Məhkəmə qərarları › İş №3(5-114)-1038/2026

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(5-114)-1038/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(5-114)-1038/2026 17.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, Cəlilzadə Mehran Anar oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2026-cı il tarixli, EQ 34251797 saylı inzibati tənbeh verilməsi haqqında qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2026-cı il tarixli EQ 34251797 saylı inzibati tənbeh verilməsi haqqında qərara əsasən X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. X9 məhkəməyə şikayət ərizəsi ilə nüraciət edərək, DİN Baş X16 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34251797 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, barəsində tərtib edilmiş inzibati cərimənin və həmin qərar əsasında sürücülük vəsiqəsinə yazılmış 2 balın ləğv edilməsi, ona münasibətdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və EQ 34251719 nömrəli elektron qərarın, sürücülük vəsiqəsinə yazılmış 2 balın inzibati cərimənin “İCMAL” informasiya sistemindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixində barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə onun barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 40 manat məbləğində inzibati cərimə ilə yanaşı həmin xəta 2 balla qiymətləndirilərək sürücülük vəsiqəsinə əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin qeyd hissəsinə əsasən həmin Məcəllənin 346.4-346.9-cu maddələrində nəzərdə tutulmuş xətalar 2 balla qiymətləndirilir. Hesab edir ki, sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, sözügedən inzibati xəta həmin gün onun tərəfindən deyil, “X17” minik markalı, 09BF006 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən atası X10 tərəfindən törədilmişdir. AD617905 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “X17” minik markalı, 09BF006 dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. Saatlı Rayon Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən xx.xx.2020-ci il tarixində təsdiq edilmiş etibarnaməyə əsasən X10 tərəfindən X6 10 il müddətinə, yəni xx.xx.2030-cu il tarixinədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Məlum olduğu kimi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə icraat avtonəqliyyat vasitəsinə sonuncu etibarnamə verilmiş şəxsin barəsində aparılır. Bunun nəticəsində də sonuncu etibarnamə ona verildiyi üçün xx.xx.2026-cı il tarixli, EQ 34251797 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar onun barəsində tərtib edilmişdir. Halbuki, həmin vaxt inzibati xəta onun tərəfindən törədilməmiş, yəni nəqliyyat vasitəsini o yox, atası idarə etmişdir. Belə ki, 27 fevral 2026-cı il tarixində Bərdə şəhərində olmasına baxmayaraq atası Bakı şəhərində olmuş və nəqliyyat vasitəsini o idarə etmişdir. Qərardan da göründüyü kimi inzibati xəta Bakı şəhəri Nəsimi rayonu ərazisində törədilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra atası tərəfindən ona verilmiş sürücülük etibarnaməsi də ləğv edilmişdir. Nəticədə törətmədiyi inzibati xəta nəticəsində sürücülük vəsiqəsinə 2 bal əlavə edilmiş və toplanmış balların sayı 20-yə çatdığı üçün nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Göründüyü kimi, inzibati məsuliyyətin tətbiqi üçün əsas şərtlərdən biri inzibati xətanın bilavasitə həmin şəxs tərəfindən törədilməsidir. Hadisə zamanı nəqliyyat vasitəsinin idarə olunması onun iştirakı olmadan, onun mülkiyyətçisi, yəni atası tərəfindən həyata keçirildiyindən, onun barəsində inzibati xəta tərkibini əmələ gətirən subyektiv cəhət mövcud olmamışdır. Başqa sözlə, inzibati xəta haqqında iş üzrə icraatın subyekti kimi onun məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə iclasında şikayət verən şəxs X8 şikayəti müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, “X17” markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Fərid Quliyev isə oğludur. Oğluna avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. 27 fevral 2026-cı ildə qız övladı xəstəliyi ilə bağlı narahat olduğundan onu Bakı şəhərində xəstəxanaya aparmışdır. Xəstəxananın ətrafında parklanma yerlərində sıxlıq olmuş, tələsdiyi üçün avtomobili xəstəxananın qarşısında özüdə bilmədən dayanmaq qadağan olan yerdə saxladığı üçün cərimə yazılmışdır. Cərimə oğlu Fərid Quliyevin adına yazılmış, lakin həmin gün avtomobili oğlu idarə etməmiş, oğlu Bərdə rayonunda olmuş, qeyd etdiyi kimi avtomobil özünün istifadəsində olmuşdur. Tələsdiyi üçün avtomobili dayanmaq qadağan olunan yerdə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, xx.xx.2026-cı ildə Nazim Quliyevlə birlikdə Bakı şəhərində, sonuncunun idarə etdiyi “X17” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xəstəxanaya getmişlər. Belə ki, Nazim Quliyevin qız övladı xəstə olduğuna görə birlikdə xəstəxanaya getmişlər. Xəstəxananın ətrafında parklanma yerlərində sıxlıq olmuş, Nazim Quliyev tələsdiyindən və avtomobili saxlamağa yer tapmadığından, avtomobili qadağan olunmuş yerdə saxlamışdır. Həmin vaxt X4 Quliyev avtomobildə olmamış, avtomobili Nazim Quliyev idarə etmişdir. Sonuncu oğluna etibarnamə verdiyindən avtomobili dayanmaq qadağan olan yerdə saxladığı üçün cərimə oğlu Fərid Quliyevin adına yazılmışdır. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməklə, ona törətdiyi xətaya müvafiq olaraq 2 bal təyin edildiyindən, barəsində Azərbaycan Respublikasının İXM-nin 327.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 27 fevral 2026-cı il tarixli EQ 34251797 saylı qərarından X9 tərəfindən verilmiş şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 18511074 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X9 xx.xx.2002-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri M.Müşviq küçəsi ev 23-də qeydiyyatdadır. AD 617905 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Santafe” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. 28 iyul 2020-ci il tarixli 7E-2255 reyestr nömrəli etibarnamədən görünür ki, X10 mülkiyyətində olan “Hyundai Santafe” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X6 etibarnamə vermişdir. -Etibarnamə 10 il müddətinə verilib və xx.xx.2030-cu il saat 2359-dək qüvvədədir. AE 241369 nömrəli Sürücülük vəsiqəsindən görünür ki, X2 “BC” kateqoriya sürücülük hüququ vardır. X10 tərəfindən 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinə ünvanlanmış iki mart 2026-cı il tarixli ərizədən görünür ki, X3 mülkiyyətində olan “Hyundai Santafe” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X6 verdiyi 28 iyul 2020-ci il tarixli, 7E-2255 reyestr nömrəli etibarnamənin qüvvəsinə xitam verilmişdir. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” xx.xx.2026-cı il tarixli EQ 34251797 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X2 nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM): 128.1-ci maddəsinə görə, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. 129.1-ci və 129.1.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət və ya protest verilir. 346.6-cı maddəsinə görə, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. 327.7-ci maddəsinə görə, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Qeyd: Bu Məcəllənin 327.1-1, 327.1-2, 328.2, 346.2 və 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3 - 327.6, 327-1.1, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. İş materiallarından müəyyən edildi ki, “Hyundai Santafe” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmış, sonuncu avtomobili idarə etmək üçün oğlu X6 etibarnamə vermişdir. xx.xx.2026-cı ildə “Hyundai Santafe” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə və İXM-nin 327.7-ci maddəsinin qeydinə əsasən 2 bal X2 adına yazılmışdır. Lakin məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, həmin vaxt avtomobili X9 deyil, avtomobilin mülkiyyətçisi X10 idarə etmişdir. Bu hal məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi baş vermiş inzibati xəta zamanı avtomobilin X9 tərəfindən idarə olunması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, yalnız 28 iyul 2020-ci il tarixli 7E-2255 reyestr nömrəli etibarnamə ilə, X10 mülkiyyətində olan “Hyundai Santafe” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsini X6 etibar etdiyinə görə, Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi həmin qayda pozuntusunun X9 tərəfindən edilməsi qənaətinə gələrək onun cərimə edilməsi haqqında 27 fevral 2026-cı il tarixli, EQ 34251797 saylı qərarı qəbul etmişdir. Sözügedən hadisənin törədildiyi vaxt avtomobilin X9 tərəfindən edilməsi isə yuxarıda qeyd edilən qaydada işin gerçək halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. X2 xx.xx.2026-cı il tarixli EQ 34251797 nömrəli qərarda qeyd olunan Azərbaycan Respublikasının İXM-nin 346.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə aidiyyətinin olması məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq edilmir. İXM-nin: 53.2-ci maddəsinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi Fərid Quliyevin barəsində xx.xx.2026-cı il tarixli EQ 34251797 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar qəbul edərkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, Fərid Quliyevin qeyd olunan inzibati xətanın törədilməsinə aidiyyətinin olması məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq edilməmiş, əksinə, təkzib edilmişdir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 27 fevral 2026-cı il tarixli, EQ 34251797 saylı inzibati tənbeh verilməsi haqqında qərarı şəxsin inzibati xətanın törədilməsinə aidiyyəti olmaması səbəbi ilə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 430, 431, 432 və 436-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 27 fevral 2026-cı il tarixli, EQ 34251797 saylı qərarı ləğv edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar