Məhkəmə qərarları › İş №3(5-113)-8/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-8/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-8/2026 26.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş “Dalğa Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin təsisçisi Nümayəndə2 iştirakları ilə, Beyləqan rayonu, Əlinəzərli kəndində yerləşən “Dalğa Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayonu, Əlinzərli kəndində yerləşən “Dalğa Kəndli (Fermer) Təsərrüfatı” MMC tərəfindən həmin cəmiyyətə məxsus “Nissan Sunny” minik markalı, 11- AA-11* dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydaları əlehinə olan inzibati xəta törətdiyinə görə hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanının (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətə məlumat verilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X2 izahat verərək göstərdi ki, «Dalğa Kəndli (Fermer) Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş 23.1*.2*25-ci il tarixli, İXP 7528*32 nömrəli inzibati xəta haqqında protokol tərtib edilsə də, hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi üçün sorğu poçt vasitəsi ilə göndərilməmişdir. Ona görə də, məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs “Dalğa Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin təsisçisi Nümayəndə2 məhkəmə iclasında izahat verərək göstərdi ki, təsisçisi olduğu "Dalğa Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin (mülkiyyətində) istifadəsində olan “Nissan Sunny” minik markalı, 11-AA-11* dövlət qeydiyyat nömrə nişanlı avtomobillə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu onlara göndərilməmişdir. Göstərilənlərin nəzərə alınmasını, “Dalğa Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hazırkı inzibati xəta haqqında materiallardan görünür ki, «Dalğa Kəndli (Fermer) Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim edilmiş olsa da, qeyd edilən sorğunun «Dalğa Kəndli (Fermer) Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsini təsdiq edən sübutlar inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, məhkəmə tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə həmin sorğunun gğndərilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «Dalğa Kəndli (Fermer) Təsərrüfatı» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-13*-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: «Dalğa Kəndli (Fermer) Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 1* gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xatın Kamilzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar