Məhkəmə qərarları › İş №3(5-113)-84/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-84/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-84/2026 16.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində, doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 15 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 15 yanvar il tarixdə ictimai yerdə ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş, söyüşlər söymüş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 15 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərtib etdiyi 15 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, 15 yanvar 2026-c il tarixdə onun ad günü idi. Spirtli içki qəbul edərək özünəməxsus “Renault” markalı, ** SE *** dövlət nömrə nişanlı avtomobili idarə edən zaman X10 inispektoru onu saxlatdırmış və sipirtli içki qəbul etdiyi üçün Beyləqan rayon Polis şöbəsinə dəvət etmişdir. İçkili olduğu üçün nə etdiyini bilməmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Etdiyi əməldən peşman olduğunu və məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Beyləqan RPŞ-nin X10 Bölməsinin inspektoru, polis baş serjantı X4 izahatında bildirmişdir ki, o, 15 yanvar 2026-cı il tarixdə Beyləqan şəhəri, H.Əliyev prospektində iş yoldaşı X6 ilə birlikdə xidmətdə olarkən yol hərəkəti qaydalarını pozmuş “Renault” markalı ** SE *** nömrə nişanlı avtomobili saxlatmış, yoxlama zamanı sürücü Şəxs yaxınlaşan zaman nəfəsindən spirtli içki gəldiyi hiss olunmuşdur. Onu sərxoşluğun tibbi müayinəsinə dəvət etsələr də o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin şəxs onlar tərəfindən rayon polis şöbəsinə dəvət edilsə də gəlməkdən imtina etdiyinə görə o, polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Beyləqan RPŞ-nin X10 Bölməsinin, Təbliğat və Təşviqat işləri üzrə inspektoru, polis kiçik leytenantı X6, polis baş serjantı X4 ilə eyni məzmunlu izahatlar verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Beyləqan RPŞ-nin X10 Bölməsinin, Təbliğat və Təşviqat işləri üzrə inspektoru, polis kiçik leytenantı X6 tərəfindən Beyləqan rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanova ünvanlanmış 15 yanvar 2026-cı il tarixli raportdan görünür ki, həmin gün saat 19:30 radələrində o və xidmət yoldaşı Yusif İbrahimli ilə birlikdə Beyləqan şəhəri, Heydər Əliyev prospektində xidmətdə olarkən yol hərəkəti qaydalarını pozmuş “Renault Megane” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanılmış və sürücü Şəxs spirtli içki qəbul etməsi müəyyən edilmişdir. Bu səbəbdən onu sərxoşluğun tibbi müayinəsindən keçmək üçün dəvət etsələr də o, qanuni tələblərinə tabe olmayaraq uca səslə nalayiq ifadələr işlətmiş və onlarla rayon polis şöbəsinə getməkdən imtina etdiyi üçün polis şöbəsinə çatdırılaraq, növbətçi hissəyə təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” 15 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:45-də inzibati qaydada tutulmuşdur. Bundan başqa, məhkəmə iclası zamanı X10 əməkdaşlarını üzərlərində gəzdirdikləri yaxa kamerasına baxış keçirilərkən, həqiqətən də Şəxs 15 yanvar 2026-cı il tarixdə, saat 19 radələrində Beyləqan şəhəri, Heydər Əliyev prospektində olan dairənin yaxınlığında idarə etdiyi avtomobildən düşərək, spirtli içkinin təsirindən müvazinətini saxlaya bilməyib, səndələməsi və ictimai yerdə, insanların gediş-gəlişi üçün nəzərdə tutulmuş səkinin yanında uca səslə nalayiq ifadələr işlətməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 15 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə ibarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşimançılıq çəkməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir və həmin Məcəllənin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 15 yanvar 2026-ci il tarixdən saat 19:45-dən hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 yanvar 2026-ci il tarixdən saat 19:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Bеyləqаn rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bеyləqаn Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar