Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(5-114)-318/2026 19.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qabil qızının sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, zərərçəkmiş şəxslər X4, X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun Vəkil iştirakları ilə, Ş/V: AZE №********, xx.xx.1992-ci il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Lək kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən 19 yanvar 2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 bildirdi ki, xx.xx.2026-cı il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində Bərdə RPŞ-nin YPXB insbektoru X4 və Bərdə RPŞ-nin RPŞ-nin YPXB insbektoru X5 xidməti ərazidə olduqları vaxt, Şəxs idarə etdiyi ** TV *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə əlavə kostruksiyaların quraşdırıldığı səbəbilə saxla işarəsi verilmiş, Pərviz nəqliyyat vasitəsini saxlamış, ona nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi müşahidə olduğuna görə nəqliyyatvasitəsinin duracağa yerləşdirilməsinin zəruriliyi izah edilmişdir. Pərviz onlara nəqliyyat vasitəsinin yük yerində olan sobanın yaxınlıqa olan evlərinə düşürdüldükdən sonra nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyinə vəd verdikdən sonra nəliyyat vasitəsinin sükanın arxasına əyləşmiş, Yol patrul xidməti inspektoru Elxan Əliyev nəqliyyat vasitəsinin ön sərnişin hissəsində əyləşmişdir. Pərviz nəqliyyat vasitəsini idarə edərkən təkərlərini yerin səthinə sərt şəkildə sürtərək səsli şəkildə manevr etməklə öz yaşadığı ünvana doğru hərəkət etdirmişdir. Yaşadığı evin qarşısında nəqliyyat vasitəsini saxlamış, düşərək evinə qaçmağa çalışmışdır. Yol patrul xidməti inspektorları Şəxs ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin o, polislərin qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək nəqliyyat vasitəsini duracağa yerləşdirilməsindən imtina etmişdir. Pərvizi nəqliyyat vasitəsinə əyləşdirmək istəyərkən Pərviz polis əməkdaşlarına müqavimət göstərmiş və nəqliyyat vasitəsinə əyləşməmişdir. Bundan sonra Pərviz öz qanunsuz əməllərini davam etdirmiş və heç bir yerə getməyəcəyini polislərə bildirmişdir. Həminçinin Pərvizdən nəqliyyat vasitəsini duracağa yerləşdirilməsi tələb olunarkən o, polis əməkdaşlarına qarşı əl-qol hərəkətləri etmiş və özünü nizam-intizamsız aparmışdır. Buna görə də daxil olmuş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib etmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2026-cı il tarixdə istifadəsində olan ** TV *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə qaz sobası qoyaraq təmirə aparan zaman Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində Bərdə RPŞ-nin YPXB insbektoru X4 və Bərdə RPŞnin RPŞ-nin YPXB insbektoru X5 idarə etdiyi nəqliyyat vasitəsinə saxla işarəsi vermişlər. İdarə etdiyi nəqliyyat vasitəsini saxlamış, polis əməkdaşları ona yaxınlaşaraq nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi müşahidə olduğuna görə nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin zəruriliyi izah etmişlər. Nəqliyyat vasitəsinin yük yerində qaz sobası olduğundan nəqliyyat vasitəsinin arxa hissəsinin aşağı düşməsini izah etmiş, lakin polislər nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsini ondan israrla tələb etmişlər. Polis əməkdaşlarına nəqliyyat vasitəsində olan sobanın yaxınlıqda yerləşən yaşadığı evə düşürdükdən sonra nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsini təmin edəcəyinə söz vermiş, bundan sonra o, sükanın arxasında əyləşmiş, yol patrul xidməti inspektoru X5 isə onun sağında öndə əyləşmişdir. Nəqliyyat vasitəsini idarə edərkən manevr etməklə öz yaşadığı ünvana doğru hərəkət etdirmişdir. Yaşadığı evin qarşısında nəqliyyat vasitəsini saxlamış, düşərək evinə getmək istəmişdir. Bu zaman polislər onu saxlamış və xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin o, polislərin qanuni tələbinə tabe olmayaraq nəqliyyat vasitəsini duracağa yerləşdirilməsindən imtina etmişdir. Həmin vaxt o, ucadan danışmamış və heç bir ictimai qayda pozuntusuna yol verməmişdir. Hazırda polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirmədiyinə görə onlardan üzr istəmiş və tutduğu əməldən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun Vəkil göstərdi ki, Şəxs heç bir qayda pozuntusu törətmədən polis əməkdaşlarının saxla işarəsinə tabe olmuş və nəqliyyat vasitəsini saxlamışdır. Polis əməkdaşlarının könüllü razılığı ilə nəqliyyatının yük yerində olan sobanın evinə düşürülməsi üçün evinə getmiş, lakin nəqliyyat vasitəsini duracağa yerləşdirilməsini təmin edəcəyini söz versə də nəqliyyatında hər hansı bir konstruksiya dəyişikliyi olmadığıan görə sonradan fikrini dəymiş və polis əməkdaşlarına tabesizlik göstərərək nəqliyyat vasitəsini duracağa yerləşdirilməsini təmin etməmişdir. Şəxs saxlanılarkən polisin qanuni tələbinə tabesizlik göstərsə də heç bir ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Odur ki, Şəxs əməlində inzibati xətalar məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta materialına həmin hissədə xitam verilməsini və ona inzibati xətalar məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, Bərdə RPŞ-nin YPXB-nin inspektoru işləyir. xx.xx.2026-cı il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində Bərdə RPŞ-nin YPXB insbektoru X4 ilə xidməti ərazidə olduqları vaxt, Şəxs idarə etdiyi ** TV *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə əlavə kostruksiyaların quraşdırıldığı səbəbilə saxla işarəsi verilmiş, Pərviz nəqliyyat vasitəsini saxlamış, ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Sonra ona nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi müşahidə olduğuna görə nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin zəruriliyi izah edilmişdir. Pərviz onlara nəqliyyat vasitəsinin yük yerində olan sobanın yaxınlıqa olan evlərinə düşürdüldükdən sonra nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyinə vəd verdikdən sonra nəliyyat vasitəsinin sükanın arxasına əyləşmiş, o isə nəqliyyat vasitəsinin ön sərnişin hissəsində əyləşmişdir. Pərviz nəqliyyat vasitəsini idarə edərkən təkərlərini yerin səthinə sərt şəkildə sürtələndirərək səsli şəkildə manevr etməklə öz yaşadığı ünvana doğru yüksək surətlə hərəkət etdirmişdir. Yaşadığı evin qarşısında nəqliyyat vasitəsini saxlamış, düşərək evinə qaçmağa çalışmışdır. Ona mane olmuş və ictimai yerdə olduğunu, özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişdir. Lakin o, qanuni tələblərinə tabe olmayaraq uca səslə nəlayiq ifadələr işlədərək nəqliyyat vasitəsini duracağa yerləşdirilməsindən imtina etdiyini bildirmişdir. Pərvizdən nəqliyyat vasitəsini duracağa yerləşdirilməsi tələb olunarkən özünü nizam-intizamsız aparmış, onu nəqliyyat vasitəsinə əyləşdirmək istəyərkən Pərviz onlara müqavimət göstərmiş və nəqliyyat vasitəsinə əyləşməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, Bərdə RPŞ-nin YPXB-nin inspektoru işləyir. xx.xx.2026-cı il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində Bərdə RPŞ-nin YPXB insbektoru X5 ilə xidməti ərazidə olduqları vaxt, Şəxs idarə etdiyi ** TV *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə əlavə kostruksiyaların quraşdırıldığı səbəbilə saxla işarəsi verilmiş, Pərviz nəqliyyat vasitəsini saxlamış, ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Sonra ona nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi müşahidə olduğuna görə nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin zəruriliyini izah etmişlər. Pərviz onlara nəqliyyat vasitəsinin yük yerində olan sobanın yaxınlıqa olan evlərinə düşürdüldükdən sonra nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyinə vəd vermiş və nəqliyyat vasitəsinin sükanının arxasına əyləşmiş, Yol patrul xidməti inspektoru Elxan Əliyev isə nəqliyyat vasitəsinin ön sərnişin hissəsində əyləşmişdir. O isə xidməti avtomobillə onların arxasınca hərəkət etmişdir. Pərviz nəqliyyat vasitəsini idarə edərkən təkərlərini yerin səthinə sərt şəkildə sürtələndirərək səsli şəkildə manevr etməklə öz yaşadığı ünvana doğru hərəkət etdirmişdir. Yaşadığı evin qarşısında nəqliyyat vasitəsini saxlamış, düşərək evinə qaçmağa çalışmışdır. Bu zaman yol patrul xidməti isnektoru Elxan Əliyev ona mane olmuş və ictimai yerdə olduğunu, özünü nizamintizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişdir. Lakin o, qanuni tələblərinə tabe olmayaraq uca səslə nəlayiq ifadələr işlədərək nəqliyyat vasitəsini duracağa yerləşdirilməsindən imtina etdiyini bildirmişdir. Pərvizdən nəqliyyat vasitəsini duracağa yerləşdirilməsi tələb olunarkən özünü nizam-intizamsız aparmış, onu nəqliyyat vasitəsinə əyləşdirmək istəyərkən Pərviz onlara müqavimət göstərmiş və nəqliyyat vasitəsinə əyləşməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Həmçinin, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsinin tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2026-cı il tarixli Raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində Bərdə RPŞ-nin YPXB insbektoru X4 və Bərdə RPŞ-nin RPŞ-nin YPXB insbektoru X5 xidməti ərazidə olduqları vaxt, Şəxs idarə etdiyi ** TV *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə əlavə kostruksiyaların quraşdırıldığı səbəbilə saxla işarəsi verilmiş, Pərviz nəqliyyat vasitəsini saxlamış, ona nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi müşahidə olduğuna və yerində aradan qaldırılmasının mümkün olmaması səbəbinə görə nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin zəruriliyi izah edilmişdir. Şəxs onlara nəqliyyat vasitəsinin yük yerində olan sobanın yaxınlıqa olan evlərinə düşürdüldükdən sonra nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyinə vəd veriş, sonra nəliyyat vasitəsinin sükanın arxasına əyləşmiş, Yol patrul xidməti inspektoru Elxan Əliyev nəqliyyat vasitəsinin ön sərnişin hissəsində əyləşmişdir. Pərviz nəqliyyat vasitəsini idarə edərkən təkərlərini yerin səthinə sərt şəkildə sürtərək səsli şəkildə manevr etməklə öz yaşadığı ünvana doğru hərəkət etdirmişdir. Yaşadığı evin qarşısında nəqliyyat vasitəsini saxlamış, düşərək evinə qaçmağa çalışmışdır. Yol patrul xidməti inspektorları Şəxs ictimai yerdə olduğunu və özünü nizamintizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin o, polislərin qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək nəqliyyat vasitəsini duracağa yerləşdirilməsindən imtina etmişdir. Pərvizi nəqliyyat vasitəsinə əyləşdirmək istəyərkən Pərviz polis əməkdaşlarına müqavimət göstərmiş və nəqliyyat vasitəsinə əyləşməmişdir. Bundan sonra Pərviz öz qanunsuz əməllərini davam etdirmiş və heç bir yerə getməyəcəyini polislərə bildirmişdir. Həminçinin Pərvizdən nəqliyyat vasitəsini duracağa yerləşdirilməsi tələb olunarkən o polis əməkdaşlarına qarşı əl-qol hərəkətləri etmiş və özünü nizam-intizamsız aparmışdır. xx.xx.2026-cı il tarixli Qərardan görünür ki, X4, X5 inizbati iş üzrə icraat material üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. xx.xx.2026-cı il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə 12:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli, MN №2398029 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni tələblərinə tabe olmamış və uca səslə ünvanlı ünvansız nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində xidməti vəzifələrini yerinə yetirən yol patrul xidməti inspektorlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır.Lakin onun əməlində uca səslə nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verməsi ilə bağlı inzibati xətanın tərkibi olmadığı müəyyən edilmişdir. Çünki, həmin hissədə şəxsin inzibati xəta törətməsi iş materialları, özünün və zərərçəkmiş şəxslərin ifadəsi ilə sübut olunmur. Belə ki, inzibati xəta törədən şəxs izahatında polislərə qarşı uca səslə nəlayiq ifadələr işlətməsini qeyd etməmişdir. Belə olan halda inzibati xəta törədən şəxs Şəxs İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində İXM-in 510-cu maddəsinin tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-1-ci maddəsinə qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib, bаrəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh növünün tətbiq edilməsi ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin əməlin inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli xx.xx.2026-cı il tаrixdən, saat 12:00-dan hesablanmalıdır. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARVERDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tаrixdən, saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lamiyə Hüseynquliyeva
Məhkəmə qərarları › İş №3(5-114)-318/2026
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(5-114)-318/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver