Məhkəmə qərarları › İş №3(5-113)-376/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-376/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-376/2026 10.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi İslamov Tamerlan Cəlil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradlı Calal Habil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X1” X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X1” PHŞ-nin müfəttişi X2 tərəfindən tərtib edilmiş 13 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Beyləqan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında xx.xx.2026-cı il, saat 11:20-də plan üzrə (növbəti) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X1” PHŞ-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Mərkəzin əməkdaşları tərəfindən xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən, Şəxs MMC-yə məxsus aptekdə plan üzrə (növbəti) nəzarət yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində aptek təşkilatı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın pozulması faktı müəyyən edilmiş və İXM-nin 452.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu müdafiə edir və Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasını vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məlumat məlumat verilsə də, MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC 06 mart 2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi üzrə cərimə sanksiyasının minimum həddinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X1” PHŞ-nin xx.xx.2026-cı il tarixli 3- 28-1/3-2-101/2026 nömrəli qərarından görünür ki, Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən əczaçılıq təşkilatında planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır; xx.xx.2026-cı il tarixli KY262481299 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən əczaçılıq təşkilatında xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək Səhiyyə Nazirliyi tərəfindən plan üzrə (növbəti) yoxlama aparılması yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatına alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” PHŞ-nin 13 fevral 2026-cı il tarixli, Ə- 92 nömrəli pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktından görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus aptekdə plan üzrə (növbəti) yoxlama zamanı aptek təşkilatında otaqların divarları və döşəməsi hamar olmaqla, özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik olmadığı faktı aşkar edilmiş və İXM-nin 452.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarekterini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Beyləqan rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tamerlan İslamov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar