Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-423/2026 11.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Beyləqan rayonu Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fədi əməklə məşğul olan, evli, Beyləqan şəhəri, Habil Hacıyev küç ev 112-də qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Beyləqan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 04 fevral 2026-cı il tarixdə, Beyləqan rayon PŞ-nə gətirilmiş və muayinə zamanı narkotik vasitə olan qurudulmuş marixuananı (THC) və amfetamini (AMP) qanunsuz olaraq istehlak etməsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X3 tərəfindən xx.xx.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Beyləqan rayon Polis şöbəsinin X2 qrupunun əməliyyat müvəkkili Peyman Süleymanov xx.xx.2026-cı il tarixdə rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək xx.xx.2026-cı il tarixdə Beyləqan şəhəri H.Hacıyev küçəsində qeydiyyatda olmaqla yaşayan xx.xx.1983-cü il təvəllüdlü Şəxs narkotik və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı Beyləqan RPŞ-nin NMQ-ya əməliyyat məlumatı daxil olduğunu. xx.xx.2026-cı il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında NMQ-nin əməliyyat müvəkkili polis kapitanı X4 ilə birlikdə həmin şəxsin yaşadığı ünvana getdiklərini, həmin əraziyə çatdıqda Şəxs küçədə görərək ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirib özlərini təqdim edərək, onu rayon polis şöbəsinə dəvət edərək gətirib, RPŞ-də onunla şifahi söhbət zamanı o könüllü olaraq narkotik və psixotrop maddələrdən istifadə etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiqi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, o, təxminən bir ay əvvəl Bakı şəhəri Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən marixuana və psixatrop maddə alıb istifadə etmişdir. O, törətdiyi əməldən peşmandır. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Beyləqan şəhəri H.Hacıyev küçəsində qeydiyyatda olmaqla yaşayan xx.xx.1988-ci il təvəllüdlü Şəxs narkotik və psixotıop maddələrdən istifadə etməsi ilə bağlı xx.xx.2026-cı il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında X2 qrupunun əməliyyat müvəkkili polis kapitanı X4 ilə birlikdə həmin şəxsin yaşadığı ünvana getmişlət, həmin əraziyə çatdıqda Şəxs küçədə görərək ona yaxınlaşmış, polis əməkdaşı olduqlarını bildirib, özlərini təqdim edərək, onu rayon polis şöbəsinə dəvət edərək gətirib, növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli Raportdan görünür ki, Beyləqan rayon Polis şöbəsinin X2 qrupunun əməliyyat müvəkkili Peyman Süleymanov xx.xx.2026-cı il tarixdə rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək xx.xx.2026-cı il tarixdə Beyləqan şəhəri H.Hacıyev küçəsində qeydiyyatda olmaqla yaşayan xx.xx.1983-cii il təvəllüdlü Şəxs narkotik və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı Beyləqan RPŞ-nin NMQ-ya əməliyyat məlumatı daxil olduğunu. xx.xx.2026-cı il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında NMQ-nin əməliyyat müvəkkili polis kapitanı X4 ilə birlikdə həmin şəxsin yaşadığı ünvana getdiklərini, həmin əraziyə çatdıqda Şəxs küçədə görərək ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirib özlərini təqdim edərək, onu rayon polis şöbəsinə dəvət edərək gətirib, RPŞ-də onunla şifahi söhbət zamanı o könüllü olaraq narkotik və psixotrop maddələrdən istifadə etdiyini bildirdiyini, bununla bağlı araşdırma aparılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İXM-in 206-cı maddəsi ilə Şəxs barəsində araşdırılma aparılması qərarı Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Sərxoşluq hallarının bütün növlərini təyin edən xx.xx.2026-cı il tarixli tibbi müayinə haqqında rəydən görünür ki, Şəxs ooğlundan götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana (THC) və amfetamini (AMP) aşkar edilmişdir. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə rayonlararası narkoloji dispanserinin ekspertlərinin Şəxs adına vermiş olduğu xx.xx.2026-cı il tarixli, 180 nömrəli rəydən məlum olur ki, Şəxs narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan metamfetamindən sui-istifadə edir, narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, müayinə aktı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs özünü tam təqsirli bilərək törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və törətdiyi əməli səmimi etiraf etməsini məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 37.1-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №3(5-113)-423/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-423/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver