Məhkəmə qərarları › İş №3(5-114)-316/2026

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(5-114)-316/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(5-114)-316/2026 26.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qabil qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərova Nərmin Pənah qızının katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi və Bərdə rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 5000 (beş min) manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. X11 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində tərtib edilmiş 17 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və 5000 (beş min) manat cərimə inzibati tənbeh tədbirindən azad edilməsini xahiş etmişdir. X11 şikayətini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, İ.Qayıbov küçəsi, ev 29-da yaşayır. Yaşadığı evin həyətində Diş protezləmə kabineti vardır. Fiziki şəxs kimi diş texniki işləyir. Diş və protez sifarişi əsasında diş və protez düzəldib satır. Sadə vergi ödəyicisidir və VÖEN-i var. 28 noyabr 2025-ci il tarixdə saat 11 radələrində işlədiyi vaxt sonradan tanıdığı vergi müfəttişi X5 işlədiyi diş kabinetinə daxil olmuş və qonşu kabinetdə diş həkimi işləyən Xalidə həkimə yaxınlaşıb dişlərinin arasına yemək dolduğu üçün həkimə müraciət edəcəyini bildirmişdir. Xalidə həkim həmin şəxsin dişlərinə baxıb, ona sintetik diş sapı lazım olduğunu bildirmişdir. İşlənmiş sap çox olduğu üçün həmin sapları ona tərəf uzadıb istədiyi qədər götürməsini təklif etmiş, X14 bütöv işlənməmiş diş sapı lazım olduğunu bildirib, diş sapı satılan aptekin yerini soruşmuşdur. Yasin Abdullayevə diş sapı satmadığını bildirmiş və diş sapı satılan apteklərin yerləşdiyi yeri izah etmişdir. Həmin şəxs ona demiş ki, alıb burada saxla, onun yolu düşəndə götürər. Bir qədər sonra o evinə çörək almaq üçün çıxanda Xalidə həkim keyidici lazım olduğuna görə ona keyidici almasını ondan xahiş etmiş, Yasin Abdullayevə aptekə getdiyini və aptekdən ona diş sapı alınmasının lazım olub-olmamasını soruşmuş, Yasin Abdullayev ona diş sapı almasını M gətirmişdir. Yasin ondan diş sapının qiymətini soruşmuş, diş sapını 3 manata aldığını bildirmişdir. Yasin Abdullayev diş sapının pulunu ona verib, kabinetdən çıxmış, 1 dəqiqə keçəndən sonra yenidən kabinetə daxil olub yaxasındakı kameranı göstərib özünü təqdim edərək 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişi X5 olduğunu bildirmiş və kassa aparatını soruşmuşdur. Ona kassa aparatın olmasını bildirmiş, o, isə ondan diş sapını kassa aparatına vurulmamasının səbəbini soruşmuşdur. Kabinetdə satış etmədiyini və diş sapını ona satmadığını bildirmiş, xahişinə görə aptekdən onun üçün aldığını bildirmişdir. Lakin, vergi müfəttişi Yasin Abdullayev xx.xx.2025-ci il tarixli, DVX seriyalı, 001578 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında» akt tərtib etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən DVX seriyalı, 001578 nömrəli akt Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Həmin akt əsasında 17 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən inzibati xəta haqqında MN ******* nömrəli protokol əsasında barəmdə İnzibati tənbeh vermə haqqında 17 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli qərar çıxarılmışdır. Azərabycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı əsasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1 -ci maddəsi ilə 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1 -ci maddəsində göstərilir ki, Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görəfiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdən otuz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ona vəzifəli şəxs kimi inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, o vəzifəli şəxs deyil və fərdi əməklə məşğul olduğu üçün sadə vergi ödəyicisidir. O, təşkilatısərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmir, dövlət qulluqçusu, bələdiyyə üzvü, hərbi qulluqçu, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs deyildir. Azərbaycan Respablikası Baş Prokurorluğu Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirib-yetirməmələrindən asılı olmayaraq bütün dövlət qulluqçularını, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularını, zabit, gizir və ya miçman olan hərbi qulluqçuları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərini ehtiva edib-etməməsinin şərh olunmasını xahiş etmişdir. Sorğuya baxan Konstitusiya Məhkəməsi qərar qəbul edərək “vəzifəi şəxs” anlayışına izah vermişdir. xx.xx.2023-cü il tarixli, 783 nömrəli Qərarda qeyd olunur ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Göründüyü kimi o sadə vergi ödəyicisi olmaqla fiziki şəxs kimi fəaliyyət göstərir və vəzifəli şəxs deyil, hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq müasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etmir. Lakin onun əməlimə vəzifəli şəxs kimi qiymət verilmiş və MN ******* nömrəli Qərarda 5000 (beş min) manat cərimə yazılmışdır. Həmçinin o fiziki şəxs kimi vergi ödəyicisidir. Beləliklə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1 -ci maddəsinin tələblərini pozmamışdır. İnzibati tənbeh vermə haqqında qərar işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadan qəbul edilmişdir, əməlində inzibati xəta tərkibi yoxdur, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar ləğv edilməli və 5000 manat cərimə inzibati tanbeh tədbirindən azad olunmalıdır. Məhkəmə iclasında X7 etibarnamə üzrə nümayəndəsi və vəkili Ağamalıyev Musa oğlu bildirdi ki, hüquqlarını müdafiə etdiyi Rza Quliyev yaşadığı evin həyətində “diş protezləmə” kabinetində diş texniki işləyir. Vergi ödəyicisi olaraq fiziki şəxs kimi fəaliyyət göstərir. 28 noyabr 2025-ci il tarixdə Rza Quliyev diş kabinetində olarkən, bir nəfər X5 onun iş otağına daxil olaraq ondan dişlərinin arasına yemək dolduğu üçün həkimə müraciət edəcəyini və diş sapı lazım olduğunu bildirmiş, həmin vaxt Rza Quliyev ona işlənmiş diş sapı olduğunu bildirmişdir. X14 işlənməmiş diş sapı istəmiş, Rza Quliyev isə ona diş sapı satmadığını bildirmişdir. Həmin şəxs Rza Quliyevə diş sapını alıb öz yanında saxlamasını və gəlib götürəcəyini bildirmişdir. Bundan sonra Rza Quliyev aptekə gedəsi olduğu üçün, Yasin Abdullayevə diş sapı lazımdırsa alım deyə ondan soruşmuş, Yasin Abdullayev ondan diş sapı almasını xahiş etmişdir. X22 Abdullayevə diş sapı alıb verəndə X18 Quliyevdən diş sapının qiymətini soruşmuş, ona qiymətinin 3 manat olduğunu bildirmişdir. X18 Quliyevə 3 manat pulu verib iş otağından çıxıb getmiş, 1 dəqiqə keçdikdən sonra geriyə qayıdaraq sinəsindəki kamera çəkilişini göstərib özünü təqdim edərək 11 saylı Ərazi Vergilər Baş idarəsinin vergi müfəttişi X5 olduğunu bildirərək, Rza Quliyevdən kassa aparatını soruşmuşdur. Rza Quliyev isə kassa aparatının olduğunu bildirmiş, Rza Quliyevə nə üçün diş sapının kassa aparatına vurmamasını ondan soruşmuş, Rza Quliyev isə Yasin Abdullayevə diş sapını satmadığını və ona yaxşılıq etmək üçün alıb gətirdiyini bildirmişdir. Bundan sonra X5 akt tərtib etmiş, həmin akt əsasında 17 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibat xəta haqqında protokol tərtib edilərək 17 dekabr 2025-ci il tarxli MN ******* nömrəli qərarla Rza Quliyev5000 (beş min) manat cərimə edilmişdir. Hesab edir ki, həmin qərar ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasını davam etdirməklə başlanmış inzibati icraata xitam verilməlidir. Ona görə də, şikayətin təmin olunmasını xahiş edir. İş üzrə qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak etməsinin qeyri-mümkün olduğunu bildirmiş, işin halları ilə bağlı təqdim etdikləri sübutlarla işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin kifayət etdiyini, bu səbəbdən də iştirakları olmadan işə mahiyyəti üzrə baxılaraq X7 şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayətçini dinləyib şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli, Seriya DVX №001578 saylı Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında Aktdan görünür ki, X12 tərəfindən Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən kabinetdə lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) xidmət göstərməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X8 tərəfindən qəbul edilmiş 17 dekabr 2025-ci il tarixli MN1932735 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, ARİN DVX əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli akta əsasən Bərdə şəhəri İ.Qayıbov küçəsində fəaliyyət göstərən stomotoloji xidmətdə olan X12 tərəfindən lisenziya olmadan özəl tibb fəaliyyət (stomatoloji) göstərməsi aşkar edilmişdir. Buna görə də X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 5000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən X9 ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21-2- 17/2-143859/2025 saylı bildirişdən görünür ki, X9 Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən obyektdə vergi orqanı əməkdaşı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması faktı aşkar edilərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli DVX seriyalı 001578 nömrəli “xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” akt və “inzibati xəta haqqında” protokol əlavələri ilə birlikdə göndərilmişdir. AZE 14281098 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1979-cu ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri İ.Qayıbov küçəsi ev 29-da qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 95 saylı arayışından görünür ki, X3 şəhəri, İ.Qayıbov küçəsi ev 29-da ünvanında yaşayır. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətini təqdim etmiş, həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədləri şikayətinə əlavə etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 dekabr 2025-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 1 nömrəli Əlavəsinin 2-ci hissəsinə əsasən “Özəl tibb fəaliyyəti” Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxildir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı X12 tərəfindən Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən kobinetdə lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) xidmət göstərməsi aşkar edilmiş, bu barədə xx.xx.2025-ci il tarixli, Seriya DVX №001578 saylı Akt tərtib edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X8 tərəfindən qəbul edilmiş 17 dekabr 2025-ci il tarixli MN1932735 nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində vəzifəli şəxs kimi 5000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş, lakin “xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə məşğul olması barədə razılıq (lisenziya) almamışdır. Göründüyü kimi X7 hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibi mövcuddur, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri mövcud deyildir. X23 bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X7 barəsində tərtib etdiyi 17 dekabr 2025-ci il tarixli MN1932735 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 dekabr 2025-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Lamiyə Hüseynquliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar