Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-52/2026 14.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1992-ci ildə Ağdam rayonuda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta, subay, işsiz, Ağdam rayon, Seyidli kəndində qeydiyyatda olmaqla, Beyləqan rayonu, Xocavənd qəsəbəsində yaşayan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına X3 İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-547/2025 saylı qərarı ilə borclu Şəxs Ağdam rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(013)-350/2025 saylı icra sənədi üzrə tələbkar X2 xeyrinə 10300 manat məbləğində borc və notariat xərci üçün ödənilmiş 115 manat və 120 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 10535 manat məbləğində pul vəsaiti ödəməməklə, həmin icra sənədindəki tələbi icra məmuru tərəfindən lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-547/2025 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində Şəxs eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(013)-350/2025 saylı icra sənədi üzrə tələbkar X2 xeyrinə 10300 manat məbləğində borc və notariat xərci üçün ödənilmiş 115 manat və 120 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 10535 manat məbləğində pul vəsaiti borclu Şəxs tutularaq ödənilməlidir. O, həmin icra sənədi üzrə 13 may 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Lakin, borclu qeyd olunan məbləğdən yalnız 300 manat ödədiyini bildirmişdir. Şəxs dəfələrlə icra şöbəsinə çağırılsa da, icra məmurunun çağırışlarına əhəmiyyət verməyərək, İcra Şöbəsinə gəlməmiş və icra sənədini icra etməmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-547/2025 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Şəxs barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-547/2025 saylı qərarından sonra da borclu tərəfindən icra sənədi icra edilməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahat verərək bildirmişdir ki, məhkəmə qətnamələrindən xəbəri vardır. Barəsində olan hökmə əsasən ona elektron qolbaq təyin edilmişdir və ona görə də yaşadığı ərazidən kənar çıxa bilmədiyi üçün işsiz qalmışdır. Hazırda barəsində amnistiya aktı tərtib edilmiş və cəzadan azad olmuşdur. Bundan sonra işləyəcək və borclarını hissə-hissə ödəyəcəkdir. Bu səbəbdən də, qeyd edilənlərin nəzərə alınaraq, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ağdam rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(013)-350/2025 saylı icra sənədi üzrə tələbkar X2 xeyrinə 10300 manat məbləğində borc və notariat xərci üçün ödənilmiş 115 manat və 120 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 10535 manat məbləğində pul vəsaiti borclu Şəxs tutularaq ödənilməsi qət edilmişir. Beyləqan rayon İcra və probasiya şöbəsinin 13 may 2025-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, X8 barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunun ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-547/2025 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İcra işindən görünür ki, Şəxs tələbin yönəldilə biləcəyi əmlak, əmək müqaviləsi, pensiya, təqaüd və sair gəliri barədə məlumat yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədini üzrə tələbləri üzrsüz səbəbdən icra etmədiyinə görə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-547/2025 nömrəli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmiş, həmin qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, X3 əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 15:45-dən hesablansın. Qərarın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №3(5-113)-52/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-52/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver