Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-438/2026 18.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X4 iştirakları ilə, xx xxxxxx 2008-ci il tarixdə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan Rayon Polis Şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 17 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 15 mart 2026-cı il tarixdə saat 16 radələrində Beyləqan rayon 2-ci Aşıqlı kənd ərazisində yüksək səslə nalayiq ifadələr işlədərək nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 17 mart 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis polis mayoru X8 tərtib etdiyi 17 mart 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, 15 mart 2026-cı il tarixdə saat təxminən 16 radələrində Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində avtomobillə hərəkətdə olarkən idarə etdiyi avtomobili saxlayaraq polis əməkdaşları olduqlarını təqdim edərək, onun Tik-tok sosial şəbələsində paylaşım etdiyini bildirdilər. Yolda ondan mobil telefonun kodunu isdədikdə o, əvvəl verməmiş, daha sonra isə polis şöbəsində kodu onlara vermişdir. Bir neçə il əvvəl tiktok platformasında etmiş olduğu paylaşımı unutmuşdur. İş üzrə şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin CAB-nın əməliyat müvəkkili, polis kapitanı X9 izahatında bildirmişdir ki, o, xidmət yoldaşı əməliyat müvəkkili polis kapitanı Peyman Süleymanov ilə birlikdə Beyləqan rayonu 2-ci Aşıqlı kəndində yaşayan Şəxs polis şöbəsinə dəvət etmək məqsədilə getmişlər. Onun idarə etdiyi avtomobil kəndin çıxışında onlarla rastlaşmış və ardınca işarə edərək avtomobili saxlatdırmışlar. Həmin vaxt avtomobildə Şəxs başqa 3 nəfərdə olmuşdur. Şəxs rayon polis şöbəsinə dəvət etsələr də o, getmək istəməmiş və hansısa qohumu olan polis əməkdaşı ilə əlaqə saxlamağa çalışmış və onların vermiş olduqları qanuni tələbləri yerinə yetirməmişdir. Onlar digər şəxslərin yolda qalmaması üçün onları da özləri ilə rayon polis şöbəsinə aparmışlar. Daha sonra onların sənədləri yoxlanılmış və yalnız Şəxs mobil telefonundan paylaşım aşkar olunduğu üçün o, saxlanılmış, digərləri isə buraxılmışdır. İş üzrə şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin NMQ-nun əməliyat müvəkkili polis kapitanı X1 Cahid Cümşüd oğlu ilə eyni məzmunlu izahat verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, hadisənin 15 mart 2026-cı ildə təxminən saat 14:00 radələrində Tural 3 dostu ilə rayona futobla baxmağa gedərkən kəndin çıxacağında yolda polislər tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıblar. Təxminən saat 16:00 radələrində yanında olan dostları vasitəsi ilə ona bu barədə məlumat verilmişdir. Daha sonra o, həyat yoldaşı və qaynı ilə polis şöbəsinə getmişlər. Orada ona oğlunun paylaşım etməsi ilə əlaqədar polis şöbəsinə aparılması izah olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X2 Sevindik Ələkbər oğlu ilə eyni məzmunlu izahat verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Turalla rayona getdikləri zaman əsas magistral yolda bir avtomobil onları saxlatdıraraq, rayon polis şöbəsinə getməli olduqlarını bildirmiş və ardınca onların mobil telefonlarını alıb özlərində saxlamışlar. Polis şöbəsində isə onu sillə ilə vurub təhqir etmişlər. İş üzrə şahid qismində dindirilmiş X14 və Pəsiyev Yadigar X3 ilə eyni məzmunlu izahat verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanılmış, inzibati xəta haqqında icraata xitam verilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirildiyindən və onun əməli düzgün olaraq İXM-in 535.1-cu maddəsi ilə tövsif edildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir. Halbuki ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Hadisəinin magistral yolun kənarında, heç kimin olmadığı bir ərazidə baş verməsi səbəbindən, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İXM-in 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin faktiki halları ilə Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması öz təsqidini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Ona görə də barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olan tənbeh növünün təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməlidir. İş materiallarına əlavə edilmiş 15 mart 2026-cı il tarixli, AZA 028109 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2026-cı il tarixdə saat 16:00da tutulmuş və vaxt başa çatdığına görə 17 mart 2026-cı il tarixdə məhkəmə iclas zalından buraxılmışdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulduğu 2 gün inzibati həbs müddətindən çıxılsın və qəti olaraq üzərində 6 gün inzibati həbs müddəti saxlanılsın. Həbsetmənin əvvəli 18 mart 2026-ci il tarixdən saat 17:00-dan hesablansın. İXM-nin 510-cu maddəsi ilə aparılan icraata xitam verilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Bеyləqаn rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bеyləqаn Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(5-113)-438/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-438/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver