Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(5-114)-323/2026 21.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Gülnaz Cəlil qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs X5 yanında sürücü işləyən, Bərdə rayonu Cicimli kəndində qeydiyyatda olmaqla hazırda Sumqayıt şəhəri Boru- təmir zavodunun Bağında yaşayan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 21 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında bildirdi ki, Hacıqabul Məhkəməsinin 02 oktyabr 2013-cü il tarixli, 2(071)-284/2013 saylı icra vərəqəsinə əsasən Şəxs 02 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq h’r ay 93 manat sabit pul məbləğində aliment tutularaq Abdullayeva(Bəndəliyeva) Ruxşanə Aqil qızına ödənilməlidir.Hacıqabul rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 8(071)-66/2025 nömrəli qərardadına əsasən Hacıqabul Rayon Məhkəməsinin 2(071)-284/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 tutularaq tələbkar Bəndəliyeva (Abdullayeva) Ruxşanə Aqil qızına ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,88 misli həddində indeksasiya edilmişdir. Alimentin ödənilməsi tələbkar tərəfindən tələb edilməyə 2025-ci ilin iyun ayından başladığından İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra edilməsinə dari bildiriş borcluya 2025-ci ilin iyun ayında göndərilmişdir. Hazırda Şəxs icra sənədi üzrə ödənilməmiş qalan aliment borcu 12177 manat təşkil edir. Biorcun ödənilməsini təmin etmək məqəsi ilə borclunun əmək haqqısının 70 %-nə tutuma yönəldilmişdir. Hazırda tələbkar borcun tam ödənilməsini tələb edir. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Borclunun barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsizahatında göstərmişdir ki, inzibati xətanın törədilməsində özünü təqsirli bilmir. Məhkəmə qərarı üzrə alimentin ödənilməsini qərəzli olaraq gecikdirməmişdir. Alimentin indeksasiya edilərək artırılması barədə icra sənədinin olmasından 2025-ci ilin iyun ayından xəbəri olmuşdur. Bundan sonra hər ay mütamadi olaraq ödənişlər etmişdir. Ümumildə 2550 manat ödəniş etmişdir. Fiziki şəxs yanında sürücü işləməklə sosial sığorta haqları və vergilər çıxıldıqdan sonra 582 manat əmək haqqı alır. Yalnız 2025-ci ilin dekabr ayında həyat yoldaşı və övladı xəstə olduğu üçün ödəniş edə bilməmişdir. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasına “WhatsApp” Sosial Şəbəkəsi vasitəsilə qoşulan icra sənədi üzrə tələbkar Abdullayeva (Bəndəliyeva) Ruxşanə Aqil qızı izahatında göstərmişdir ki, borclu Şəxs ilə 2013-cü ildə ayrıldıqdan sonra alimenti tələb edən zaman borclu onu qardaşının həyatı ilə hədələdiyi üçün, qardaşının təhlükəsizliyindən qorxduğu üçün aliment tələb etməmişdir. Daha sonra isə borclu ona qızının adına kart hesabı açdırmağı alimenti həmin karta ödəyəcəyini bildirmiş, kart hesabı açdırsa da borclu alimenti ödəməmişdir. Bütün bu səbəblərə görə borcludan aliment tələb etməmişdir. Borcludan 2025-ci ilin iyun ayından aliment ödənilməsini tələb etmişdir. Borclu müəyyən məbləğdə ödəniş etsədə hazırda şikayətçidir. Borcun tam ödənilməsini tələb edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Hacıqabul Məhkəməsinin 02 oktyabr 2013-cü il tarixli, 2(071)-284/2013 saylı icra vərəqəsinə əsasən Şəxs 02 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq h’r ay 93 manat sabit pul məbləğində aliment tutularaq Abdullayeva(Bəndəliyeva) Ruxşanə Aqil qızına ödənilməlidirödənilməlidir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Hacıqabul rayon Məhkəməsinin 09 iyul 2025ci il tarixli, 8(071)-66/2025 nömrəli qərardadına əsasən Hacıqabul Rayon Məhkəməsinin 2(071)-284/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 tutularaq tələbkar Bəndəliyeva (Abdullayeva) Ruxşanə Aqil qızına ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,88 misli həddində indeksasiya edilmişdir İnzibаti işin mаteriаllarına əlаvə edilmiş tələbin könüllü ödənilməsi haqqında 27 mart 2014-cü il tarixli bildirişdən və icraata başlamaq haqqında qərardan görünür ki, Hacıqabul Məhkəməsinin 02 oktyabr 2013-cü il tarixli, 2(071)-284/2013 saylı icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. Bildiriş borclu tərəfindən qəbul edilmiş, lakin bildirişi qəbul etmə tarixi qeyd edilməmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 27 oktyabr 2025-ci il tarixli, icraata başlamaq haqqında qərardan və tələbin könüllü ödənilməsi haqqında 27 mart 2014-cü il tarixli bildirişdən və icraata başlamaq haqqında qərardan görünür ki, Hacıqabul Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli, 8(071)-66/2025/012 saylı icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibati İş materiallarına əlavə edilmiş X2 Bərdə Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 23 may 2025-ci il tarixli ərizədən görünür ki, tələbkar icra sənədi üzrə borcun ödənilməsini tələb etmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən X7 ünvanlanmış 25 iyun 2025-ci il tarixli, 8719/06 iyun tarixli məktubdan görünür ki, icra sənədi üzrə yaranmış 13500 manat aliment borcunun borclu Şəxs əmək haqqının 70%-nə yönəldiməsinin təmin edilməsi tələb edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli aktdan görünür ki, borclu Şəxs qeydiyyatda olduğu ünvana baxış keçirilmiş, baxış zamanı ailənin zəruri istifadəsindən artıq həbs qoyula biləcək əmlakı aşkar olunmamışdır. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 50 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 10 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 30 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 100 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 20 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 300 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 100 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 100 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 150 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 100 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 300 manat ödəniş edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 21 yanvar 2026-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Hacıqabul rayon Məhkəməsinin 2(071)-284 saylı, xx.xx.2013-cü il tarixli və 8(071)-66 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 12177 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, inzibati xəta tərkibi olmadıqda xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi üzrə təqsiri sübuta yetirilmir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun habelə tələbkarın izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə müəyyən olunur ki, Şəxs icra sənədləri barədə 2025-ci ilin iyun ayında məlumatı olmuş, həmin tarixdən mütamadi ödənişlər etmiş, icra sənədi üzrə borclu qərəzli şəkildə icra etməməsi, həmin qərarın icrasından yayınmasını təsdiq edən hər hansı sübut məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən həmin hərəkətləri etməsini təsdiq edən hər hansı hal öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(5-114)-323/2026
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(5-114)-323/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver