda qeyd edilmişdir ki, Beyləqan rayonu ərazisində keçirilmiş reyd zamanı “FORD” markalı, ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsini idarə edən Şəxs əməkdaşların xidməti vəzifəsini yerinə yetirmələrinə mane olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada verilmiş “saxla” əmrinə tabe olmamışdır. X3 Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs idarə etdiyi “FORD” markalı, ** BL *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli, 40 nömrəli, həmçinin 24 aprel 2009-cu il tarixli, 71 nömrəli Qərarları ilə təsdiq edilmiş “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanının tətbiq edilməsi” Qaydalarının tələblərinə əsasən X1 Xidmətinin “X5” müraciət edərək “Fərqlənmə nişanı” almalı olduğu halda heç bir müraciət etməmiş və avtonəqliyyat vasitəsinə “Fərqlənmə nişanı” almamaqla vergidən yayınmışdır.

İş üzrə proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşı tərəfindən ona “saxla” işarəsinin verilməsini görmədiyini və ona göndərilən fotoşəkildən göründüyü kimi o, keçib getdikdən sonra avtomobilini arxa hissədən çəkmişlər. Bu səbəbdən də hansı qaydanı pozmasını və nə üçün barəsində cərimə tətbiq olunmasını bilməmişdir. Bununla bağlı izahatı alınmamış və protokolla tanış edilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 57-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə) bu Məcəllənin 57-1.4-cü maddəsi nəzərə alınmaqla aşağıdakı qaydada məlumatlandırılır: 57-1.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir; 57-1.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir; 57-1.1.3. səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 57-1.2. İnternet informasiya ehtiyatında yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. 57-1.3. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron protokol və elektron qərarın bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli orqanların informasiya sistemlərinə və “İCMAL” informasiya sisteminə göndərilir. 78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. 100.3. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. 100.5 və 100.5.7. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

552. Avtomobil nəqliyyatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görəəlli manat məbləğində cərimə edilir.

Məhkəmənin mövqeyi:

5. Məhkəmə qanunvericiliyin müvafiq normalarına, inzibati xəta ilə bağlı tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə istinad edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

6. Belə ki, iş materiallarına əlavə edilmiş “FORD” markalı, ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin foto şəklindən görünür ki, həmin avtomobil keçdikdən sonra arxa hissədən şəkili çəkimiş və sürücünün “saxla” əmrini verən şəxsi görmək imkanı olmamışdır.

7. Bundan başqa, 12 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquq və vəzifələri izah olunmamış, izahatı alınmamış və ya imtinası barədə müvafiq qaydada qeyd aparılmamışdır.

8. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokolu tərtib etmiş dövlət orqanı tərəfindən sübuta yetirilməmişdir.

9. Beləliklə, məhkəmə iş üzrə toplanmış materialları və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını nəzərdən keçirərək, hesab edir ki, 12 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.2 və 105.1-ci maddələrinə əsasən xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır.

10. Göstərilənlərə əsaslanaraq İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

12 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.2 və 105.1-ci maddələrinə əsasən xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar