Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(5-114)-317/2026 29.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qabil qızının sədrliyi, X2 iclas katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 05 yanvar 2026-cı il tarixdə Şəxs (bundan sonra Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə №00800-00002/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdrimə Mərkəzindən daxil olmuş 3-33- 3100/012/027726 nömrəli xx.xx.2025-ci il tarixli raportun icrası ilə bağlı Şəxs MMC-nin ünvanında xx.xx.2025-ci il tarixndə **********9190 sorğu nömrəli gömrük bəyannaməsi ilə netto çəkisi 22.1 kq, ümumi gömrük dəyəri 8900,74 manat olan “döllənmiş balıq kürüsü” adlı yüklər xx.xx.2025-ci il tarixədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin müddətin bitməsinə baxmayaraq, mallar həmin şirkət tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. Bununla əlaqədar olaraq, Şəxs MMC-nin hüquqi ünvanına xx.xx.2025ci il tarixli 3-33-3100/2-004976/2025 nömrəli məktub göndərilmiş və səlahiyyətli nümayəndəsinin izahat verməsi xahiş olunmuşdur. Hüquqi şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən çağırış üzrə gəlməmişdir. Qeyd olunan müvəqqəti saxlancda olan yükə şirkətin AZ1052, Bərdə rayonu, Samux kəndi ünvanda yerləşən anbarına xx.xx.2025ci il tarixdə Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə əsasən gömrük baxışı keçirilmiş, mallar barəsində qanunsuz əməliyyatların aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi, yararsız hala düşməsi müəyyən olunmuş, bundan sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük baxışının keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 göstərdi ki, Şəxs MMC tərəfindən çəkisi 22.1 kq, ümumi gömrük dəyəri 8900,74 manat olan “döllənmiş balıq kürüsü”nü xx.xx.2025-ci il tarixədək müvəqqəti saxlanca götürülmüşdür. Keçən müddət ərzində döllənmiş balıq kürüsü böyüyərək balığa çevrilmişdir. Lakin Şəxs MMC-yə məxsus Bərdə rayonu, Samux kəndi ünvanda yerləşən anbara xx.xx.2025-ci il tarixdə iştirakı ilə gömrük baxışı keçirilmiş, onlara keçən müddət ərzində döllənmiş balıq kürüsünün böyüyərək balığa çevrilməsi bildirilmiş, lakin onlar guya mallar barəsində qanunsuz əməliyyatların aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi, yararsız hala düşməsinin müəyyən olunduğu qənaətinə gələrək Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük baxışının keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Bundan sonra Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya yol verməsi qənaətinə gəlinərək inzibati protokol tərtib olunmuşdur. Həmin protokol ilə tanış olmuş, lakin hesab edir ki, həmin protokol əsassızdır. Ona görə ki, saxlanc üçün götürülmüş döllənmiş balıq kürüsünün keçən müddət ərzində böyüyərək balığa çevrilməsi təbii faktdır. Şəxs MMC-nin hüquqi ünvanına göndərilmiş məktub üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə saxlanc üçün götürülmüş döllənmiş balıq kürüsünün balığa çevrilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsinin inspektoru Vüsal Əliyev tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış raportdan görünür ki, Şəxs MMC-nin (VÖEN **********) tərəfindən xx.xx.2025-ci il tarixli **********9190 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 8900,74 manat, netto çəki 22,1 kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilməmişdir. Müvafiq araşdırmanın aparılması üçün Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göstəriş verilməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli Gömrük Bəyannaməsindən görünür ki, Polşa Respublikasında fəaliyyət göstərən “WYLEGARNİE RYB” “DABİE” şirkətindən Şəxs MMC-yə netto çəkisi 22.1 kq, ümumi gömrük dəyəri 8900,74 manat olan “döllənmiş balıq kürüsü” adlı yüklər göndərilmişdir. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Polşa Respublikasında fəaliyyət göstərən “WYLEGARNİE RYB” “DABİE” şirkəti tərəfindən netto çəkisi 22.1 kq, ümumi gömrük dəyəri 8900,74 manat olan “döllənmiş balıq kürüsü” adlı yüklər Şəxs MMCnin adına rəsmiləşdirilmişdir. №**********9190 Ödəniş Tapşırığından görünür ki, VÖEN ********** məxsus Şəxs MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xidmətlərin göstərilməsi üçün 120 manat, 60 manat, 10,80 manat, cəmi 190,80 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2025-ci il tarixli Fakturadan görünür ki, “WYLEGARNİA RYB” “DABİE” tərəfindən göndərilmiş malın ümumi dəyəri 4789,98 EUR (8900,74 AZN) olmuşdur. 080 GDN 38144525 qəbzdən görünür ki, Havayolu Nəqliyyatı vasitəsi ilə içərisində “döllənmiş balıq kürüsü” çatdırılma daxil olmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə ünvanlamış Diri Heyvanların, Arıların, İnkubasiya Yumurtaları və X1 İdxalına icazə rəyi verilməsi üçün elektron ərizə Müraciət – İD********** görünür ki, idxalçı Şəxs MMC-yə “WYLEGARNİA RYB - DABİE” tərəfindən istifadə təyinatı damazlıq olan 200000 ədəd döllənmiş balıq kürüsü istehsal edilmişdir. Nr PL/MF/AT0039622 nömrəli Şəhadətnamənin surətindən görünür ki, çəkisi 11.40 kq olan 100000 ədəd və çəkisi 10.70 kq olan 100000 ədəd, ümumilikdə 22.10 kq çəkidə döllənmiş balıq kürüsü idxal edilmişdir. Rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsinin inspektoru Vüsal Əliyev tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən sorğu **********9190 nömrəli gömrük bəyannamələrinin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi üçün ödənilmiş ödənişlər həmin gömrük bəyannaməsində “Hesablanmaının detalları” adlı Qrafa B-də göstərilmişdir (Mallara gömrük nəzaərəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların **********9190 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları (02)-120 AZN, elektron gömrük xidmət haqqı (75)-60 AZN, elektron gömrük xidməti üzrə ƏDV (85)-10,80 AZN, cəmi 190,8 AZN). “Pilot.egb.dgk” sisteminin “EHS-Balans” və “EHS- Hesab əməliyyatları” pəncərələrində xx.xx.2025-ci il tarixinə (VÖEN **********) Şəxs MMCnin şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi hesabında ödəniş mövcud deyildir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli (gömrük baxışının keçirilməsi haqqında) Protokoldan görünür ki, **********9190 saylı gömrük bəyannaməsi ilə Şəxs MMC adına müvəqqəti saxlanca götürülmüş mallara həmin cəmiyyətin etibarnamə üzrə nümayəndəsi X5 ilə birgə gömrük baxışı həyata keçirilmiş, baxış zamanı qeyd edilən bəyannamədə göstərilən balıq kürüsü aşkar edilməmişdir. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 çəkilişdəki hovuzda olan balıqların həmin kürülərdən yaranmasını bildirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, №3-33-3100/2-004976/2025 saylı bildirişindən görünür ki, Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli **********9190 sorğu nömrəli gömrük bəyannaməsi ilə netto çəkisi 22.1 kq, ümumi gömrük dəyəri 8900,74 manat olan “döllənmiş balıq kürüsü” adlı yüklər xx.xx.2025-ci il tarixədək müvəqqəti saxlanca götürülməsi, “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 229 nömrəli qərarına əsasən yüklərin müvəqqəti saxlanc müddəti xx.xx.2025-ci il tarixdə bitməsi və digər gömrük proseduru altında rəsmiləşdirilməməsi, qeyd olunanlarla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsi Təhqiqat şöbəsində araşdırma başlanılması, müvəqqəti saxlancda olan malların müəyyən olunmuş müddət ərzində digər gömrük proseduru altında rəsmiləşdirilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət müəyyən olunması, ona görə də xx.xx.2025-ci il tarixdə, saat 14:00-da nümayəndənin iştirakının təmin olunması barədə məlumat verilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********9190 sorğu nömrəli gömrük bəyannaməsi ilə netto çəkisi 22.1 kq, ümumi gömrük dəyəri 8900,74 manat olan “döllənmiş balıq kürüsü” adlı yüklər xx.xx.2025-ci il tarixədək müvəqqəti saxlanca götürülmüş, “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 229 nömrəli qərarına əsasən yüklərin müvəqqəti saxlanc müddəti xx.xx.2025-ci il tarixdə bitmiş, lakin digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.1-ci maddələrinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. İXM-nin 496.1. Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə, İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş malların 40%-i məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə, İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş malların 40%-i məbləğində, yəni 3560 (üç min beş yüz altmış) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Lamiyə Hüseynquliyeva
Məhkəmə qərarları › İş №3(5-114)-317/2026
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(5-114)-317/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver