Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(5-113)-389/2026 16.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi Şikayət vermiş X1, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə və həmin qərarın ləğvinə dair şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 xx.xx.2022-ci il tarixli, MN 1289078oğlu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddəti üzrlü hesab etməklə bərpa edilməsini xahiş etmişdir. Buraxılmış prosesual müddətin bərpasına dair ərizə onunla əsaslandırılmışdır ki, 29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və həmin protokola əsasən ona heç bir bildiriş və xəbərdarlıq göndərilmədən və onun iştirakı olmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərara əsasən onu 2000 manat cərimə etmişlər. Qərardan narazıdır. Barəsində qəbul edilmiş qərardan vaxtında xəbərdar olmadığına görə qərardan qanunla müəyyən olunmuş müddət ərzində şikayət verə bilməmişdir. Məhkəmə iclasında şikayətçi X3 ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını və dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, o, qərarı almış, lakin savadsız olduğuna görə qərardan məhkəməyə şikayət verilməli olduğunu bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 11 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında qərarın onun iştirakı ilə baxılması üçün bildiriş, protokol və eyni zamanda qərar ona göndərilmişdir. Onun həmin qərardan məlumatı olmuş, 2023-cü ildə yuxarı dövlət orqanlarına, hətta Baş Prokurorluğa şikayət vermişdir. Göstərilənlərə əsasən qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və sübutları araşdıraraq hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan ötürüldüyünə görə X3 tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa olunmasına” dair vəsatət təmin edilməməli, şikayət ərizəsinə baxılmaqdan imtina edilməlidir. Belə ki, məhkəmə iclasına inzibati xəta haqqında işin araşdırılması zaman müəyyən olundu ki, 30 sentyabr 2022-ci il tarixli bildirişlə, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə tərtib olunmuç inzibati mnaterialların baxılması üçün 12 oktyabr 2022-ci il tarixdə saat 15:00-da 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə çağırılmış və həmin bildirişə protokolun surəti əlavə olunaraq X2 poçt vasitəsilə göndərilmiş və sonuncu poçt göndərişinin verilməsi barədə xəbərnaməni imzalamaqla rəsmi qaydada qəbul etmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar isə 24 noyabr 2022-ci il tarixli reyestrlə poçt vasitəsilə X1 yaşayış ünvanına göndərilmişdir(Məhkəmə iclasında X3 həmin qərarı aldığını bildirmişdir). İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-nin 57.2-ci maddəsinə əsasən, Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar rəsmi qaydada şikayətçi X2 verilmiş hesab edilməlidir. İXM-nin 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-nin yuxarıda göstərilən maddəsinin tələbləri baxımından şikayətçi sözügedən qərarı 3 il öncə il mübahisələndirməli olduğu halda, inzibati tənbehvermə haqqında qərardan şikayət məhkəmənin icraatına xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsində göstərilir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə iclasında şikayətçi X3 inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesual müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməməli, buraxılmış prosessual müddət bərpa edilməməli və şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilməsin . X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi barədə verilmiş vəsatət təmin edilməsin. X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №3(5-113)-389/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(5-113)-389/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver