Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-393/2026 03.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Quliyev Vəkil Yelmar oğlunun, Tələbkar Əliyeva (Hüseynova) Elvira Fərrux qızının iştirakları ilə xx.xx.1983-cü ildə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla, hazırda Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-1039/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Hüseynova) Elvira Fərrux qızına verilməsi barədə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-1039/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Hüseynova) Elvira Fərrux qızına verilməsi barədə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. İcra sənədi üzrə icraata başalamaq haqqında qərar qəbul etmi, borcluya xəbərdlarlıq və bildirişlər göndərmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə alimenti ödəməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədi üzrə alimenti ödəməmiş, nəticədə hazırda icra sənədi üzrə 16000 manat aliment borcu yaranmışdır. Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu bu günədək ödəməmiş,həmçinin onun çağırışlarına könüllü olaraq gəlməmişdir. Bu səbəbdən də borclu Şəxs barəsində axtarış qərarı qəbul edərək icrası üçün rayon PŞ-nə göndrmişdir. Şəxs polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə gətirilmişdir. İcra şöbbəsində izahatı alınaraq aliment borcunu ödəməsi tələb edilmişdir. Şəxs icra sənədi üzrə borcundan 2000 manat ödəniş etmək imkanının olduğunu bildirmişdir. Tələbkar isə icra sənədi üzrə borcunun tam olaraq ödənilməsini tələb edərək 2500 manat ödənişlə razılaşmamışdır. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, barəsində olan icra işindən xəbərdardır. Belə ki, o, icra sənədi üzrə borcundan aylıq mütəmadi olaraq ödənişlər etmiş, tələbkarın kart hesabına pullar göndərmişdir. Bundan başqa anasına məxsus olan pensiya kartını tələbkara vermiş və tələbkar 8 ay 440 manatdan icra sənədi üzrə alimenti kartdan çıxarmışdır. Bundan başqa dostunun kartından hər ay 200-300 manat tələbkarın kartına alimenti göndərmişdir. Hazırda ödənişlərini sübut edən qəbzləri məhkəməyə təqdim edə bilmədiyindən tələbkar borcun çox olduğunu bildirir. Onun icra sənədi üzrə 12000 manat borcu olduğunu təxmin edir. Hazırda icra sənədi üzrə borcundan 2000 manat ödəniş etmək imkanı vardır. Qalan borcunu isə hər ay alimentlə birlikdə hissə-hissə ödəyə bilər. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında izahat verən tələbkar Əliyeva (Hüseynova) Elvira Fərrux qızı bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-1039/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə aralarında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. 2019-cu ildə boşanmaq üçün məhkəməyə müraciət etmişlər, sonradan barışdıqlarına görə ərizəsini geri götürmüş və 2020-ci ilə qədər birlikdə yaşamışlar. Borclu məhkəmə qətnaməsində göstərilən alimenti ona ödəməmiş, sonradan 2025-ci ilin yanvarfevral aylarında anasının pensiya kartını ona vermiş, o, həmin pensiya kartından 120, 230 manat və 4 dəfə 400 manat pul çıxarmışdır. Ümumilikdə icra sənədi üzrə ona 2000 manata qədər ödəniş etmişdir. Borcun tam olaraq ödənilməsini tələb edir. Əks halda Şəxs ciddi cəza verilməsini məhkəmədən xahiş etdi İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin e-2(020)-1039/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Hüseynova) Elvira Fərrux qızına verilməsi barədə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-1039/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2022-ci il tarixli, xx.xx.2025-ci il tarixli Bildirişlərdən görünür ki, Şəxs icra sənədlərinin icra edilməsi barədə bildirişlər göndərilmişdir. xx.xx.2026-cı il tarixli Xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədlərinin icra edilməsi barədə xəbərdarlıqlar göndərilmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədləri üzrə borcunu ödəməyərək sözügedən icra sənədlərini icra etməmiş və Şəxs borcun ödənilməməsinin səbəbi kimi maddi imkanının zəif olmasını göstərməsi borclu tərəfindən icra sənədlərinin icra edilməməsi üçün əsas sayıla bilməz. Göründüyü kimi, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə verilmiş icra sənədini üzrsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. İşin hallarından da göründüyü kimi o, maddi imkanı olmamaq baxımından icra sənədini icra etməməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədləri qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra sənədi, bildirişlər,xəbərdarlıqlar,axtarış qərarı, icra məmurunun, tələbkarın və özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu, aliment borcu məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 12:50-dən hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 1 (bir) saat üçün 11 (on bir) manat Beyləqan rayon vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğluna ödənilsin. Qərarın surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə göndərilsin. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(5-113)-393/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-393/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver