Məhkəmə qərarları › İş №3(5-113)-411/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-411/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-411/2026 05.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan şəhəri, X5 küçəsi, ev 14 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş 05 mart 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs 04 mart 2026-cı il tarixdə, saat 06 radələrində Beyləqan rayon RMX-nın həyətində yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanu pozmuş və polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 izahat verərək bildirmişdir ki, 04 mart 2026-cı il tarixədək Beyləqan RPŞ-nin əməkdaşları İTB-nin polis sahə rəisi, polis kapitanı Pərviz Tarverdiyev, TB-nin təhqiqatçısı Kənan Məmmədzadə ilə birlikdə Beyləqan RPŞ-də əməliyyat-istintaq qrupunda olmuşlar. 04 mart 2026-cı il tarixdə saat təxminən 06 radələrində Beyləqan RPŞ-nin Növbətçi Hissəsindən daxil olmuş məlumat əsasında Şəxs ərizə və izahatının alınması məqsədilə Beyləqan rayon mərkəzi xəstəxanasına getmişdirlər. Xəstəxananın həyətində olarkən Şəxs ərizə və izahatını almalı olduğlarını bildirdikdə Şəxs xəstəxananın qarşısında uca səslə söyüşlər söyərək nalayiq ifadələr işlətməyə, ünvansız küçə söyüşləri söyməyə başladı, polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq nalayiq ifadələr işlətməyinə və tabesizlik göstərməyə davam etmişdir. Onu polis şöbəsinə dəvət etsələr də o təkrar olaraq polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiyi üçün onu polis şöbəsinə gətirib, növbətçi hissəyə təqdim etmişlər. Onun barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 04 mart 2026-cı il tarixdə, saat 06 radələrində polis əməkdaşları izahat vermək üçün polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman o, polis əməkdaşları ilə hadisə vaxtı sərxoş olduğundan həmin hadisəni tam xatırlamasa da qeyd olunanlar təxminən deyilən kimi olmuşdur. bunun əsas səbəbi isə sərxoş olıması olmuşdur. hazırda etmiş olduğu qanunsuz hərəkətlərə görə çox peşimandır və qarşı tərəfdən buna görə üzr istəmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 ifadə verərək bildirmişdir ki, o, Beyləqan rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı Kənan Məmmədzadə ilə birlikdə Beyləqan RPŞ-də əməliyyat-istintaq qrupunda olmuşlar. 04 mart 2026-cı il tarixdə saat təxminən 06 radələrində Beyləqan RPŞ-nin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında Şəxs ərizə və izahatının alınması məqsədilə Beyləqan rayon mərkəzi xəstəxanasına getmişdirlər. Xəstəxananın həyətində olarkən Şəxs ərizə və izahatını almalı olduğlarını bildirdikdə Şəxs xəstəxananın qarşısında uca səslə söyüşlər söyərək nalayiq ifadələr işlətməyə, ünvansız küçə söyüşləri söyməyə başlamışdır, onu dəfələrlə nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq nalayiq ifadələr işlətməyinə və tabesizlik göstərməyə davam etmişdir. Onu polis şöbəsinə dəvət etsələr də o təkrar olaraq polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiyi üçün onu polis şöbəsinə gətirib, növbətçi hissəyə təqdim etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X4 P.R.Tarverdiyevlə eyni məzmunda ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon polis şöbəsi tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X4 tərəfindən Beyləqan rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanova ünvanlanmış 04 mart 2026-cı il tarixli raportdan görünür ki, həmin gün saat 06 radələrində o və xidmət yoldaşı X2 ilə birlikdə Beyləqan RPŞ-də əməliyyat-istintaq qrupunda olmuşlar. Beyləqan RPŞ-nin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında Şəxs ərizə və izahatının alınması məqsədilə Beyləqan rayon mərkəzi xəstəxanasına getmişdirlər. Xəstəxananın həyətində olarkən Şəxs ərizə və izahatını almalı olduğlarını bildirdikdə Şəxs xəstəxananın qarşısında uca səslə söyüşlər söyərək nalayiq ifadələr işlətməyə, ünvansız küçə söyüşləri söyməyə başlamışdır, onu dəfələrlə nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq nalayiq ifadələr işlətməyinə və tabesizlik göstərməyə davam etmişdir. Onu polis şöbəsinə dəvət etsələr də o təkrar olaraq polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiyi üçün onu polis şöbəsinə gətirib, növbətçi hissəyə təqdim etmişdirlər. “İnzibati qaydada tutma haqqında” 04 mart 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 06:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 3 - inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Maddə 4 - bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Maddə 6.1 - inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Maddə 9.1 - inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Maddə 12 - bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Maddə 21 - inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 76.1 - inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1 - inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 31.2 - fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 32.1.1 – Şəxs törətdiyi inzibati xətaya görə əməlindən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Maddə 33 - Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Maddə 31.4-1 - inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə 34.3-şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cumaddələrinirəhbərtutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 31.4-1-ci və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsiilə 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlikedən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar