Məhkəmə qərarları › İş №3(5-113)-381/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-381/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-381/2026 25.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Füzuli rayonu, Qərbənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Füzuli şəhəri, PMK-44 qəsəbəsində qeydiyyatda olmaqla, Beyləqan rayonunun Mil qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 21 radələrində Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən mağazanın qarşısında küçədə uca səslə ünvansız nalayiq söyüşlərdən istifadə etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş kapitanı X1 oğlu izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 21 radələrində xidmətdə olan Beyləqan RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Tural Qəhrəmanov və Beyləqan RPŞ-nin PPXBnün polis nəfəri, polis serjantı Elvin Səmədov birlikdə Beyləqan rayonu Mil qəsəbəsində xidmətdə olarkən həmin ərazidə yerləşən adsız mağazanın sahibinin mağazanın qarşısında olan hissəyə qida və qeyri-qida məhsullarını yığaraq qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğunu aşkar etmişlər. Adı onlara sonradan məlum olan Yavər adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ona qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğunu bildirib, bu əməllərin inzibati məsuliyyətə səbəb olduğunu və çölə yığılmış malların içəri yığılmalı olduğunu bildirmişlər. Lakin Yavər mağazanın qapısını bağlayaraq içəridən uca səslə söyüşlər söyməyə başlamışdır. Polis əməkdaşları ona qapını açıb çöl hissədəki malları içəri yığmalı olmasını dəfələrlə şifahi xəbərdarlıq edərək desələr də o polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq qapını açıb malları içəri yıığmaqdan imtina edib, “gedin işinizlə məşğul olun, siz mənə nə edə bilərsiniz ki? Beyləqan rayon polis şöbəsi quldurdu, quldurluqla məşğuldu.” kimi ifadələr işlədərək, qapını açmaqdan imtina edib, içəridə mağazının çölündəneşidiləcək dərəcədə uca səslə nalayiq ifadələr işlədərək, söyüşlər söymüşdür. Daha sonra Yavər DİN-in 102 xidmtinə zəng edərək məlumat vermişdir. Həmin yerə əlavə polis əməkdaşları da gəlmiş, Yavər təkrar olaraq uca səslə söyüşlər söyərək nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiyi üçün onu polis şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Polis Şöbəsində olarkən həmin şəxsin X5 olduğu müəyyən edilmişdir. Bu səbəbdən, X5 barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən X2 inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında bildirmişdir ki, Beyləqan rayonu Mil qəsəbəsində mağazası var. Həmin mağazanın qarşısına qida və qeyri-qida məhsulları qoyub satır. xx.xx.2026-cı il tarixdə saat təxminən 21 radələrində polis əməkdaşları onun mağazasına yaxınlaşaraq çöl hissəyə yığdığı malları içəri qoymalı olduğunu demişlər. Şəkər xəstəliyi olduğu üçün o, əsəbiləşərək özünü idarə edə bilməmiş və mağazanın içərisinə girib qapını içəridən bağlamışdır. Əsəbi olduğuna görə DİN-in 102 xidmətinə zəng edərək özünü öldürmək istədiyini demişdir. Buna görə də digər polis əməkdaşları da ora gəlmişdir. Onun tərəfindən polis əməkdaşlarına qarşı hər hansı nalayiq ifadələr işlətməmişdir. Ona polis əməkdaşları tərəfindən fiziki təzyiqlər olmuş və şalvarı da cırılmışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X3 ifadə verərək bildirmişdir ki,o, xx.xx.2026-cı il tarixdə saat 21 radələrində xidmət yoldaşı Beyləqan RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Elvin Səmədovla birlikdə Beyləqan rayonu Mil qəsəbəsində xidmətdə olarkən həmin ərazidə yerləşən adsız mağazanın sahibinin mağazanın qarşısında olan hissəyə qida və qeyri-qida məhsullarını yığaraq qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğunu aşkar etmişlər. Adı sonradan məlum olan Yavər adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ona qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğunu bildirib, bu əməllərin inzibati məsuliyyətə səbəb olduğunu və çölə yığılmış malların içəri yığılmalı olduğunu bildirmişlər. Lakin Yavər mağazanın qapısını bağlayaraq içərodən uca səslə söyüşlər söyməyə başlamışdır. Onlar ona qapını açıb çöl hissədəki malları içəri yığmalı olmasını dəfələrlə şifahi xəbərdarlıq edərək desələr də o, qanuni tələblərinə qəsdən tabe olmayaraq qapını açıb malları içəri yığmaqdan imtina edib, “gedin işinizlə məşğul olun, siz mənə nə edə bilərsiniz ki? Beyləqan rayon polis şöbəsi quldurdu, quldurluqla məşğuldu.” kimi ifadələr işlədərək, qapını açmaqdan imtina edib, içəridə mağazının çölündən eşidiləcək dərəcədə uca səslə nalayiq ifadələr işlədərək, söyüşlər söymüşdür. Daha sonra Yavər DİN-in 102 xidmtinə zəng edərək məlumat vermişdir. Həmin yerə əlavə polis əməkdaşları da gəlmiş, Yavər təkrar olaraq uca səslə söyüşlər söyərək nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiyi üçün onu polis şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Polis Şöbəsində olarkən həmin şəxsin Şəxs olduğunu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid Beyləqan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X7 və Beyləqan RPŞ-nin PPXB-nin taqım konadiri X8 məhkəmə iclasında şahid qismində ifadə vermiş Beyləqan RPŞ-nin PPXB-nin nəfəri, polis baş serjantı X3 ilə eyni məzmunda ifadə verərək Tural Qəhrəmanovun ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında şahid Beyləqan rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X9 ifadə verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 21 radələrində xidmət yoldaşı Beyləqan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Kənan İsmayıllı ilə birlikdə istintaq-əməliyyat qrupunda olarkən Beyləqan rayonu Mil qəsəbə sakini Şəxs DİN-in 102 xidmətinə etmiş olduğu müraciətə əsasən Beyləqan rayonu Mil qəsəbəsinə gəlmişlər. Həmin vaxt digər polis əməkdaşları Tural Qəhrəmanov, Elvin Səmədov orada olmuşlar. O, Şəxs izahat verməyə dəvət etsə də, Şəxs mağazanın qapısını bağlayaraq çölə çıxmayıb, onlarında içəri girməyinə mane olub, izahat verməkdən imtina etmişdir. Həmin vaxt X12 Məmmədova mağazanın çöl hissəsinə yığılmış malları içəri yığmalı olduğunu desə də, Yavər mağazanın içərisindən çöldə eşidiləcək dərəcədə uca səslə nalayiq ifadələr işlədərək söyüşlər söyərək, ictimai yerdə ictimai qaydanı qəsdən pozmağa davam etmişdir. Onlar Yavəri intizama dəvət edib, qanunsuz əməllərinə son qoymağ tələb etsə də o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq nalayiq ifadələr işlətməyə davam edərək, mağazanın qapısını bağlayıb çölə çıxmamışdır. Şəxs təkrar olaraq uca səslə söyüşlər söyərək nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiyi üçün onu polis şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid Beyləqan rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X4 məhkəmə iclasında şahid qismində ifadə vermiş Beyləqan rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X9 ilə eyni məzmunda ifadə verərək Əmrah Rəhimovun ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etmişdirr. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli Raportdan görünür ki, o, xx.xx.2026-cı il tarixdə saat 21 radələrində xidmət yoldaşı Beyləqan RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Elvin Səmədovla birlikdə Beyləqan rayonu Mil qəsəbəsində xidmətdə olarkən həmin ərazidə yerləşən adsız mağazanın sahibinin mağazanın qarşısında olan hissəyə qida və qeyriqida məhsullarını yığaraq qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğunu aşkar etmişlər. Adı sonradan məlum olan Yavər adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ona qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğunu bildirib, bu əməllərin inzibati məsuliyyətə səbəb olduğunu və çölə yığılmış malların içəri yığılmalı olduğunu bildirmişlər. Lakin Yavər mağazanın qapısını bağlayaraq içərdən uca səslə söyüşlər söyməyə başlamışdır. Onlar ona qapını açıb çöl hissədəki malları içəri yığmalı olmasını dəfələrlə şifahi xəbərdarlıq edərək desələr də o, qanuni tələblərinə qəsdən tabe olmayaraq qapını açıb malları içəri yıığmaqdan imtina edib, “gedin işinizlə məşğul olun, siz mənə nə edə bilərsiniz ki? Beyləqan rayon polis şöbəsi quldurdu, quldurluqla məşğuldu.” kimi ifadələr işlədərək, qapını açmaqdan imtina edib, içəridə mağazının çölündən eşidiləcək dərəcədə uca səslə nalayiq ifadələr işlədərək, söyüşlər söymüşdür. Daha sonra Yavər DİN-in 102 xidmtinə zəng edərək məlumat vermişdir. Həmin yerə əlavə polis əməkdaşları da gəlmiş, Yavər təkrar olaraq uca səslə söyüşlər söyərək nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiyi üçün onu polis şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Polis Şöbəsində olarkən həmin şəxsin Şəxs olduğunu müəyyən edilmişdir. AZA seriyalı 028103 №-li İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 fevral 2026-cı il tarixdə saat 22:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahid ifadələrini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsi tərəfindən İXM-in 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510.1-ci- madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 1128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən saat 22:20-dən hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xatın Kamilzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar