Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(5-114)-319/2026 19.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1997-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri B.Hacıyev küçəsi döngə 2-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(011)-5227/2025 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar X4 1036 manat məbləğində aliment borcu olduğu halda, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(011)- 5227/2025 saylı icra sənədinə əsasən borclu Şəxs bir uşağın saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsinin icraatına qəbul olunduqdan sonra borclu Şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, izahatı alınmış, ona müddət verilmişdir ki, yaranmış borcunu icra etsin. Ancaq Şəxs hazırki vaxtadək yaranmış borcdan 700 manat ödəniş etmiş, 1036 manat borcu isə ödənilməmiş qalmışdır. Sonuncu borcunu ödəmədiyindən 19 yanvar 2026-cı il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs əmlak vəziyyəti yoxlanılmış və üzərinə həbs qoyula biləcək əmlakı aşkar edilməmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli icra sənədinə əsasən hər ay bir uşağın saxlanılması üçün Lalə Hacıyevaya aliment ödəməlidir. Özü musiqiçidir, skripka ifaçısıdır. Hazırda başqa bir qadınla evlidir. İşləyib pul qazana bilmədiyindən aliment borcunu tam ödəyə bilməmişdir. Skripkasını sataraq borcunun bir hissəsini ödəmişdir. Qalan borcunu qısa müddət ərzində ödəyəcəyinə söz verir. Borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş edir. İş materiallarında olan: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(011)-5227/2025 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi, 49,76 manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs İda oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(011)-5227/2025 saylı icra vərəqəsi üzrə icraata başlanılması, borclu Şəxs borcunu könüllü icra etməsi, icranı könüllü icra etmədikdə məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. “Tələbin könüllü icrası haqqında” 04 avqust 2025-ci il tarixli e122497/2025-43-6 nömrəli bildirişdən görünür ki, Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2025ci il tarixli, 2(011)-5227/2025 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi xahiş olunmuş, bu müddət ərzində tələbi üzrsüz səbəbdən icra etmədikdə, icranın məcburi qaydada təmin ediləcəyi, o cümlədən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 19 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(011)-5227/2025 saylı icra vərəqəsinə əsasən Şəxs bir uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməli olduğu halda, borcu borcunu tam ödəməmiş, aliment borcundan 700 manat ödəmiş, 1036 manat borcunu ödəməkdən yayınmışdır. Şəxs məhlkəmə iclasında borcunu ödəmək üçün ona vaxt verilməsini istəmiş, aliment borcunu ödəməyəcəyini bildirməmiş, əksinə, borcunu qısa müddətdə ödəyəcəyinə söz vermişdir. Habelə, işin hallarından görünür ki, Şəxs musiqiçidir, incəsənət nümayəndəsi olmaqla, qanunları pozmağa meyilli şəxs deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bütün bunlarla yanaşı icra sənədləri üzrə borcunu hissə-hissə ödəyəcəyinə söz verməsini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(5-114)-319/2026
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(5-114)-319/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver