Məhkəmə qərarları › İş №3(5-113)-377/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-377/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-377/2026 11.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Bеyləqаn Rayon Məhkəməsinin hakimi Səfərоv Səbuhi Əlifаğа oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə tərtib olunmuş 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 tərəfindən təqdim edilmiş 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Beyləqan şəhəri, A.Ələkbərov küçəsində yerləşən Şəxs MMC-yə məxsus aptekdə 13 fevral 2026-cı il tarixdə, saat 16:20-də həkim resepti əsasında buraxılan dərman vasitəsinin reseptsiz satışı aşkar olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərər məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə bildiriş daxil olmamışdır. Məhkəmə iclasın tərəflətin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Şəxs MMC elektron informasiya sisteminə ərizə göndərərək, barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı olduqlarını və 150 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında materiallar və MMC-nin ərizəsi ilə tam təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan şəhəri, A.Ələkbərov küçəsində yerləşən Şəxs MMC-yə məxsus aptekdə həkim resepti əsasında buraxılan dərman vasitəsinin reseptsiz satışı aşkar olunmuşdur. Həmin fakt 13 fevral 2026-cı il tarixdə, saat 16:20-də aşkar edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-in 452.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 21 yanvar 2026-cı il tarixli, KY262481288 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə məxsus Beyləqan şəhəri, A.Ələkbərov küçəsində yerləşən aptekdə aparılacaq plan üzrə (növbəti) yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” PHŞnin planlı(növbəti) yoxlamanın keçirilməsi haqqında 21 yanvar 2026-cı il tarixli 3-28-1/3-2- 80/2026 saylı qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Şəxs MMC-yə məxsus Beyləqan şəhəri, A.Ələkbərov küçəsində yerləşən aptekin fəaliyyətinin yoxlanılması məqsədilə, 09 fevral 2026 – 13 fevral 2026-cı il tarixlərində AEM-in əməkdaşları tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş yoxlama suallarının siyahısından görünür ki, yoxlayıcı orqan tərəfindən Şəxs MMC-yə məxsus Beyləqan şəhəri, A.Ələkbərov küçəsində yerləşən aptekdə aparılacaq yoxlama zamanı istifadə olunacaq yoxlama suallarının siyahısı tərtib edilərək təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 13 fevral 2026-cı il tarixli Ə-95 saylı Yoxlama Aktının formasından görünür ki, aptekdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitəsinin reseptsiz buraxılması faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarılmış elektron arayışdan görünür ki, X2, həqiqətən, Şəxs MMC-nin Beyləqan şəhəri, A.Ələkbərov küçəsində yerləşən aptekində “əczaçı” vəzifəsində çalışır. İş materiallarına əlavə edilmiş Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AF/T №001600 sertifikasiya şəhadətnaməsindən görünür ki, X2 13 avqust 2025-ci il tarixdə əczaçıların (ali) sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Qanunvericiliyin tətbiqi: “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.4. Resept əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli Əlavəsinin Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları: Bənd 1.8. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Maddə 25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Maddə 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Maddə 38. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddə 84. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 110.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İş materiallarından görünür ki, hadisə Beyləqan şəhəri, A.Ələkbərov küçəsində yerləşən hüquqi şəxs Şəxs MMC-yə məxsus aptekdə baş vermişdir. Maddə 32.1.1. Şəxs MMC tərəfindən ərizə yazılaraq etmiş olduqları inzibati xətaya görə barələrində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini qeyd etmələrini, məhkəmə səmimi peşimançılıq kimi inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Maddə 33. İnzibati məsuliyyəti ağırlaşdıran hallar aşkar olunmamışdır. Maddə 452.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixil Qərarı: Hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyini icra etməli olduğu yer hesab olunur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar